Quran ili

Sual: Diyanət İşləri Nazirliyi vəhyin 1400-cü ilini – 2010-cu ili "Quran ili" elan etdi. Bu ilin həqiqi mənada Quran ili, hətta bu əsrin Quran əsri olması hansı əsaslarla bağlıdır? Diyanətin bu səmimi niyyətinin böyük lahiyələrlə və gözəl töhfələrlə nəticələnməsi üçün vətəndaşlar nə etməli?

  • Qurani-Kərim bütün əsrlərin kitabıdır, bir il deyil, yüz il qeyd olunsa, yenə də azdır. (01:05)
  • "Quran ili" səbəbilə bu il hər kəs öz səviyyəsinə görə Kəlami-İlahi ilə məşğul olmalıdır. Oxumağı bilməyənlər, heç olmasa, üzdən oxumağı öyrənməli, bu mərhələni keçənlər Qurani-Kərimi təcvid qaydalarına görə oxumağa çalışmalı, oxumada problemi olmayanlar da, məna və məzmununa baş vurmalı və muradi-İlahini anlamağa çalışmalıdırlar. Quran tələbələri isə bu xüsusları ruhlara mənimsətmək üçün səfərbərlik elan etməlidirlər. (02:11)
  • Məhəmməd İqbal deyir: "Uşaqlıqda sübh namazından sonra iki saat Quran oxuyurdum. Atam bunu bilə-bilə “Oğlum, nə edirsən?” deyə soruşur, mən də əlimdəki Müshəfi-Şərifi göstərib “Quran oxuyuram” deyirdim. Bir gün təkra soruşanda, “Atacan, bilirsən ki Quran oxuyuram, amma yenə də soruşursan. Nəsə demək istəyirsən?” dedim. Atam belə cavab verdi: “Övladım, bəli, bilirəm ki, əlində "Kitab" var. Lakin Quranı həqiqətən oxumaq üçün özünü onun ilk müxatəbi saymalı və elə oxumalısan ki, sanki, sənə nazil olub". (04:30)
  • Quran ilində İlahi Kəlam məscidlər xaricində böyük salonlarda, hətta stadionlarda da anılmalı; böyük konfranslar və simpoziumlar təşkil edilməli və beləliklə, məsciddən uzaq olan insanların da Quranın mesajını eşitməsinə zəmin hazırlanmalıdır. (08:00)
  • Bir hədisi-şərifdə belə buyurulur:

:سُئِلَ رسول الله صلى الله عليه وسلم عَنْ أَحْسَنِ النَّاسِ قِرَاءَةً أَوْ صَوْتًا بِالْقُرْآنِ فَقَالَ
اَلَّذِي إِذَا سَمِعْتَهُ رَأَيْتَهُ يَخْشَى اللهَ تَعَالَى

  • Rəsulullahdan (sallallahu əleyhi və səlləm) səs və qiraət cəhətdən Qurani-Kərimi ən gözəl oxuyan insanın xüsusiyyəti haqda soruşdular. Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) belə cavab verdi: “O insan ki, Onu dinləyəndə əvvəla (oxuyanın) xəşyət duyduğunu, Allaha ehtiram hissi ilə dolub-daşdığını görürsən”. (10:13)
  • Məal və təfsir oxumağın "xəşyət"lə bir əlaqəsi varmı? (13:32)
  • İnsan Quranı öz mərifət üfqü səviyyəsində duya bilər. Mərifətdə dərinləşməyən insanın İlahi-Kəlama hörməti bəsit, kor-koranədir. Qurani-Kərimi duymağın, xəşyətlə dolmağın dil bilməklə o qədər də əlaqəsi yoxdur. Xəşyət mərifət torpağında cücərib boy atar. (14:34)
  • Hər kəs özü kimi bir Cənnətə girər. Bəli, insan burada əldə etdiyi iman, mərifət və məhəbbət üfüqünə görə bir Cənnətə girəcək. (17:34)
  • Bütün əza və üzvlərin Qurandan payı vardır. Necə ki, Allah Rəsulu (əleyhi əkmelüttəhaya vəttəslimat) "Gözlərə də ibadətdən pay verin!" buyurmuşdur. Ondan: "Gözlərin ibadətdə payı nədir?" deyə soruşanda O, belə cavab vermişdi: "Müqəddəs kitabın üzünə baxaraq oxumaq, onun məzmunu ilə bağlı təfəkkür etmək və İlahi Kəlamın xariqüladə həqiqətlərindən ibrətlər “ovlamaqdır”. (19:41)
  • Təkcə göz, qulaq və ağıl kimi əzalarımız deyil, sirr, xafi, əxfa kimi lətifələrimiz (qəlbə məxsus incə və həssas duyğular) da Qurani-Kərimdən faydalanır. Bu səbəbdən, Quranı yalnız üzündən (səthi) oxumağın da bir yeri və dəyəri vardır. Lakin məqbul sayılan xüsus oxuyarkən qəvvas olub onun məna dəryasına baş vurmaq, ayələrini təfəkkür etmək və ondan ibrət “ovlamaq”dır. O səviyyəyə yüksəlmək də “əlif-bə”dən başlayır. (25:42)
  • Qurani-Kərimin məzmunundakı fərqli xüsusiyyətlər insanın müxtəlif lətifələrinə fərqli-fərqli işıq dalğaları göndərir və onları hərəkətə gətirir. Ehtimal ki, buna görə bəzən bir namazdan, hətta bir səcdədən o qədər ləzzət alırsınız ki.. o anın bitməməsini arzulayırsınız. (28:10)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.