Ekrana məhkum olmuş iflic iradələr

Sual: Günümüzdə kiçikdən böyüyə demək olar ki hər kəs televizor, kino və kompyuter ekranına məhkum olmaqla qarşı-qarşıya qalmışdır. Yeni nəsillər tərəfindən idman, əlavə məşğuliyyətlər və hətta maqazin xəbərləri də bir yönü ilə həyatın vazkeçilməz ünsürləri arasında sayılır. İradələrin az qala iflic olduğu belə bir dövrdə mənasız və faydasız məşğuliyyətlərdən uzaq qala bilməyimiz nələrə bağlıdır?

  • Malayani; insanı maraqlandırmayan, onun bu günü və sabahı üçün heç bir faydası olmayan, gərəksiz və lüzumsuz şeylər deməkdir. (00.45)
  • Bu gün əhli-dünya roman, teatr, televiziya, internet və kinofilm kimi ünsürləri insanları yollarından azdırmaq məqsədi üçün istifadə edirlər. Möminlər də mütləq bu sahələrdə alternativlər təqdim etməli və nəsillərə hidayət yollarını göstərməlidirlər. (03.05)
  • Hansı sahədə nə ediriksə edək, "Elə bir şey təqdim edək ki, biz də bizimkilərin başlarını qarışdıraq" anlayışından uzaq olmalıyıq. Bütün səylərimizdə, millətin ehtiyaclarını təmin etmə və işin ən mükəmməlini etmə niyyətinə bağlı olmalıyıq. (05.27)
  • Gördüyümüz işin keyfiyyətinə diqqət etməklə yanaşı, məsələni Allah rizasına bağlı olaraq görüb görməməyimizə də həmişə nəzarət etməliyik. (06.10)
  • Haqqı tapdıqdan sonra onda israrlı olmalıyıq, başqalarına baxaraq öz tərzimizdən geri durmamalıyıq. (07.00)
  • Malayani şeylər qəlbi öldürür. Belə ki, Allah Rəsulu (s.ə.s.) "Hər bəhanə ilə gülmə, zira gülmək qəlbi öldürür" buyurmuşdur. (10.35)
  • Xüsusilə Qərb cəmiyyətləri ilə iç-içə yaşayanlar qeyri-ciddiliyə düşməkdən özlərini həssaslıqla qorumalıdırlar. Unutmamalıdırlar ki, mömin eyni zamanda ciddiyyəti təmsil edir, o görüldüyü vaxt Allah xatırlanır. (13.35)
  • Boş və faydasız məşğuliyyətlərdən uzaq qalmağın ən böyük vəsilələrindən biri, hər zaman imanlı insanlarla bərabər olub camaatın bərəkətindən istifadə etməkdir. (15.03)
  • Bəzi vəzifəli insanlar, şəxsi-mənəvi naminə və müəyyən ölçüdə o gün üçün aktual olan məsəslələrlə də məşğul ola bilərlər. Əgər bunu bir zərurət səbəbi ilə və çərçivədən çıxarmaq şərti ilə edirlərsə, o əsnada belə ibadət savabı qazana bilərlər. (17.51)
  • İnternetdən istifadə etmənin və televiziya seyr etmənin olçüsü…(21.44)
  • İnsan, iradəsinin haqqını verməli, planlı yaşamalı və faydasız şeylərə əsla yolundan qalmamalıdır. (24.20)
  • Qeyri-ciddilik ola biləcək məclislərdə iştirak etməmək lazımdır, çünki ayə və hədislərdə, faydasız sözlər danışanlardan və mənasız mövzuları müzakirə edənlərdən uzaq durmağın vacibliyi xüsusilə vurğulanmışdır. Necə ki mücrimlər (günahkarlar), onları cəhənnəmə aparan dörd səbəbi sayarkən, onlardan biri olaraq malayani şeylər ilə məşğul olmağı da söyləyir və "Batilə dalanlarla birlikdə biz də dalardıq" (Müddəssir, 74/45) deyirlər. (27.05)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.