419-cu nəğmə: “Qurban, həcc və insanlıqdan məhrum insanlar”

419-cu nəğmə: “Qurban, həcc və insanlıqdan məhrum insanlar”

  • Qurban da zəkat kimi, sədəqə kimi bir şeydir. Elə insanlar var ki, qurban ona vacibdir. Yəni bir nəfərə bir qurban kəsmək vacibdir. Bu insan istəsə 10 qurban da kəsə bilər. Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) yaşı qədər qurban kəsmişdir. Hazırda da, Allahın izni və inayəti ilə bunu eləməyə çalışanlar var. Elə adamlar var ki, bəlkə də bütün ailə üzvləri adına qurban kəsməyə mükəlləf deyil, amma kəsir. Bəzən adam başına iki, bəzən üç qurban kəsir. Sizin qardaşlarınızdan da bəlkə on qurban kəsən var. Məncə hazırda məsələyə bu cür yanaşmaq; müqərrəb, əbrar, sadiq, muxlislər kimi yanaşmaq lazımdır.
  • Dünyada yenə kasıbla varlı arasında böyük uçurumlar var. Myanmarı düşünün. Bu yaxınlara qədər yurd-yuvasından didərgin edildilər. Məbədləri, evləri dağıdıldı. Hazırda da bir qədər çətinlik var. Demək olar ki, tamamən ölkədən sürgün ediliblər. Mən nə Vedalarda, nə Upanişatlarda (Budizm) belə bir zülmə rəvac verən ifadələr görməmişəm. Ancaq bəziləri... siyasət, idarə, hakimiyyətin təbiəti belədir. Burada tarazlığı qorumaq çox çətindir. Orada müxtəlif növ cinayətlər törədilir, amma təbii qarşılayırlar.
  • Belə insanlara biganə qalmaq “Müsəlmanların dərdinə şərik olmayan onlardan deyil” hədisinə qarşı saymamazlıqdır. Bu o deməkdir ki, belə insan müsəlman deyil. O baxımdan məncə, Mynamardan Suriyədə zülmə məruz qalanlara... varsa Misirdə, Yeməndə, İraqda zülmə məruz qalanlara əl uzatmaq bir mömin vəzifəsidir. Bəlkə də, bu işi get-gedə artırmaq lazımdır. Bunun əhəmiyyətini, buna şiddətli dərəcədə ehtiyac olduğunu çatdırmaq lazımdır. Bu, eyni zamanda möminliyin bir əlamətidir... Zülmə məruz qalan möminlərin dərdinə, iztirabına, ələminə şərik olmağın bir əlamətidir. ... əgər şərik olmursunuzsa, demək onlardan deyilsiniz...
  • Namazdan xəbəri olmayana belə, məncə ilk öncə namazın ruhundakı hikmətləri və faydaları öyrətmək lazımdır. Gündə beş dəfə Allaha əhd-peyman edirsiniz. Gündə beş dəfə qəlbi hüzur içində məbədə gələn, imamın arxasına keçib cərgəyə duran, əmrə müntəzir bir surətdə ibadət edən bir insanın gündəlik həyatında da, bir mənada bunun təsirini görmək mümkündür. “İndicə Allahın hüzurunda idim, necə yalan danışım? Necə siyasi, üstəlik də Makkiavellin kimi siyasi oyunbazlıq edim? Necə kiməsə kələk gəlim? Necə kiməsə ləqəb qoşum, axı Qurani-Kərim: “Bir-birinizə ləqəb qoşmayın” deyir. Necə intiqam hissi ilə hərəkət edim? Necə kimlərinsə axırına çıxmaq üçün səfərbərlik elan edim?...” Gündə beş dəfə inanaraq Allahın hüzuruna çıxır, iki qat olub rükuya gedirsən sonra da əhd-peymanını pozursan, əhdindən dönərək dönüklər kimi həyatını ləkələyirsən. İctimai həyatını, şəxsi həyatını, ailəvi həyatını, siyasi həyatını, iqtisadi həyatını ləkələyirsən. Namazın belə bir təsiri var... Demək ki, insan gündə beş vaxt məscidə gələrək özünü fikri-mənəvi-ruhi cəhətdən yeniləməlidir. İnsalığımızı, müsəlmanlığımızı ancaq belə qoruya bilərik. Əks halda Allah insana bu mükəlləfiyyəti çiyinlərinə yükləməzdi.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.