Gülən Hərəkatı XXI Əsrə Xitab Edir
Paneldə çıxış edən Kamar Ağa Orta Şərq və Şimali Afrikada baş verən hadisələrin tamamilə azadlıq hərəkatı olduğunu söylədi. Bu cür azadlıq hərəkatlarına dini və ya dünyəvi zorakı rejimlərin səbəb olduğunu vurğulayan Ağa hərəkatı başladan təbəqənin uzun müddət eyni problemlərlə üzləşənlər olduğunu, həmçinin Orta Şərq və Şimali Afrikada baş verən üsyanın heç bir maneələrə məhəl qoymadan bütün coğrafiyaya yayılacağını söylədi.
Üsyanın sona çatmasının xalqın azad iradəsinin demokratik parlamentdə təmsilindən asılı olduğunu deyən Ağa Türkiyənin onlara bu istiqamətdə nümunə olduğunu vurğuladı. Ağa Türkiyənin müasirliklə İslamı böyük uğurla birləşdirdiyini və AK Partiya Hökumətinin demokratiya ilə milli-mənəvi dəyərləri birləşdirməsi baxımından yaxşı bir model və təsirli bir güc olduğunu ifadə etdi.
Orta Şərq və Şimali Afrikada baş verən xalq hərəkatlarından sonra Gülən Hərəkatının bölgədə mühüm rol oynayacağını söyləyən Ağa bu Hərəkatın XXI əsr hərəkatı olduğunu buna görə də fərqli təsir gücünə malik olduğunu ifadə etdi. Hərəkatın kökünün keçmişə deyil, bu dövrə bağlı olduğunu deyən Ağa "Hərəkat demokratiyanı və müasir dəyərləri müdafiə edir. Müasir təhsilə dövrün tələbatı kimi baxır və buna görə də uğur qazanır. Digər hərəkatlar reaksioner xarakterlidir. Gülən Hərəkatı isə əksinə bilavasitə dövrün şərtlərindən doğan və bu dövrə xitab edən bir hərəkatdır" – dedi.
Gülən Hərəkatının ruhani və sosial – iki cəhəti olduğunu söyləyən Ağa ruhani cəhətin Hərəkatı militanlıqdan uzaqlaşdırdığını dilə gətirdi. Çıxışında Əfqanıstandakı Talibanı nümunə göstərən Ağa Talibanda ruhanilik olmadığına görə bu hərəkatın militan və siyasi xarakterini aldığını bildirdi. Gülən Hərəkatındakı ruhaniliyin bu bölgədə uzun illər boyu mövcüd olduğunu deyən Ağa bildirdi ki, Anadolu İslamının uzun müddət bölgədə hakim olması və bu gün də öz təsirini itirməməsi olduqca təbiidir.
“Ərəb və Qərb Dünyası Təhsil Anlayışını Gözdən Keçirməlidir”
Prof. dr. Ənvər Alam isə qeyd etdi ki, Gülən Hərəkatının ən böyük xüsusiyyəti onun dövlət dəstəyi ilə deyil, spontan inkişaf edən bir hərəkat olmasıdır. Gülən Hərəkatının dövlət dəstəyi olmadan cəmiyyətin içindən çıxan nadir hərəkatlardan biri olduğunu vurğulayan Alam dünyada İslam toplumunu ilə İsrail arasında olan Fələstin münaqişəsinin belə dövlət dəstəyi ilə cərəyan etdiyini dilə gətirdi.
Gülən Hərəkatının təhsil və dialoq yönünün əhəmiyyətinə diqqət çəkən Alam Hərəkatın təhsil baxımından gələcəkdə mühüm rol oynayacağını ifadə etdi. Gülən Hərəkatının təhsil anlayışının gələcək Orta Şərqin yenidən qurulması və inşasında böyük əhəmiyyət daşıdığını deyən Alam: "Hal-hazırda İslam dünyasının böyük əksəriyyətində təhsil sistemi Qərbə əsaslanır. Bu həm Ərəb, həm də Müsəlman dünyası üçün böyük bir maneədir. Gülənin təhsil anlayışı ilə həm Ərəb dünyası, həm də Qərb dünyası təhsil anlayışını təkrar gözdən keçirməlidir" – dedi.
Dialoq fəaliyyətlərinə də diqqət çəkən Alam dialoq fəaliyyətləri deyəndə həmişə Müsəlmanların digər monoteist dinlərlə dialoqları başa düşüldüyünü ifadə edərək "əslində Hərəkat Müsəlmanlar arasında dialoqa da əhəmiyyət verməlidir. Ərəb dünyasının Müsəlmanları ilə buranın Müsəlmanlarına xitab edən dialoqa ehtiyac var" – dedi.
- tarixində yaradılmışdır.