Ləyaqət və Alpərən

Ləyaqət ya da İstehqaq

Sual: Adəti-ilahiyyə baxımından iman xidmətinin bir fərdi olma ləyaqətini qazana bilməyənlərin bu dairədən çıxarılmağa müstəhaq (haqq etmək, layiq olmaq) olacaqları ifadə edilir. Bu baxımdan "irtidad" anlayışının könül ərlərinə baxan yönü varmı? İlahi qəzəbə məruz qalıb dairədən çıxarılmaması üçün ləyaqət şərtdirmi, bu mövzuda İlahi inayətə nə dərəcədə bel bağlanmalıdır?

  • Ləyaqət (bir şeyə uyğun olan, yaraşan həmçinin bir işdə məharət sahibi olmaq) çox böyük, əhəmiyyətə malik nailiyyətlərin səbəbi, vəsiləsidir; istehqaq isə (bir cəzaya layiq olmaq və bir müsibətə məruz qalmağa haqq qazanmaq) bərəkətin kəsilməsinə səbəbdir. (02.47)
  • Bu qədər kin daşıyan və düşmənçilik edən insanın hər gün başqa bir təxribata səbəb olduğu bir dövrdə əgər könül ərləri ləyaqət arxasınca gedirlərsə və məfkurə insanı olmaq üçün çırpınırlarsa, bu nisbətdə mənfi aqibətə istehqaqdan uzaq sayılırlar. Əks halda nə qədər ləyaqətlərini itirirlərsə, bir o qədər də dairədən kənara atlmağa, yəni istehqaqa məruz qalmağa haqq qazanmış olurlar. (05.45)
  • İrtidad nə deməkdir? Bu dairənin mürtədləri kimlərdir? (08.18)
  • Ləyaqət arxasınca olmaq və addımbaaddım ləyaqəti izləmək çox əhəmiyyətlidir, çünki axır zəmanədə İslam dininə xidmət edən insanlar zahiri, nəzəri müsəlman deyil, vəlayət yolunun yolçuları olacaqlar. (10.15)
  • "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" (Maidə, 5/54) məallı ayənin izahı və iman xidmətinə könül verənlərin altı xüsusiyyəti... (14.29)
  • Allah yolunda mübarizə və mücahidənin növ və şərtləri... (19.07)
  • "Rəhmanın qulları"nın müəyyən vəsfləri... (27.23)
  • "Baxma, ya Rəbb səvadi-dəftərimə / Yandır yandıracaqsansa, onu mənim yerimə!" (30.50)
  • Ümid və arzumuz odur ki, Allah-Təala bu qədər nemətlə ucaltdığı könüllülər hərəkatının canlılığını qorusun və könül ərlərini uzaqlaşdırılma istehqaqı ilə cəzalandırmasın!.. (36.36)

Sonsuzluğun Sahibinə Uçdu Alpərən!..

Sual: Yazı və söhbətlərinizdə "Anadolu insanı" sözünü tez-tez istifadə edirsiniz. Rəhmətlik Muhsin Bəyi yad edərkən də "Tam bir Anadolu insanı idi" dediniz. "Anadolu insanı" ifadəsinə yüklədiyiniz mənaları və bu sözün sizə nəyi xatırlatdığını izah edə bilərsinizmi?

  • Muhsin bəyin vəfatına çox kədərləndim. Həqiqətən, xarakterə malik bir insan idi. Bu kədərin siyasi mülahizəmlə əlaqəsi yoxdur. Kim ki Rəbbimizə, Əfəndimizə, İslama və Qurana yaxın görsənirsə, ona yaxın olmaq çox böyük və əhəmiyyətli bir vəzifədir. (38.48)
  • "Anadolu insanı" ifadəsinin xatırlatdıqları... (39.39)
  • Biz axı müsəlmanıq, aldansaq da, aldatmarıq. Bu baxımdan, bəzi böyük şəxsiyyətlərin müəyyən intriqalara qurban getmələri qəribə qarşılanmamalıdır, çünki mömin hüsnü-zənn edən insandır, buna görə də o, çox vaxt hiylə və sui-qəsdin olacağını ehtimal etməz. (43.40)
  • Muhsin bəy və yoldaşları məfkurələri uğrunda çox şərəfli bir ölümlə axirətə köçdülər. Bu hadisədə Allahın muradı nə idi, biz bilə bilmərik. Qismətini dəyişdirməyə də gücümüz çatmadığına görə bizə düşən heç kəsi günahlandırmadan qismətə razı olmaq və siyasi istismara da meydan verməməkdir. (47.30)
  • "Alpərənlər" arasından ürəyindəki alovu küçələrdə haray salaraq söndürmək istəyənlər də ola bilər. Bunu da anlayışla qarşılamaq və kədərlərinə ortaq olmaq lazımdır. (53.07)
  • Muhsin bəyin və yoldaşlarının ailələrinə söz demək bizə düşməz. Lakin məfkurəsi uğruna çıxdığı yolda, bir növ, şəhidliyə yürümüş və hər kəsdə gözəl izlər qoyan bir insanın yaxınlarına şəfaət edə biləcəyi düşüncəsi onlar üçün də çox böyük bir təsəlli qaynağı olmalıdır. (54.12)
  • Milli məfkurəsini inandığı şəkildə mübarizəyə çevirərək bir ömür boyu o yolda yürüyən, vətənimizin seçkin övladlarından Muhsin Yazıçıoğlu bəy və yoldaşlarının axirətə köçməsindən kədər duyuruq. Muhsin Yazıçıoğlu Bəyə və onunla eyni taleyi paylaşan yoldaşlarına Cənabi-Ərhamurrahimindən rəhmət və əvf diləyir, ailələri, qohumları, yoldaşları və Türk-İslam aləminə başsağlığı veririk. (57.46)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.