İstiğfar (Tövbə)

Sual: İstiğfar nə deməkdir? İstiğfarın müəyyən bir vaxtı varmı, yoxsa o hər zaman sadəcə mülahizələrdə olan bir peşımançlıq ifadəsidirmi? İstiğfarın müəyyən bir üsulu var demək olarmı?

  • İstiğfar, insanın etdiyi bir xətanın peşımançılığı ilə qıvranaraq Cənabi-Haqdan qüsurlarının əfv edilməsini və günahlarının bağışlanmasını istəməsi, əfv və məğfirət diləməsi deməkdir. (00.33)
  • Hər günah səbəbi ilə Cəhənnəmə girəcəkmiş kimi peşimançılıq və iztirab duyma mömin bir qəlbin şüarıdır. Günahdan təsirlənməyən bir qəlb isə ölmüş sayılır. Günaha qarşı reaksiya verməyən və xətalardan narahatçılıq keçirməyən bir könül, cansız bir vücud kimidir. (03.58)
  • "Əstağfirullah" sözü, Allahım, Səndən bağışlanma diləyirəm, ömrüm vəfa etdiyi müddətcə də bu tələbimi davam etdirəcəyəm. Bir dəfə əfv diləməyi kafi görmürəm, bu anda məni bağışlamanı dilədiyim kimi, bu xətama görə də ömür boyu peşmançılıq duyacaq və məğfirət (bağışlanma) diləyəcəyəm. Bağışla məni Rəbbim!.." mənalarını ehtiva edir. (05.15)
  • Rəsuli-Əkrəm Əfəndimiz(s.ə.s.) belə buyurmuşdur: "Necə xoşbəxtdir o adam ki, dəftərində çox istiğfar ola" (07.11)
  • Hər fərz namazdan sonar üç dəfə "Əstağfirullah" demək sünnətdir. (08.33)
  • İstiğfar, demək olar ki hər yer, zaman və vəziyyətdə edilə bilər. Ancaq Quran və Hədisdə, səhər vaxtlarında dua və istiğfar etmək tövsiyə edilmiş və buna təşviq edilmişdir. Cənnət əhli və o biri aləmin nemətlərinə nail olanlar təsvir edilərkən bu hal, xüsusilə qeyd olunur, "Səbr edənləri, doğru olanları, hüzurunda səmimi qəlb ilə boyun büküb ehtiramla dayananları, Allah üçün mallarını xərcləyənləri və səhərlər istiğfar edənləri (Allah görür)" (Ali-İmran, 3/17); "(Cənnətliklər) gecələri çox az yatar, səhərlər də istiğfar edərlər" (Zariyat, 51/17-18) (14.02)
  • İstiğfar günahların bağışlanmasını istəmə olduğu üçün bir başlanğıcdır, bu işin zirvəsi isə tövbə, inabə (qayıtma) və əvbədir(dönmədir). (18.09)
  • İstiğfarın üsulu necə olmalıdır? (19.16)

    "Ey hər şeyi var edən həyat sahibi Hayy və ey hər şeyin varlıq və bəqasını qüdrət əlində tutan Qəyyum, Sənin rəhmətinin genişliyinə etimad edərək Səndən mərhəmət diləyirəm, bütün hallarımı islah elə, hır cür hal və hərəkətlərimi qulluq şüuru ilə bəzə və göz açıb qapayıncaya qədər olsa da məni nəfsim ilə baş-başa qoyma, dayanmadan pislikləri əmr edən nəfsimin mərhəmətsizliyinə tərk etmə!"

    Bəzi rəvayətlərdə "ذٰلِكَ مِنْ أَقَلَّ وَل" əlavəsi də var, yəni "Göz açıb qapayıncaya qədər.." ifadəsi ilə kifayətlənilməmiş, "Xeyr! o qədər deyil, ondan daha az bir zaman da olsa məni nəfsim ilə baş-başa qoyma!"deyilmişdir. (23.17)
  • Şəddad ibni Əvsdən (r.a) rəvayət edilən hədisin "Seyyidül-İstiğfar" olaraq bilinən bu qismi istiğfar üçün çox əhəmiyyətli bir duadır:

    "Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ilah yoxdur. Məni Sən yararatdın və mən Sənin qulunam. İman və qulluğumda gücüm çatdığı qədər Sənin əhd və misaqın(vəd) üzrəyəm. Ey Rəbbim! Etdiklərimin şərindən Sənə sığınıram. Sənin mənə ehsan etdiyin nemətləri iqrar və etiraf etdiyim kimi, öz qüsur və günahlarımı da etiraf edirəm. Rəbbim! Sən məni əfv et və bağışla. Çünki Səndən başqa heç kim günahları əfv edib bağışlaya bilməz, yeganə Ğafur Sənsən."

    Bu duanı hər gün səhər dörd dəfə oxumaq sünnətdir. (24.20)
  • Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) Həzrəti Əbu Bəkirə öyrətdiyi dua belədir:

    "Allahım, həqiqətən mən nəfsimə sonsuz zülmlər etdim, Səndən başqa günahları bağışlayacaq heç kim yoxdur. Nəzdi-Üluhiyyətindən xüsusi və gözlənilməz bir bağışlama ilə məni bağışla, mənə mərhəmət et, şübhəsiz ki Sən yeganə Ğafur və Rəhimsən." (24.45)
  • Nəzrəti Əbu Hüreyrə (r.a.) hər gün on iki min dəfə istiğfar edirdi. Ona "Bu qədər çox deyilmi?" deyə soruşanda "Xeyr! günahlarım qədərdir…" cavabını verirdi. Ehtimal ki, xəyalından keçən şeylər üçün belə, bağışlanma diləyirdi. (27.15)
  • Əbu Hüreyrə Həzrətlərinin Rəsuli-Əkrəm Əfəndimizdən (s.ə.s.) öyrənib mütəmadi olaraq təkrar etdiyi dua belədir:

    تُزِغْ وَلاَ عِلْماً زِدْنِي اللَّهُمَّ رَحْمَتَكَ وَأَسْـأَلُكَ لِذَنْبِي أَسْتَغْفِرُكَ اللَّهُمَّ سُبْحاَنَكَ الْوَهَّابُ أَنْتَ إِنَّكَ رَحْمَةً لَدُنْكَ مِنْ لِي هَبْ وَ هَدَيْتَنِي إِذْ بَعْدَ قَلْبِي

    "Ey bütün əksik və qüsurlardan münəzzəh və uzaq olan Rəbbim, Səni (zatına yaraşmayan hər şeydən) tənzeh (uzaq tutmaq) edirəm. Allahım, günahlarımı bağışlamanı və rəhmətini diləyirəm. Allahım elmimi artır və məni hidayətə çatdırdıqdan sonra bir daha qəlbimi yolundan azdırma, nəzdindən mənə rəhmət lütf et, şübhəsiz ki Sən, çox lütfkar Vəhhabsan."

    Həzrəti Ustad, "Dua və təvəkkül, xeyirli təmayüllərə böyük bir qüvvət verdiyi kimi, istiğfar və tövbə də şər işlərə təmayülün qarşısını kəsər və təcavüzlərini önləyər." buyurur. (30.11)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.