Cizgidə mütəvazi bir dua
M. Fəthullah Gülənin "Prizma" silsiləsinin səkkizinci kitabı olan "Çizgimizi Hecelerken" "Nil" Yayınlarında işıq üzü gördü. Kitab Peyğəmbərimiz Hz. Məhəmmədin 15 əsr öncə çəkdiyi rəhmət və bərəkətini umaraq "cizgimiz" adını qoyduğumuz yolda mütəvazi bir dua niyyəti ilə ərsəyə gələn dəyərli bir əsərdir.
Həyatı boyu insanı əhatə edən sualların, ancaq Məhəmmədi qağının arxasında cavab tapacağını, İslamın əngin dünyasında bütün məsələlərin həll olacağını dilə gətirən müəllif yenə də müxtəlif mövzularda verilən suallara ayə və hədislər işığında cavablandırdığı məqalələrdən ibarətdir "Çizgimizi Hecelerken" əsəri.
Müəllif "Mənə elə gəlir ki, qəlbi ağılla evləndirmənin vaxtı gəlib çatmışdır. Dinin elmlə birlikdə olması bizə yeni üfüqlər açacaq" deyərək hər insanı maraqlandıran məsələləri əhatəli üslubla izah edir. Fəthullah Gülən Xocaəfəndi insanlığın problemlərinə öz "cizgimizin" biliyi, düşüncəsi və ruhunda həll yolları axtarmağa çalışır.
- tarixində yaradılmışdır.