Mehdilik iddiaları və “sübhanallah cizgisi”

Fethullah Gülen: Bamteli: Mehdîlik iddiaları ve Sübhânallah çizgisi

Çay faslından hakikat damlaları: Mehdi değil şeytanın düdükleri!..

  • Hər şeyi gözəl yaradan Allah (cəllə cəlaluhu) insanın da hər işi ən gözəl şəkildə görməsini istəyir. “Tövbə” surəsində keçən iki ayə məhz bunu vurğulamaqdadır: “Edəcəyiniz hər şeyi Allah da, Rəsulu da görüb qiymətləndirəcək, daha sonra da gizlini və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız.” (“Tövbə” surəsi, 9/94) “De ki: Əməl işləyin: elədiklərinizi Allah da, Rəsulu də, möminlər də görəcəklər. Sonra gizli-aşkar - hər şeyi bilən Allahın hüzuruna çıxaralacaqsınız. O da etdiyiniz hər şeyi bir-bir sizin qabağınıza çıxaracaq, qarşılığını verəcəkdir” (“Tövbə” surəsi, 9/105) (00:44)
  • Allah-taalanın sənə verdiyi hər şeyi Onu bilməyə, Onu tanımağa, Ona bağlanmağa və Onun adını insanlara çatdırmağa sərf etməlisən. Allah qorusun, əgər Onu tanımaq və tanıtmaq yerinə, özünü göstərməyə çalışsan və nəfsinə pay ayırsan, sapqınlığa ilk addımı atmış olarsan. (04:20)
  • Hələ Peyğəmbərimizin sağlığında Müseyləmətül-Kəzzab, Tüleyha, Əsvədül-Ansi və Səcah kimi bir çox saxtakar peyğəmbərlik iddiası ilə ortaya atıldığı kimi, hər dövrdə də “Axır zamanda gələn şəxs mənəm!” deyən insanlar peyda olmuşdur. (05:15)
  • Risalət səmasının ayı, günəşi sayılan başımızın tacı bütün böyük şəxsiyyətlərin nuru, ziyası Həzrəti Ruhu Seyyidil-Ənamdan sonra gəlir. Büseyri “O, bir fəzilət günəşi, digərləri ulduzdur. Ulduzlar işığını insanlara ancaq gecələr ötürür” misraları ilə demək istəyir ki, O Zat günəşdir, xələfləri isə ay... və o xələflər Rəsulullahdan sonra nur saçıb ətraflarını işıqlandırdılar... gözəl təsbitdir... (06:25)
  • Tarix boyu Rafizi anlayışı bir çox Mehdinin ortaya çıxmasına zəmin hazırlamışdır. Müvahhid dövlətinin banisi Mehdi sayılmışdır. Əməvilər və Abbasilər dövründə meydana gələn bir çox siyasi qrup rəhbərlərinin Mehdi olduğunu iddia etmişlər. Hətta Şimali Afrikada qurulan, daha sonra Misiri də ələ keçirən Şiə Fatimi dövlətinin ilk hökmdarı da Mehdi hesab edilmişdi. Qərmətilər də bu məsələdən sui-istifadə edərək illərlə fitnə və iftiraq salmışlar. Həsən Sabbah da bu cür saxta mehdilərin prototiplərindəndir. (07:15)
  • Hazırda bu kimi iddialarla ortaya çıxanların sayı əvəllki dövrlərə nisbətən daha çoxdur. Ümumən insanlar təmiz niyyətlə yola çıxsalar da, - çağdaş nəsillərə düzgün ruhi-mənəvi tərbiyə verilmədiyinə görə, təməl prinsiplər öyrədilmədiyinə görə, xüsusilə, rəhbər yoxluğundan - əksəriyyəti yol axtara-axtara yolunu azır. Demək ki, təkcə sirati-müstəqimə girmək bəs eləmir, əsas olan yarı yolda qalmadan və istiqaməti itirmədən Cənnətə, Camalullaha və Rizvana çatmaqdır. Qulun vəzifəsi təvazökarlıq, məhviyyət və xəcalətdir. Əks halda, Allah eləməsin, müasir Sabbahlardan olma ehtimalı var. (08:16)
  • Almaniyadan məktub yazıb mehdi olduğunu və bunu bir neçə dəqiqədə sübut edəcəyini iddia edən mehdiyi-almani! .. (10:12)
  • Mümkünsə nəhəng əsərlər qələmə alın, Allah eşqinə, altına adınızı yazmayın, “bir məchul yazdı” deyin. (10:50)
  • Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bir vəzifəsi də risalətini elan etməsidir. Məsələn, əgər O, kəlmeyi-tövhidi (lə iləhə illəllah) elan edib onunla birlikdə “Muhammədun Rasulullah” deməsəydi, vəzifəsini yerinə yetirmiş olmazdı. Ancaq bir insan qütb, qövs, Mehdi olsa belə, bunu elan etmək vəzifəsini daşımır. Üstəlik həqiqətən Mehdi olmasına dair əlində qəti bir sübut da yoxdur. Hislərində yanılmış, əsl ilə kölgəni bir-birinə qarışdırmış ola bilər. Mehdilik axtarmaqla tapılan, tapılanda da hər kəsə elan edilən bir məqam deyil. (11:31)
  • Həzrəti Ustad: “Dinə xidmət etdim deyə qürurlanma. “Şübhəsiz ki, Allah bu dini facirlə də möhkəmləndirər” (Buxari, “Cihad”, 182; Müslim,”İman”, 178). Sən müzəkka (təmizlənmiş, paklanmış) olmadığın üçün özünü o facir (günahkar) saymalısan” deyir. Nemət bəxş ediləndə: “Bəli, mən gözəlləşdim, lakin gözəllik libasındır və dolayısilə libası mənə geydirənindir, mənim deyil” şəklində düşünməyin zəruriliyini bildirir. Təvazökarıq və təkəbbürün kriterilərini ortaya qoyur: “İctimai həyatda hər kəsin görmək və görünmək üçün bir pəncərəsi vardır. O pəncərə boyundan yüksəkdirsə, təkəbbürlə uzanmağa çalışacaq. Əgər boyundan alçaqdırsa, təvazökarlıqla əyiləcək ki, o səviyyədə görsün və görünsün. Böyüklüyün meyarı kiçiklikdir, yəni təvazökarlıqdır. Kiçikliyin meyarı isə böyüklükdür, yəni təkəbbürdür”. Bəli, möminin özü barədə düşüncələrini bu meyarlarla tənzimləməlidir. (12:07)
  • İyirmi iki yaşlı cavan bir adam böyük iddialarla həm Hz. Həsən, həm də Hz. Hüseyn nəslindən gəldiyini deyincə Xocaəfəndi ona təvazökarlıq və məhviyyətdən danışır. Ancaq buna baxmayaraq həmin gənc otaqdan çıxarkən “Əgər bu məsələdə sizin seçim haqqınız yoxdursa, bəs onda necə?!” deyir. (14:38)
  • 12 Mart çevrilişi dövründə yazdıqları hərflərin, sözlərin cünudullah (Allahın ordusu) olduğuna inanan və Atılqanla Mühit adlı sərkərdələrin başçılığı ilə cin ordusunun gəlişini gözləyən insanlar ... (16:10)
  • Şeytan düdük tinətli insanları ağzına qoyub üfürür. Şeytanın düdüyü ola insanlar .. Şeytan onlara üfürür, onlar da dindən bixəbər sadəlövh insanları aldadırlar. (19:17)
  • İndi də “Quran müsəlmanlığı” deyə bir sapqınlıq çıxıb. Üsuli-din alimləri: “Hədisin Qurana ehtiyacından çox Quranın hadisə ehtiyacı var” deyirlər. Çünki Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) təkcə bilmədiyimizi bizə öyrədən, dərk etmədiyimizi ruhumuza duyuran bir müəllim deyil, O, eyni zamanda dini hökmləri təbliğ, insani dəyərləri təlim və əxlaqi əsasları təmsil edən bir müşərridir (şəriətinin qurucusu), qanunları qoyan və həqiqətlər həqiqətini şərh edən bir lisandır. (20:07)

Sual: “Yolumuzun əsası Sübhanallah cizgisində hərəkət etməkdir” buyurmuşdunuz. “Sübhanallah çizgisində hərəkət etmək” nə deməkdir? O cümlədən, əsərlərdə namazın çəyirdəklərindən bəhs edilən yerlərdə “Cəlalı qarşısında söz və feillə “Sübhanallah” deyib təqdis etmək, Camalı qarşısında qəlblə, dillə və vücudla “Əlhəmdülillah” deyib şükür etmək, Kamalı qarşısında ləfz və əməllə “Allahu Əkbər” deyib təzim etməkdir” deyilir . Namazın qövli və feili təsbeh və təqdis olmasını necə başa düşməliyik? (22:09)

  • Təsbeh Cənabi-Allahı tənzih etmək, yəni Onu şanına layiq olmayan etiqad, söz və əməldən, qısaca bütün nöqsanlardan uca tutmaqdır. Digər ifadə ilə, təsbeh layiq olmayanı rədd etmək, təqdis isə layiq olanı sübut etməkdir. Dolayısilə, təsbehdə bir növ təqdis, təqdisdə də təsbeh vardır. (22:59)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz buyurur: “İki söz var ki, Rəhmana sevimli, dilə yatımlıdır, mizanda isə çox ağırdır. Bunlar: “Subhənallahi və bihəmdihi, subhənallahil-azim” cümləsidir”. Yəni “Sübhansan, ya Rəbb! Həmd-səna hissi ilə coşaraq Səni təsbeh edirəm. Ey uca Allahım, Sən nöqsan və qüsurlardan uzaqsan, şərik və köməkçin yoxdur!” mənasına gələn bu iki cümlənin deyilişi çox asandır, dilə ağır gəlmir, bu sözlər boş və dəyərsiz deyil, əksinə Haqqın dərgahında dəyərli və qiymətlidir, üstəlik mizanda da çox ağır gəlir. Bəlkə də çoxlarının əhəmiyyət vermədiyi bu iki kiçik cümlə əgər səmimi qəlbdən deyilərsə, axirət günü tərəzinin savab gözünə qoyulanda yığın-yığın günahları havaya qaldırar. Çünki bu sözün Cənabi-Allahın dərgahında böyük dəyəri var. (23:15)
  • Yolumuzun əsası tənzihdir. Yəni öz əllərimizlə gördüyümüz işlərdə belə - iradəni inkar etmədən - “Cənabi-Allahın muradı olmasaydı (istəməsəydi), mən bu işi bacarmazdım” deyə düşünməkdir (23:30)
  • Təhmid sözü qəlbin mədh və şükür hisləri ilə dolub-daşması, “əlhəmdülillah” kəlamının mənasını ifadə etmək, Cənabi-Allahı həmd-səna etmək deməkdir. Bədiüzzaman həzrətləri bildirir ki, Cənabi-Allahın verdiyi nemətləri dilə gətirmək və təhdisi-nemət etmək bəzən qürur və təkəbbürə çevrilə bilər. Bəzən də o nemətləri təvazökarlıq niyyəti ilə gizlətməyin də nankorluğa səbəb olacağını xatırladır. Bu mövzuda ifrat və təfritə düşməmək üçün yol da göstərir: məziyyət və kamilliyin mövcudluğunu qəbul et, ancaq heç vaxt onları özündən bilmə, hər şeyin Münimi-həqiqinin lütfü olduğunu təsdiq et! Məsələni bir qədər də aydınlaşdırmaq üçün bir misal verir: Biri sənə çox gözəl bir paltar geydirsə və o paltar sənə çox yaraşsa, insanlar da, “Maşallah, çox gözəlsən, çox gözəlləşdin” desə.. sən də təvazökarlıqla: “Haşa, gözəllik hara, mən hara? “ desən, nemətə nankorluq, həmin gözəl paltarı sənə lütf edən mahir sənətkara da hörmətsizlik etmiş olarsan. Əgər fəxrlə “Bəli, mən çox gözələm. Məndən gözəli varmı?” desən, onda da qürura qapılmış olarsan. Həm qürur, kibir və özünü bəyənmədən, həm də nankorluqdan uzaq olmaq istəyirsənsə, “Bəli, mən gözəlləşdim, amma gözəllik paltarındır, dolayısilə paltarı mənə geyindirənindir, mənim deyil” deməlisən. (26:43)
  • Təsbehlə həmdin birlikdə deyilməsində incə bir məqam vardır. Həzrəti Ustad bunu belə izah edir: “Beləcə -təşbehsiz- Cənabi-Allah mərhəməti ilə bizə yaxın olduğuna görə Ona həmd edirik. Biz Ondan uzaq olduğumuz üçün Onu təsbeh edirik. Buna görə də, mərhəmətinin yaxınlığına baxanda həmd et. Ondan uzaqlığına baxanda təsbeh et. Lakin bu iki məqamı bir-birinə qarışdırma. Və hər iki yanaşmanı (baxışı) birləşdirmə ki, haqla istiqamət qarışmasın. Ancaq qarışdırmasan, hər iki məqamı və hər iki yanaşmanı həm dəyişdirə, həm cəm edə bilərsən. Bəli, “subhənallahi və bihəmdih” hər iki məqamı cəm edən bir cümlədir.”(27:30)
  • Bu dövrdə eqoizm (ənaniyyət) baş alıb getdiyinə görə, sırf Zati-Üluhiyyətə aid vəsfləri belə bəşər üçün istifadə edirlər. Məsələn, “xəlq” sözünün sinonimi olan “yaratmaq” sözü... Yaratma, yaradılma, var etmə, var edilmə, bir şeydən başqa bir şey meydana gətirmə mənalarına gələn”xəlq” Allahın hər şeyi yoxdan var etməsi deməkdir. Ona görə də bu sözü Allahdan başqası haqqında işlətmək caiz deyil. (28:08)
  • Namazın əsası Allah-taalanı təsbeh, təzim və şükürdür. Bəli, təsbeh, təkbir və həmd namazın çəyirdəkləridir. Məhz buna görə, namazın bütün hərəkət və zikirlərində “Subhənallah”, “Əlhəmdulillah” və “Allahu Əkbər” sözlərinin mənaları gizlənmişdir. Bədiüzzaman həzrətlərinin də qeyd etdiyi kimi, iftitah təkbirindən salam verənə qədər, demək olar, hər söz, hal və hərəkətlərimizlə ya “Sübhanallah” deyib Cənabi-Allahı təqdis edir, ya “Əlhəmdulillah” deyib həmd-səna hissimizi səsləndirir, ya da “Allahu Əkbər” deyərək Ona təzim edirik. İlk təkbir Allahdan qeyri hər şeyi özünə haram edərək hərəm dairəsinə addım atmağa, dünyaya aid nə varsa, qapının çölündə qoymağa və yalnız Sultanı-Kainata üz tutmağa söz verməkdir. Həmin andan etibarən namazın hər bir dəqiqəsi, saniyəsi və salisəsinə təsbeh, təhmid və təkbirin ruhunu hopdurmaq, bir mənada, namazlaşmaq əhdidir. Mələklər namazını bu sözün cizgisində iqamə edən bir bəndənin misal aləminə düşən surətini çəksələr, ehtimal ki, ortaya namaz çıxar, belə bir insanı ancaq namazın mücəssəməsi kimi təsvir etmək olar. (29:43)
  • “Cəlalı qarşısında söz və feillə “Sübhanallah” deyib təqdis etmək” (34:35)
  • “Camalı qarşısında qəlb, dil və vücudla “Əlhəmdülillah” deyib şükür etmək” (37:03)
  • “Kamalı qarşısında ləfz və əməllə “Allahu Əkbər” deyib təzim etmək” (38:40)

Bu bölüm ilk olarak www.herkul.org'da yayınlandı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.