Ruhdan Düşməyin: İnanırsınızsa Üstünsünüz!

Sual: 1) "Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!" (Ali-İmran, 3/139) məalındakı ayə Uhud müharibəsinin arxasınca nazil olduğuna görə, sadəcə savaş və maddi güclə əlaqəliymiş kimi başa düşülür. Bu ilahi bəyan bu günün möminlərinə nə ifadə edir?

  • "Əsbabi-Nüzul", yəni "ayələrin enişinə səbəb olan hadisələr" hər dövrdə ola biləcək nümunəvi hadisələrdir. Buna görə, əgər Qurani-Kərimə külli nəzərlə baxılsa, “əsbabi-nüzul” vasitəsilə bir çox düstur və prinsip ortaya çıxarıla bilər. (01.07)
  • Ən böyük bəla nədir? (02.33)
  • Mömin həm yaşadığı dövrün şərtlərini yaxşı bilməli; mövqeyini və mənəvi coşqunun ölçüsünü düzgün təyin etməlidir, həm də məsələləri sadəcə mənfi yöndən ələ alaraq pessimist əhval-ruhiyyədən çəkinməli, Cənabi-Allaha etimadını və ümidini qətiyyən itirməməlidir. (03.55)
  • Bir ayənin hər hansı bir hadisədən sonra nazil olması, həmin ilahi bəyanın sadəcə o məsələ ilə əlaqəli olduğu mənasına gəlməz. Cənabi-Haqqın hər kəlamı minlərlə hikmətlə doludur və bir çox hadisəni işıqlandırıcı mahiyyətə malikdir. Hər ayə onun enməsinə səbəb olan hadisələrlə birlikdə, buna bənzər hadisələrə də bir aynadır. (06.50)
  • "Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!" (Ali-İmran, 3/139) məalındakı ayə də müəyyən bir hadisədən sonra nazil olsa da, hər dövr üçün mühüm bir tənbehdir. (09.19)
  • Allah-Təala insanlara sahib olduqları vəsflərə və həmin vəsflərdən qaynaqlanaraq gördükləri əməllərə görə davranır. (11.00)
  • Hər kafirin hər sifəti (vəsfi) kafir olmadığı kimi, hər möminin hər sifəti (vəsfi) də mömin olmaya bilər. Bu baxımdan, mömin kafir sifətlərinə məğlub olmamaq üçün çox diqqətli olmalılar. Məsələn, sistemli işləməmək, ömrü israf etmək, vəhdəti zədələyici hal və hərəkətlərə girmək, möminləri sevməmək, xırda məsələləri böyütmək, döyüşmək, dedi-qodu, qeybət və sui-zənn etmək... Bəli, bunların hər biri bir kafir sifətidir. Və bu qədər kafir sifəti daşıyan bir insanın və belə insanlardan meydana gələn bir cəmiyyətin müvəffəq olması qətiyyən mümkün deyil. (12.05)
  • Yüksəlmənin və üstünlüyün yolu mömin sifətlərlə vəsflənməkdən keçir. Bu səbəbdən, bizə düşən; ən xoşagəlməz hadisələri belə nəzərdən keçirmək və möminə xas bütün gözəl xüsusiyyətlərə malik olmaqdır. (18.45)

Sual: 2) Əshabi-kiramın dinin əsaslarına aid rəvayətləri ilə möcüzələr kimi xariqüladə hallara dair rəvayətləri arasında bir fərq varmı? Səhabə əfəndilərimizin bu mövzudakı həssaslığı sələf və böyüklərimizin kəlam, hal və hərəkətlərini nəql edərkən nəyə diqqət etrməmizi təlqin edir? (20.50)

  • Əshabi-kiram Rəsuli-Əkrəm Əfəndimizə (s.ə.s.) aid hər şeyi həssaslıqla yazıb gələcək nəsillərə ötürmüşlər. Amma Zati-Üluhiyyətə (Allahın Zatı ilə əlaqəli) qarşı vəzifələrə, imanla əlaqəli məsələlərə və axirət həyatına aid xüsuslara daha çox əhəmiyyət vermişlər. (21.15)
  • "Əbu Zər məktəbi" deyə biləcəyimiz zahidlik yolunun qəhrəmanlarından Ömər bin Əbdüləziz: "Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünyada həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!" (Əhqaf, 46/20) məalındakı ayəni oxuyanda, axirət meyvələrini dünyada yeyib bitirməkdən və digər aləmə müflis getməkdən qorxduğu üçün bir stəkan soyuq su içməyə, bir neçə loğma yemək yeməyə belə cəsarət edə bilməzdi, zeytunyağına çörək batıraraq qarnını doyurardı. (24.30)
  • İnsanlığın Fəxri (s.ə.s.) xüsusi vəsflərlə göndərildiyi kimi, Əshabi-kiram əfəndilərimiz də o böyük əmanətin əmin əmanətçiləri olaraq xüsusi mahiyyətlə dinə xidmət etmək üçün vəzifələndirilmişlər. (30.15)
  • Əshab-kiram əfəndilərimiz Rəsuli-Əkrəmə (s.ə.s) aid hər şeyə canlarını verərdilər, lakin onlar daha çox Allaha yaxınlaşdıracaq məsələlərlə məşğul olardılar. (32.30)
  • Səhabə əfəndilərimizin "təsadüf" sözünü istifadə etdikləri yeganə məsələ… (34.10)
  • Ustad Həzrətləri kimi Haqq dostlarının zaman-zaman kəramət və təvafüqləri nəzərə vermələrinin hikməti… (36.18)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.