Sülh hər zaman xeyirlidir!..

Sual: 1) Rəvayətlərə görə Rəsuli-Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm) aralarında mübahisə olan şəxsləri – onlardan tələb gəlməsə də – uzlaşdırmağa çalışırdı. Keçmişdə də xüsusilə borc, təzminat və təzir cəzalarına baxan "muslihun" adlanan şəxslərdən təşkil olunmuş sülh heyəti fəaliyyət göstərirdi. Bu gün ailəvi məsələlərdən ictimai problemlərə qədər bir çox mövzuda bu “muslihun” heyətinin yeri görünürmü? Əgər belə bir çatışmazlıq varsa, bunun qarşısı necə alına bilər?

  • "Sülh" sözü islah etmək, təmir etmək, razılaşmaq, barışmaq və fəsadı aradan qaldırmaq mənalarına gəlir. Hər hansı bir anlaşılmazlığı aradan qaldırmaq üçün iki nəfər və ya iki tərəf arasında bağlanan müqaviləyə də "sülh" deyilir. (01.12)
  • Osmanlı dövründə sülhün sistemli şəkildə tətbiq olunmasında mühüm yerə malik olan "uzlaşdırıcılar" bəzi qeydlərdə "muslimun muslihun", bəzilərində isə sadəcə "muslihun" və ya "muslimun" ünvanı ilə zikr edilir və bunlar ən az üç nəfərdən ibarət olurdu. Ancaq bu heyətin dövlət tərəfindən tam şəkildə təşkil olunub hər tərəfdə yayıldığını və beləliklə, bütün problemlərin həll olunduğunu demək mübaliğə olar. (02.08)
  • Cənabi-Haqq məalən: "(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!" (Nisa, 4/35) buyuraraq cəmiyyətin ən kiçik qurumu olan ailədən başlamaqla insanların arasını düzəltmək üçün hakimə müraciəti zərurət bilir. (03.00)
  • "Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!" (Nisa, 4/128) ayəsi hər zaman sülh yolunu göstərir. (03.45)
  • Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm): "İslam qərib başladı (qəribələrlə təmsil edildi), günü gəlincə yenə o qürbətə qayıdacaq. Qəriblərə müjdələr olsun!.." buyurmuş sonra da: "Onlar təxribatçıların yaxıb-yıxdıqlarını islah etməklə məşğul olan, fəsadçıların təxribi artırdıqları dövrdə belə islah fəaliyyətlərini davam etdirən şəxslərdir", – deyərək qəribləri vəsf etmişdir. (04.57)
  • Təhlükəsizlik nümayəndələrindən ictimai qurumlara qədər cəmiyyətin hər təbəqəsi öz vəzifəsini görsə, bütün yollar sülhə gedər. Təhdidlərə məhəl qoymamalı, cəmiyyətin bir-birinə qaynayıb-qarışması üçün hər imkandan istifadə edilməlidir. İnsan könlünün fəthinə vəsilə ola biləcək "Əşrəf saat səyahəti", "Çərşənbə cəhdi" və "Çərşənbə axşamı mərasimi" kimi fəaliyyətlər icad edilməli, mütəmadi olaraq sülh və dostluq körpüləri qurulmalıdır. (08.35)
  • Sülh və təhlükəsizliyin təmin olunmasında axirət inancının çox böyük təsiri var. (11.40)
  • İki nəfər keçmiş bir miras məsələsinə görə Peyğəmbər Əfəndimizə (s.ə.s.) müraciət edir, lakin onlardan heç biri məsələnin həlli üçün lazımi dəlillər gətirə bilmir. Rəsuli-Əkrəm Əfəndimiz: "Bəlkə, sizdən biriniz digərinə görə daha bəlağətli, daha səlis danışa bilər. Mən də eşitdiyim sözlərə görə hökm verərəm. Bunu yaxşı bilin ki, zahiri dəlillərə görə haqqı olmadığı halda malı kimə versəm, həmin şəxs bunu almasın. Çünki belə halda mən ona Cəhənnəmdən bir alov vermiş olaram", – dəyincə ikisi də ağlayaraq: "Mənim haqqım qardaşımın olsun!" deyir. (13.50)
  • Axirət inancı həlledici bir mülahizədir. Qurani-Kərim nəticədə hər mövzunu axirətə bağlayır və axirətdə hər şeyin hesabı görüləcəyini dəfələrlə xatırladır. (18.00)

Sual: 2) Bir hədisi-şərifdə haqq-hesabı verilməmiş haqlarla axirətə köçən iki mömin təsvir edilərək, məhşərdə Cənabi-Haqqın bu iki möminin arasını düzəldəcəyi, Cənnət qarşılığında haqq sahibindən digərini bağışlamağı istəyəcəyi deyilir. Sonra da: "Allahdan qorxun! Pis əməldən çəkinin, bir-birinizin arasını düzəldin. Çünki Allah qiyamət günü möminləri barışdıracaq" buyurulur. Məsələyə bu yöndən baxanda islaha "Allah əxlaqı" deyə bilərikmi?

  • Əsmayi-Hüsnada "muslih" adı çəkilmir, lakin bu Zati-Üluhiyyətin "muslih" adı olması demək deyildir. Çünki biz Cənabi-Haqqın adlarının hamısını bilmirik. Daha çox dünya həyatı ilə bağlı, başqa sözlə "əşya, hadisələr, kainat və Allah" müstəvisində təcəlli edən adların bəzilərini bilirik. (19.53)
  • Bir gün Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) səhabələrlə birlikdə ikən bir ara təbəssüm edir. Həzrəti Ömər: "Ey Allahın Rəsulu! Səni güldürən nədir?" deyə soruşur. Əfəndimiz buyurur: "Ümmətimdən iki nəfər Allahın hüzurunda diz çökür. Biri digərinə dönüb: "Ey Rəbbim! Bundan mənim haqqımı al, o, mənə dünyada haqsızlıq etmişdi" – deyir. Allah-Təala haqq yeyən zalıma: "Qardaşının haqqını ver!" – deyə səslənir. Həmin adam (zalım) da: "Ey Rəbbim! Heç savabım qalmadı.. nə verim?" deyir. Məzlum: "Ya Rəbbi! Elə isə günahlarımdan alsın!" deyir. Bu əsnada Peyğəmbərimizin gözləri dolur və "O gün dəhşətli gündür. Bu elə gündür ki, o zaman insanlar günahlarının başqalarına yükləməsinə möhtac olacaqlar!" buyurur.
  • Peyğəmbərimiz bu kədərli təsvirdən sonra belə deyir: "Məzlum günahlarını zalıma yükləmək istəyəndə Cənabi-Haqq məzluma buyurur ki: "Başını qaldır, cənnətlərə bax!" Məzlum başını qaldırıb baxınca heyranlıq və sevincdən: "Ey Rəbbim! Gümüşdən şəhərlər, incilərlə bəzənmiş qızıldan saraylar görürəm. Bunlar hansı Peyğəmbərə aiddir, hansı siddiq, hansı şəhid üçün hazırlanıb?" – deyir. Allah-Təala belə buyurur: "Bunlar zənn etdiyin kəslər üçün deyil, haqqını verənlər üçün hazırlanıb." Məzlum: "Ey Rəbbim! Bunların haqqını verməyə kimin gücü çatar?" – deyir.
  • Allah-Təala: "Hal-hazırda ancaq sənin gücün çata bilər" – buyurur. Məzlum heyrətlə: "Necə, ey Rəbbim! Məndə onlara verəcək haqq hanı!.. Axı, mən necə ödəyə bilərəm?" – deyincə Cənabi-Haqq: "Qardaşını əfv etməklə, haqqını almaqdan imtina etməklə" – buyurur. Bu müjdəni eşidən məzlum: "Bağışladım, Rəbbim! Haqqımı almaqdan əl çəkdim" – deyir. Cənabi-Haqq məzluma: "Elə isə tut qardaşının əlindən və onu Cənnətə apar!" – deyə əmr edir.
  • Rəsuli-Əkrəm Əfəndimiz qiyamət günü baş verəcək bu hadisəni danışdıqdan sonra: "Allahdan qorxun! Pis əməldən çəkinin, aranızı düzəldin. Çünki Allah qiyamət günü möminləri barışdıracaq" buyurmuşdur. (23.00)
  • Allah dostlarını zay etməz. (27.53)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.