Vicdan mexanizmi və Hüvə nöqtəsi

Sual 1 - İllər keçdikcə kimisi sırf hiss insanı, kimisi gəvəzə, kimisi mədəniyyətdən məhrum olur, kimisi də tənbəlləşir. Bir xidmət qəhrəmanının sözügedən boşluqları yaşamaması, “tək qanadlı” olmaması və zamandan geri qalmaması xüsuslarında vicdan mexanizmini müvazinətli saxlaması nə dərəcədə əhəmiyyətlidir? İman xidmətində keçən illərə düz mütənasib olaraq hiss, zehin, lətifeyi-rabbaniyyə  və iradənin almalı olduğu hissələr də dəyişirmi?

  • Hər cür şəhvani arzu və ehtiraslar, kin, nifrət, qəzəb, inad kimi müəyyən hikmət və məqsədlər üçün insana verilən duyğular nəfs mexanizmini meydana gətirir. Vicdan isə insan ruhunun yaxşını pisdən ayıra bilən iradə, qəlb dərinliyinin ünvanı sayılan lətifeyi-rəbbaniyə (qəlb, könül), şüur varidatı ilə zehin və idrak tələvvünlü hiss xəlitəsindən meydana gələn bir mexanizmdir ki, onu insanın özü, özünü duyması və bilməsi də adlandırmaq olar. İnsanın həm özünü, həm də bütün varlığı, varlığın Allahla münasibətini duyan, sezən, şərh edən və rüknlərinin canlılığı nisbətində imana, ürfana, məhəbbətə, eşq və iştiyaqa mənfəzlər açan mexanizm. Bu iki mexanizm əksər hallфrda bir-birinin əleyhinə işləyir. Bunun əksinə vicdan mexanizminin qələbəsi halında nəfs mexanizmi də müsbətə çevrilir və insanın mənən yüksəlməsinə xidmət edən bir sistem halına gəlir. (01:15)
  • Allah qarşısında vəzifəmiz Onun bizə bəxş etdiyi bütün nemətləri "mə xuliqa ləh" (yaradılış məqsədi) istiqamətində istifadə etməkdir. (04:10)
  • Vicdan mexanizminin rüknləri sayılan lətifeyi-rabbaniyyə (qəlbə bağlı olan duyğu), iradə, zehin – buna bütün ölçüləri ilə birlikdə şüur da deyə bilərik – və hiss kimi nemətləri də   yaradılış məqsədlərinə uyğun istifadə etmək və onları bu istiqamətdə davamlı inkişaf etdirib canlı saxlamaq lazımdır. Beləliklə, vicdan mexanizminin də yenilənməyə, bərpaya ehtiyacı vardır. (07:01)
  • Cismanilikdən, arzu və həvəsin təsirindən sıyrılan ağıl qəlbin bir neçə addım gerisində, lakin onun rəfiqi və öz üfüqü ölçüsündə lətifeyi-rəbbaniyyə sevgisinə də məzhər olur. Qurana təslim olub nuraniləşən bir ağıl qəlb və ruh mənfəzlərindən metafizika aləmlərini mütaliə etdiyi müddətdə təcəllilərin, inkişafın arası kəsilmir. (09:28)
  • "Hidayət" sözünün zahiri mənasından başqa bir mənası da mövcuddur.. və hidayət səviyyə- səviyyədir. Dəlalətə düşməyən və Allahın qəzəbinə uğramayan insanların iman üfüqündə yaşaması hidayətdir. Tam hidayət isə  Əsmayi-Hüsnanın çərçivəsində Zatı-Üluhiyyət mülahizəsini dərk etməkdir. (12:30)
  • Hər kəs öz mövqeyinə görə hidayət istəyir. Yoldan sapanlar və günahkarlar: "Bizi sirati-müstəqimə (doğru yola), Sənə aparan yola yönəlt" deməklə Quranın tərif etdiyi hidayətə çatmağı istəyirlər. Ala-yarımçıq inananlar isə: "Bizi təqliddən (təqlidi imandan) qurtar, bizə təhqiqin (təhqiqi imanın ) abi-həyatını içir və əşyanın həqiqətini göstər," – deyir və çatdıqları hidayətin kamilini tələb edirlər. Kamala çatanlar isə: "ihdinəs-siratəl-müstəqim" sözü ilə "Allahım, hidayətimi davam etdir, ölüm gələnədək məni əmanətinə sədaqətli et, əmin bir insan kimi əmanəti Sənə təslim etməyi müvəffəq et," –  deyirlər. (15:30)
  • Şəxsi həyatda iman, ürfan və məhəbbət yolunda himmətin (səy, cəhd) ali olması ilə yanaşı, Allaha ibadətlərdə də hədəf yüksək tutulmalıdır. Bu mövzuda Həzrəti Ustadın təsbehin hər dənəsində kainatdakı zərrələrin sayı qədər təsbehləri (Allahı şanına layiq ifadələrlə mədh etmək) duyan sələflərinə qibtə etməsi və onların bu ənginliyinə çatmaq  üçün illərlə səy göstərməsi gözəl örnəkdir!.. (18:32)
  • Bir qüdsi hədisdə Cənab-Haqq məalən: "Məni istə və ara ki, tapasan. Axtarsan, taparsan!" – buyurur. (25:12)

Sual 2 - Ruh üçün əsas qida olan "Hu" necə başa düşülməlidir? Cismin (vücudun) hava ehtiyacının hər nəfəsdə fitri və təbii şəkildə təmin edilməsi müqabilində, ruhun daim "Hu"ya olan ehtiyacı necə təmin edilir? (26:28)

  • "Hu” bir sirli  və əngin kəlmədir ki, Haqqın Zatını bütün cəlali təcəlliləri, bütün camal cilvələri, bütün əsmayi-hüsnası və vəsfləri ilə ifadə edir. Bu əvəzliyi belə əhatə və vüsətinə görə İsmi-Əzəmə (Allahın ən böyük adları) aid edənlər də olmuşdur. Təsadüfi deyil ki, həm nəzakətli kəlamçılar, həm bir çox sufi Onu (Allahı) dərinlik və ənginliyinə görə "Hu" əvəzliyi ilə anmağa üstünlük vermişlər... (26:45)
  • Hava ilə Hüvə (Hu) arasında yaxın bağlılıq vardır. Hava “Hu” ya söykənir. Əslində, hər insan "Hu" ilə nəfəs alır. Bəli, hər bir insan istər inansın, istər inanmasın, hər nəfəsdə "Hu" demək məcburiyyətindədir, "Hu" deməyən yaşaya bilməz. (32:12)
  • Hidayətin mərtəbələri olduğu kimi qəlbin azmasının da pillələri var; bəli, qəlbin azması da dərəcə-dərəcədir. Buna görə də: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” (“Ali İmran” surəsi, 3/8) məalındakı ayəni hər kəs öz halını düşünərək çox oxumalıdır. (34:58)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.