Fəthullah Gülənin fikirləri Kiyevdə müzakirə edildi
Ukraynanın paytaxtı Kiyevdə keçirilən, "Fəlsəfi miras – müasir dünyanın inkişafında təsirli bir amil kimi" adlı konfransda Fəthullah Gülənin fikirlərindən danışıldı. Dünya fəlsəfə mirasından bəhs edən beynəlxalq elmi konfrans Dialoq Avrasiya Platforması (DAP), Taras Şevçenko adına Kiyev Dövlət Universiteti, Ukrayna Pedaqoji Elmləri Akademiyası və Ukrayna Elmi Dərnəyinin əməkdaşlığı ilə keçirildi.
Paytaxt Kiyevin Taras Şevçenko adına Dövlət Universitetində keçirilən konfransda Ukrayna, Türkiyə, İngiltərə, Estonya, Rusiya, Tacikistan, Qazaxıstan, Hindistan, Çin və s. ölkələrin çox sayda ziyalı və elm xadimləri iştirak etdi. Konfransda Konfutsi, Rumi, Skovoroda, Kant, Yurkeviç, Berdiayev, Qandi və Gülənin fəlsəfi mirasından müasir dövrdə istifadə yolları müzakirə edildi. Bu görkəmli şəxsiyyətlərin adını daşıyan cərəyanların müasir cəmiyyətin inkişafındakı rolu haqqında təkliflər irəli sürüldü.
DAP-ın Dövri Sədri və Kiev Taras Şevçenko adına Dövlət Universitetinin müəllimi prof. dr. Vladimir Serhiyçuk Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə, "Bu gün burada, universitetimizin mərkəzi binasında müzakirə etdiyimiz məsələlər gələcək yönümlü fikirlərdir. Burada digər görkəmli mütəfəkkirlər haqqında da bu kimi toplantılar keçirilmişdir. Biz Gülənin məşhurluğunu onun mütərəqqi düşüncələrində və insanlıq üçün faydalı fikirlərində görürük. Çünki Gülənin düşüncəsinin əsası ixtilafları aradan qaldırmaq və dünya sülhünü təmin etməkdir" – dedi.
Səfirlik olaraq DAP-ın fəaliyyətlərini dəstəklədiyini bildirən T.C. Kiev Səfirliyi Müşaviri Berk Baran isə konfransın keçirilməsinə dəstək verən təşkilatlara təşəkkür etdi. Baran bu kimi fəaliyyətləri səfirlik olaraq təqdir etdiklərini söylədi.
“Gülən həm mütəfəkkir, həmd də aksiyonerdir”
Konfransın açılış çıxışında DAP-ın həmsədri Sədri Harun Tokak isə: "Bu gün burada, bu tarixi universitetdə, həqiqətən çox mühim bir mövzudan danışırıq. Bəşəriyyət qaranlıq içində, ümidsizlik içində olan dövrlərdə məşəli alovlandıranlar vardır. Onlar qaranlığı pisləmək yerinə, işıq yandırırlar, biz onlara öz dövrünün işıq memarları deyirik. Bu gün bu toplantıda öz mədəni mühitində, öz dövründə öz xalqına, öz millətinə, hətta bütün bəşəriyyətə yol göstərən bəzi fikir memarlarının fikirlərindən danışacağıq. Hər dövrdə bir məşəli alovlandıranlar, bir bu məşəli daşıyanlar, bir də söndürməyə çalışanlar var. Biz Dialoq Avrasiya olaraq və siz bölgənin ziyalıları olaraq keçmişdə işıq memarlarının alovlandırdıqları məşəli daşımaqda qərarlıyıq. Və dolayısilə bunun şüurunu və məsuliyyətini daşıyırıq" – dedi.
“Gülən əgər başqaları kimi İslama siyasi, radikal bir şərh versəydi, bu gün biz burada sizinlə birlikdə ola bilməzdik” deyən Harun Tokak fikirlərini belə çatdırdı: "Onun İslamla bağlı fikirlərini hər kəs qəbul etdi, hər kəsin xoşuna gəldi. O hər kəsə qucaq açan bir anlayış gətirdi, fərqli din və mədəniyyətlərə mənsub hər kəsə qucaq açdı. Onun fikirlərindən: “Demək ki biz təkcə öz inancımızla, təkcə öz ölkəmizlə deyil, bütün dünya ilə, bütün insanlarla sülh və hüzur içində yaşama yollarını axtarmalıyıq” – düşüncəsi doğdu.
Gülən düşüncələrini təkcə fikir kimi ortaya atmadığını, həmçinin onun bir “aksiyoner” olduğunu da deyən Harun Tokak, "Gülən, bəlkə də, tarixdə bənzəri çox az olan, on minlərlə dialoq və sülh məktəbləri layihəsinə rəhbərlik etdi. Bu məktəblərdən məzun olan fərqli millət və mədəniyyətin nümayələri bu şüurla yetişirlər. Bunlar bizə gələcək naminə ümid verir. 10-15 il əvvəl mədəniyyətlər qarşıdurmasından danışılırdı, bu və buna bənzər konfranslar nəticəsində artıq bu gün sülh və birgə yaşamaqdan bəhs edilir" – dedi.
“Gülən zaman keçdikcə daha yaxşı anlaşılacaq”
Şərqşünas və sabiq Fransa səfiri Yuri Koçubey isə Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə: "Fəthullah Gülən müasir həyatı anlamaq üçün bir açar tapdı. Gülənin açar mahiyyətindəki fikirləri bütün insanların sülh və barış içində yaşamasından xəbər verir. Onun fikirləri bütün bəşəriyyət üçün böyük əhəmiyyət daşıyır" – dedi.
Çingiz Xan nəslindən olduğunu deyən ukraynalı diplomat Koçubəy isə “zaman keçdikcə insanlar Fəthullah Gülənin fikirlərinin dəyəri daha yaxşı anlayacaqlar” – dedi.
“Nəvələrimiz sülh içində yaşayacaq”
Konfransda “Qandi övliyadır, yoxsa siyasətçi?” adlı məruzə ilə çıxış edən Rusiya Elmlər Akademiyası Şərq Elmləri İnstitutu Baş tədqiqatçısı prof. dr. Rostislav Rıbakov isə: "Son vaxtlar Gülən haqqında çox sayda konfranslar keçirilir. DA platforması müxtəlif ölkələrdə 15 ildir böyük işlər görür. Dünyada bir çox mütəfəkkir var, Güləni onlardan ayıran əsas cəhət fikirlərinin həyata keçirilməsidir. Bu, yeni fikirlərin əsasında açılan məktəb və kolleclərdə yeni nəsil yetişdirilir. Müxtəlif ölkələrdən gələn insanlar məktəblərdən danışanda biz də öz uşaqlarımızın, nəvələrimizin gələcəkdə sülh şəraitində yaşayacağını düşünürük, əsas olan da budur" – dedi.
“Gülənə ehtiyacımız var”
Ukraynanın Gülənin düşüncələrinə ehtiyacı olduğunu bildirən ukraynalı alim Aleksandr Şokalo: "Gülən bizim öz dəyərlərimizi tanımağımıza səbəb oldu. O indi həyatdadır və biz ondan istifadə edə bilirik. Keçmişdə Ukraynada da Gülən kimi mütəfəkkirlərimiz olmuşdur. Skovoroda vardı. O da Gülən kimi həyat müəllimi idi. Anlatdığı dəyərləri yaşayan insan idi. Biz bu gün Gülən sayəsində iki əsr əvvəlki dəyərlərimizdən danışırıq. İnsani “qida”nın məhdud olduğu bu dövrdə Gülənin fikirləri və fəlsəfəsi daha çox əhəmiyyət daşıyır" – dedi.
“Fəthullah Gülən dövrün ən böyük humanistidir”
Konfransa Tacikistandan gələn prof. dr. Nadir Odilov isə fikirlərini belə dilə gətirdi: "Fəthullah Gülən Xocaəfəndi dövrün ən böyük humanistidir. Onun məqsədi odur ki, insanlar bir-birini başa düşsün və bir-birinə yardım etsin. Bünövrəsi qarşılıqlı hörmət olan bu məktəblərdə yetişən nəsillər gələcəkdə bütün dünyaya xidmət edəcəklər".
- tarixində yaradılmışdır.