Keçmiş Qövmlər və Ümid Atlasımız

Sual: Keçmiş qövmlərin hal-hazırdakı ruhi çöküşün onda biri ilə yerin dibinə batırıldığı və bu günki həyasızlığın dörddə biri ilə sulara qərq edildiyi düşünülsə, insanlığın bu qədər sükut etdiyi bir dövrdə bəşəriyyət adına gələcəkdən ümidvar olmaq mümkündürmü? Ümid atlasımızın -bu mövzu ilə əlaqəli- əsasları və ana cizgiləri nələr olmalıdır?

  • Ümidlə yaşamaq Allaha imanın çox mühüm bir əlamətidir. Ümidsiz bir insan ya Allaha inanmır, ya da onun əqidəsi sağlam təməllərə söykənmir. (01.10)
  • İnsan oğlu yaradıldığı gündən bəri gündüzlərlə yanaşı gecələr, işıqla yanaşı da qaranlıqlar heç əskik olmadı. Yer kürəsi üzərində nur və zülmətin növbələşməsi kimi daim aydınlığı qapqara günlər izlədi və səadət dolu dövrlər gedib böhranlı illərlə nöqtələndi. Zaman-zaman hər künc-bucaq ilhad və nifaq zülmətləri ilə sarıldı. (03.42)
  • İndiyə qədər, çox vaxt: "Hər şey bitdi!.." dediyimiz məqamda bir daha gecələri gündüzlər təqib etmiş və qarın-çovğunun bağrında baharlar boy atmışdır. Belə ki, Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin dünyaya təşrif buyurduğu dövrdə ortada ümidin də, imanın da zərrəsi yox idi... (07.15)
  • Həqiqətən də, bir vaxtlar Sodom və Gomore hal-hazırdakı ruhi çöküş və tənəzzülün onda biri ilə yerin dibinə batırılmışdı.. Nuh Nəbinin (ə.s.) qövmü bu gün baş verən təmərrüd (üsyankarlıq) və həyasızlığın dörddə biri ilə sulara qərq edilmişdi.. Ad, Səmud və Eyk xalqı bu gün yaşananlara şahid olsa idilər güman ki, utancdan yerin dibinə girərdilər. (08.35)
  • Cənabi-Haqq, -məal olaraq- "Sən onların arasında olduğun halda Allah onlara əzab (toplu həlak) verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir." (Ənfal, 8/33) buyuraraq Muhəmməd (s.ə.s.) ümmətini kökdən məhv edəcək bir əzaba məruz qoymayacağını vəd etmişdir. (11.15)
  • Allah Rəsulu (s.ə.s.) Əfəndimiz buyurur ki: "Rəbbimdən ümmətimi həlak etməməsini istədim. Rəbbim bu duamı qəbul buyurdu və dedi ki: “Onların həlakı öz aralarında olacaq. Günah işlədikləri zaman Mən onları bir-birinə vurduracağam.” Mən bunun da qalxmasını dilədim, amma Rəbbim bunu qaldırmadı." Bəli, digər qövmlər günah işlədikcə səmavi və ərzi fəlakətlər onları qırıb keçirəcək, amma Muhəmməd ümməti cürüm törətdikcə bir-biri ilə vuruşacaq və ixtilaflarla əldən düşəcəklər. (11.45)
  • Allah-Təala belə buyurur: "Ölkə əhalisi əməlisaleh olduğu bir halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz." (Hud, 11/117) Elə isə bu ayədən aldığımız güclə çox rahatlıqla belə deyə bilərik: “Quranın dərdini dərd bilmiş, bəşərin qurtuluşunu düşünən, bunu həyatının məqsədi bilib qadın-kişi bu uğurda mübarizə aparan bir zümrə varsa, Allah o ölkəyə səmavi və ərzi bəlalar verməyəcək.” (14.23)
  • "Muslihun" sözündə davam və stabillik mənası var. Bu baxımdan "muslihun" mütəmadi, yəni yatarkən-qalxarkən, yeyib-içərkən: "İfsad içində boğulan bu insanlığın halı nə olacaq?" -deyə düşünən, bəşərin fəzilət zirvələrinə çıxmasını planlayan, bu barədə lahiyələr hazırlayan, onları həyata keçirən və bunun xaricində heç bir dərdi-səri olmayan insanlar deməkdir. Məhz belə insanların var olduğu və gələcək vəd etdiyi müddətcə Allah o ölkəni həlak etməyəcək. (16.40)
  • Allah Rəsulu (s.ə.s.): "Qəriblərə müjdələr olsun! Onlar xalqın özünü fəsada atdığı və təxribat törətdiyi; bu səbəbə görə, qarışıqlıq və fitnənin hər tərəfə yayıldığı bir dövrdə daim islah üçün dəridən qabıqdan çıxarlar." -buyurmuşdur. (18.45)
  • Muhəmməd ümmətinin iki mühüm qorunma vəsiləsi və iki mühüm səddi var ki, bəlalar bu nlarla təsirsiz hala gələcək və əzablar bu sədləri aşa bilməyəcək. Birincisi: Maddi və mənəvi şəxsiyyəti-mənəviyəyi-Əhmədiyənin (s.ə.s etd.) (Əfəndimizin (s.ə.s.) təmsil iyi həqiqətin) içimizdə olması... İkincisi: Muhəmməd ümmətinin nəzdində haqqa, həqiqətə sahib çıxan və daim Allaha yönələn xidmət əhli və əhli istiğfar bir zümrənin var olması... (20.00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.