Möminin Üfüqündə "Ətraf Mühit"

Sual: İslamiyyətin ətraf mühitə baxışı necədir; "ətraf mühitin mühafizəsinə" təməl təşkil edən dini əsaslar varmı? Qurani-Kərimdəki Cənnət təsvirləri və Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin heyvan, ağac və yaşıl sahələrlə əlaqəli bəyanları ətraf mühitin mühafizəsi baxımından da dəyərləndirilə bilərmi?

  • Müəyyən insanların ətraf mühitin çirklənməsinə qarşı etiraz olaraq inkişaf etdirdiyi və ideoloji bir mahiyyətə büründürdüyü ətraf mühitin mühafizəsi, əslində təbiətə baxış və kainat kitabını düzgün oxumada tarazlığın təsis edilməsi baxımından çox əhəmiyyətlidir, lakin əvvəlcə onun ifrat və təfritdən təmizlənməsi lazımdır. (00.57)
  • Müsəlman alimləri təbiəti bir kitab kimi görmüş, hətta ona "kainat kitabı" adını vermişlər. Beləcə, kainatın da, eynilə Qurani-Kərim kimi, Uca Yaradanını tanıtdığını vurğulamışlar. Həmçinin, bu Kitabın insanlara, xüsusilə də inananlara əmanət edildiyini ifadə etmişlər. Buna görə də, yer üzündə Allahın xəlifəsi olan möminlərin vəzifəsi bu əmanətə ehtiram göstərmək və onu həssaslıqla qorumaqdır. (04.45)
  • Təbiət könüllərə mənəvi həzz verən mənzərələri, rəngarəng bağçaları, uca dağları, ucsuz-bucaqsız meşələri, şırıl-şırıl axan bulaqları, "Vəhdət, Vəhdət!" -deyə dənizlərlə bütünləşən çayları ilə ona külli bir nəzərlə baxanlar üçün sanki bir həzz, sevinc, hüzur və xəyallar aləmidir. (06.40)
  • Ustad Həzrətlərinin: "Dinlə də ulduzları, bu xütbəyi-şirininə / Nameyi-nurunu hikmət bax nə təkrir eyləmiş" -sözləri ilə dilə gətirdiyi təfəkkürü.. və M. Fəthullah Gülən Xoca Əfəndiyə Hələbdən Türkiyəyə keçərkən çəkdiyi əziyyəti unutduran ulduzları tamaşa ləzzəti... (07.50)
  • Qurani-Kərimdə ətraf mühitin mühafizəsi və ekoloji sistemdən bir elm sahəsi kimi bəhs edilməmişdir, lakin kainat bütün gözəlliyi ilə göz önünə sərilmiş, Allahın yer kürəsinin abadlıq vəzifəsini insana yüklədiyini ifadə etmiş və bu abadlıq işinin sağlam həyata keçirilməsi üçün bir çox nümunələr verilmişdir. (10.39)
  • Dünya, Əsmayi-İlahiyyəyə baxan yönü ilə təqdirəlayiq, möhtəşəm bir sərgidir. (15.10)
  • Qurani-Kərimdəki Cənnət təsvirləri ideal bir dünyanın əsaslarını nümayiş etdirir, Beləliklə, möminlər, xüsusilə də ətraf mühiti mühafizə edənlər İlahi Kəlamı bu yöndən də diqqətlə oxuyub dəyərləndirməlidir. (16.39)
  • Ətraf mühit mülahizəsi ilə hədisi-şəriflərə baxılsa, Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin bütün canlılara qarşı şəfqət və mərhəməti ilə bərabər, bu məsələyə aid bir çox nümunə ortaya qoyduğunu görmək olar. (19.20)
  • Allah Rəsulunun (s.ə.s.) Mədinəyə ağac əkməsi, yaşıl sahələri, meşələri və heyvanları qoruması, beləliklə, oranı nümunəvi bir şəhər halına gətirməsini ətraf mühit mühafizəçiləri çox diqqətlə tədqiq etməlidir. (19.57)
  • Heyvanlardan fasiq olanları hansılardır; bunları öldürmək, yoxsa zərər vermədən uzaqlaşdırmaq daha məsləhətlidir? (21.54)
  • Şəfqət Peyğəmbərinin quş yuvalarına zərər verməmək üçün ordunun istiqamətini dəyişdirəcək qədər əngin mərhəməti… (24.20)
  • Rəsuli-Əkrəm (s.ə.s.) Əfəndimizin tibblə bağlı bəyanlarını tədqiq edən bir həkim: "Tibb İmanın Mehrabıdır" adlı bir kitab yazmışdır. Hədisi-şəriflərə ətraf mühitin mühafizəsi baxımından da müstəqil şəkildə yanaşılsa, çox mühüm əsaslar əldə ediləcək. (27.20)
  • Ustad Həzrətləri Qüddus ismini mütaliə edərkən kainatdakı nizam-intizama və təmizliyə də diqqət çəkir; yer kürəsinin, buludların, yağışın, ağcaqanadların, qarğaların, qurdların, soxulcanların, qarışqaların, böcəklərin, insan bədənindəki qırmızı və və ağ qan hüceyrələrinin hər birinin Qüddus isminin cilvəsinin təcəllisi laraq hərəkət etdiyini və təmizlik vəzifələrini yerinə yetirdiyini izah edir. (28.36)
  • Peyğəmbər Əfəndimizin (s.ə.s.) şəhərin təmizliyi yönündəki əmr və tövsiyələrindən bitki və heyvanların qorunmasına, Məscidin təmizlənib gözəl ətirlə ətirlənməsinə, durğun sulara idrar edilməməsinə, içməli suların yaxınlığına zibil tökülməməsinə dair əmrləri ilə quyudan ayaqqabısı ilə su çıxarıb susuzluqdan halsızlaşan bir itə su verən bir insanın cənnətlik, pişiyini evdə həbs edib aclıqdan öldürən yaşlı qadının da cəhənnəmlik olduğuna dair xəbərlərinə qədər bir çox ifadəsi ətraf mühit mülahizəsi ilə də dəyərləndirilə bilər. (35.57)
  • İslamın ətraf mühitlə bağlı digər mühüm bir prinsipi də israf və bədxərcliyi qadağan etməsidir. İsraf sadəcə təbii sərvətlərin boş yerə sərf edilməsi deyil, eyni zamanda bütün nemətlərin Yaradanı və Sahibi olan Allaha qarşı da bir hörmətsizlikdir. Odur ki, bir mömin hər cür israfdan çəkinməlidir. (37.00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.