Vətən

Sual: Mərhum Məhəmməd İqbal: "Həcc möminlərə köçü öyrədir və onlardakı vətən məfhumunu yandırır!" deyir. Bu nöqteyi-nəzərdən "vətən" nədir, ya da haradır? Müsəlmanın dəyərlər mənzuməsində vətənin yeri necə olmalıdır?

  • Məhəmməd İqbal bu ifadə ilə (vətən torpağının işğal altında olmasının da təsiri ilə) “mömin hər yerə getməli, hicrətlə dünyanın hər yerində mücahidə bayrağını dalğalandırmalı və bu işə vətən həsrəti mane olmamalı” demək istəyir. Bir az da şairanə ilhamların sövqü ilə həccin vətən məfhumunu yandırdığını dilə gətirir. (00:55)
  • Digər millətlər dünyanın hər yerində haqq iddia etmiş, öz aralarında dünyanı hissələrə bölmüş və müstəmləkəçilik düşüncəsi ilə yer üzünə yayılmışlar. Bir afrikalının ifadəsi ilə: "Ağ adam qara qitəyə gəldi, əlindəki İncili gözü bağlı yerli xalqın əlinə Verdi. Xalq gözünü açanda isə əlində yalnız İncil qalmış, bütün yeraltı və yerüstü sərvətləri talan edilmişdi" (02:52)
  • Hədis kimi də rəvayət olunan gözəl bir söz var: "Hubbul-vətən minəl-iman - Vətən sevgisi imandandır". Bəli, vətənə bağlılıq möminlərin hicrətinə mane olmamalıdır, ancaq vətən sevgisi də elə asanlıqla bir kənara atılası hiss deyil, yeri gəlsə, vətənin bir qarış torpağına canlar fəda edilməlidir. (05:45)
  • Mutə döyüşündə möminlər səbəb baxımından döyüşün davam etdirilməsinin və qalibiyyətin mümkün olmadığını görüncə geri çəkilmiş və Mədinəyə dönmüşdülər. Bəziləri buna möminlərin zəifliyi kimi baxmış və Həzrəti Xalidin rəhbərlik etdiyi əsgərləri “qaçaqlar, fərarilər” deyə qınamışdılar. Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) isə: "Onlar Allah yolunda döyüşdən qaçanlar deyil, əksinə dönə-dönə döyüşənlərdir" deyərək Mutə qazilərinə kəm baxmağı, nalayiq söz söyləməyi qadağan etmiş: "Siz darda qalarkən biz sığınacağınız güc mənbəyiyik. Siz qaçmadınız, qüvvə toplayıb təkrar hücuma keçmək üçün gücün mənbəyinə döndünüz" bəyanı ilə də qazilərə təsəlli vermişdir. (09:33)
  • Məfkurə qəhrəmanları öz dəyərlərini bütün insanlara çatdırmaq üçün dünyanın hər bucağına üz tutmalıdır, ancaq vətəndən də qopmamalıdırlar. Çünki belə insanlar özlərinə sığınacaq yer tapa bil­məzlər. Bəli,  vətəni olmayan bütün dünyanı vətən saya bilməz və getdiyi yerlərdə qərar tuta bilməz. (10:03)
  • -Harada oluruqsa olaq, harada yaşayırıqsa yaşayaq oranı özümüzə bənzətməyə və bir cəhətdən vətən etməyən çalışaq. Ancaq ana vətənimizə məhəbbətimizi də daim coşsun daşsın. Xarici ölkələrdə yaşayan övladlarımızı da bu istiqamətdə yetişdirək. (11:26)
  • "Dinliyorum ruhumu gurbetden usanmışım/Ben bu "daussıla"ya dayanırım sanmıştım.. Her yeri vatan saymada meğer aldanmışım/Herkesle hemdem olacağıma inanmıştım..." misralarının məzmunu... (14:55)
  • Vətənimdən ötrü o qədər darıxmışam ki, vətən həsrətini elə çəkirəm ki, nə vaxt ağlıma gəlsə, qədəri tənqid etməmək üçün öz hiss dünyamdan qaçıram. Ölkəmin eli-obası.. yolu, güzərgahı, hətta çay içdiyimiz yerləri.. yaşadığım evlər, beşinci mərtəbə.. "şərəful-məkan bil-məkin - Bir yerin dəyəri oradakı insanların dəyəri ilə ölçülür", vətənə bambaşqa bir məna qatan o unudulmaz dostlar... heç biri gözümdən getmir!.. (17:04)
  • Taxtad daxmanı yıxma əvəzinə kaş başıma daş salaydılar!.. (19:25)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.