Vəsvəsə və qurtuluş yolları

Sual: Vəsvəsənin bir növü "əməlin ən yaxşısını araşdırmaqdan nəşət edən vəsvəsə" bəzi möminlər üçün dini yaşanmaz hala gətirir. İbadətə göstərilən həssaslıqla vəsvəsə arasındakı sərhəd necə müəyyən edilməlidir? Bu cür vəsvəsələrdən necə qurtulmaq olar?

 

  • İnsanlar aramsız müxtəlif vəsvəsələrə düçar olurlar. Hətta bəzən Zati-üluhiyyətə qarşı vəsvəsələr də oyana bilər. (02:00)
  • İnsan qəlbinin bir küncündə “lümmeyi-şeytaniyə” adlı bir vəsvəsə aləti var. Şeytan insanda qəlb və sirrin[1] düyməsi sayılan lətifeyi-rəbbaniyənin[2] yanındakı lümmeyi-şeytaniyəyə hər an zəhərli oxlar atır. Vəsvəsənin həmin növü məhz bu şeytanın oxlarından meydana gəlir. (05:30)
  • Vəsvəsənin bir növü də ibadəti ən mükəmməl şəkildə yerinə yetirmə və əməlin ən gözəlini ortaya qoyma mülahizəsi ilə bəzi feilləri əhəmiyyətsiz saymaq, görülən işi az və qeyri-kafi görmək və eyni fəaliyyəti "yaxşı olmadı" düşüncəsi ilə təkrar-təkrar etməkdir. Bunun səbəbləri cin, göz dəymə, hətta bəzən cadu da ola bilər. (07:00)
  • Cadu ehtimalını çox böyütməmək lazımdır. Peyğəmbərimizin tətbiqatı... (08:30)
  • Cinlərin insan bədəninə təsiri və bunun çarələri... (12:00)
  • İbadətlərdə həssaslığı da ikiyə bölə bilərik: Birincisi, ibadətlərdə əziməti[3] nəzərə almaq; ikincisi də vəsvəsə dərəcəsində həssaslıq. (13:00)
  • Birincisində bu həssaslığı ümumiləşdirməmək lazımdır, hər kəs bununla mükəlləf deyil. Bunda həddindən artıq həssaslıq da insanı vəsvəsəyə aparar. (15:30)
  • İbadətə bağlılıq və səhabələrdən iki örnək... (17:00)
  • Məsələni çətinləşdirib yaşanmaz hala gətirməmək lazımdır. İnsan “ən gözəlini, ən yaxşısını axtarıram” deyib bəzən əlindəkilərdən də ola bilər. (22:00)
  • Bu cür insanları rahatlatmaq üçün belə bir sual verilə bilər: "Rəsul-Əkrəm Pey­ğəm­bərimiz (sallallahu əleyhi və səlləm) ibadətdə daha həssas idi, üluhiyyət sirrinə daha vaqif idi, Allaha daha yaxın idi, yoxsa sən?" (26:30)
  • Həzrəti Osmanın dəstəmazla bağlı... (28:30)
  • Xəstəlik dərəcəsində vəsvəsəyə düşən insanları müalicə etmək üçün müasir psixologiyaya da müraciət etmək lazımdır. Belə insanları bu vəziyyətdən qurtarmaq üçün müəyyən səviyyədə rəsmxət, musiqi və s. kimi fəaliyyətlərə də təşviq etmək olar. (30:00)
  • Belə hallarda qətiyyən cadugərlərə müraciət etmək olmaz. (33:00)


[1] Allahı müşahidə edən qəlbin bir lətifəsi, istedadı.

[2] İnsanın qəlbinə bağlı və bütün duyğularının şahı bir duyğudur ki, İlahi həqiqətlər onunla hiss edilib sezilir.

[3] Allah-taalanın əmr, təklif, dini vəzifələrini qayda və üsuluna görə tam və mükəmməl şəkildə yerinə yetirmək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.