Sərazadlar hürriyyəti və həqiqi hürriyyət

  • İnsanın cəhd və səyi kainatı fəth etməyə qadir olmalı, lakin qətiyyən bununla kifayətlənməməli, üstəlik zərrə qədər təmənna ummamalıdır. (00:40)
  • “Adanmış ruhlar”ın dünyasında mərifət iltifatdan deyil, iltifat mərifətdən asılı olmalıdır. (01:50)
  • Fədakar ruhların qurban bayramında möhtac insanlara ət paylaması kimi xeyirxah işlər görərkən sırf Allahın rizasını ummaq, hər cür mənfəət düşüncəsindən uzaq olaraq "Müsəlmanların dərdinə şərik olmayan onlardan deyil" hədisinin ortaya qoyduğu məsuliyyət anlayışı ilə hərəkət etmək lazımdır. Xalqın iztirabına şərik olmaq niyyətilə Həzrəti Ömər kimi hər kəs nə yeyirsə ondan yemək, Həzrəti Əlinin buyurduğu kimi "İnsanlar içində insanlardan bir insan olub” bütün varlığı ilə fədakarlıq göstərməli, bütün bunları da sırf Haqq-taalanın xoşnudluğu üçün etməlidir. (03:50)
  • Umduğunu Allahdan umanların əli heç vaxt boş qayıtmamışdır, insanlardan təmənna umanların əksəriyyəti isə tək-tənha qalıb zəlil olmuş, ümidləri puça çıxmışdır, umduğunu görə bilməyəndə də xeyirli işlərdən uzaqlaşmış, üstəlik müxatəblərin də soyuq münasibəti ilə qarşılaşarlar. (08:40)
  • Hadisələri təhrif edərək insanları qaralamağa çalışanlar nə qədər boş-boş danışır danışsın, mömin mömin kimi hərəkət etməlidir. Bəzi paranoiklər "Görəsən, bunlar bu yaxşılığı nə niyyətlə edirlər? Yoxsa, assimilyasiya etmək məqsədi güdürlər?!." deyib öz xarakterlərini nümayiş etdirməkdə olsunlar. İnananlar da təmanassız gördükləri işləri davam etdirərək xarakterləri nəyi tələb edirsə, onu ortaya qoymalıdırlar. (09:20)
  • Mömimin iman dərinliyi şəfqəti ilə düz mütənasibdir. (11:40)

Sual: 1)

Bəzi insanlar, xüsusilə də gənclər zahirən məntiqli, mühakiməli, amma hissi, nəfsani, sərazad və kef-damaq içində yaşamağı "azadlıq"sayır, bu "azad"lıq bəhanəsi ilə doğru və yanlış hər cür işə əl atırlar. Fərdi və ictimai aspektdən azadlığın çərçivəsini izah edə bilərsinizmi? (13:39)

  • Hürriyyət sırf cismani varlığı, yəni bədəni üçün yaşayan və iştahasını təmin etməkdən başqa bir şey düşünməyən insanların dünyasında heç bir məhdudiyyət və sərhəd qoymadan hər cür arzu-istəyi həyata keçirməkdir. Onlar bu yanlış hüriyyət düşüncəsi ilə əxlaq və fəzilətin yerinə cismaniliyi oturtmuşlar. Sərhədsiz və ya ifrat sərbəstliyi həyat fəlsəfəsinə çevirən bu talesizlər azad olduqlarını və sərbəst həyat yaşadıqlarını iddia etsələr də, əslində fərqinə varmadan bədənin, cismani istəklərin, dünyanın toruna düşmüş, şan-şöhrətin, mal-mülkün və şəhvətin qul-köləsi olmuşlar. Bu əsarətin bir nəticəsi olaraq Allahdan uzaqlaşıb ruhi-mənəvi boşluqlara düçar olmuş, mənəvi xəstəliklərə tutulmuş və anarxiyaya meyilli kütləyə çevrilərək toplumu böhrana sürükləmişlər. Bəli, arzu, istək və təmənnaya bənd olan, eqoizm, şöhrət, həsəd, vəzifə hərisliyi kimi mərəzlərin torunda çırpınan bir qəlbin sahibi əsla azad deyildir. Həyatını maddi mənafe və cismani ləzzətlər müqabilində başqalarına girov qoyan və daim onlara borc ödəmək məcburiyyətində qalan bir insanın azad olması qeyri-mümkündür. (14:32)
  • Əslində, “heç bir sərhəd tanımamaq”, “heç bir şərtə əməl etməmək” və “istədiyi kimi yaşamaq” mənasına gələn sərazad hürriyyəti dünyanın heç bir yerində mümkün olmamışdır. Nə kapitalist, nə liberalist, nə də kommunist sistemlərində heç kim arzu etdiyi kimi yaşaya bilməmişdir. Bəzi sistemlər mənafeyinə uyğun məsələlərdə müəyyən sərbəstliyə imkan versələr də, sistemə sadiqlik mövzusunda tiranlıq nümayiş etdirmişlər, sistemi qoruma anlayışı ilə ən kiçik bir müxalifliyə görə minlərlə insanı qətlə yetirmişlər. Bu gün də bəzi ölkələrdə eyni tiranlıq davam etməkdədir. (17:22)
  • Biz İslamın qəlbi və ruhi cəhəti aspektində hürriyyəti "insanın Allahdan qeyri heç nəyə və heç kimə qul olmaması, heç nəyin qarşısında baş əyməməsi" kimi anlayırıq. Ömrü cismani həzlərin arxasınca sürünməklə keçirən, nemətə şükür etməkdənsə, daha da cızığından çıxan və gəlir gəldikcə hərisləşən, bir tərəfdən də əlindəkiləri itirmə qorxusu ilə tir-tir əsən bir bədbəxti –dünyanın hökmdarı da olsa – hürr saya bilmərik. Çünki bizə görə həqiqi hüriyyət ancaq dünya əndişəsindən, mal-mülk dərdindən qəlbən uzaqlaşıb Haqqa yönəlməklə əldə edilir. Nəfs və həvəsləri oxşayan dünyadan üz çevirən, qəlbini dünyadan, dünyanı da qəlbindən uzaqlaşdıran insan zindanda da olsa əsl hürriyyətə çatmış sayılır. Yaradana yönələn, üzünü həqiqi qibləyə çevirən, yalnız Haqqa qul olmaqla arzu-istəklərin, gücə-qüvvətin, şəhvətin, şöhrətin quluna çevrilməkdən qurtulan insan həqiqi hürdür. O, boynuna heç kimin kəməndini keçirməz, ehtiras üfüqünə ləka sala bilməz, həva, həvəs, şəhvət ona boyun əydirə bilməz. (21:45)
  • Həzrəti Lut (əleyhissalam) qövmünün çirkin əməlləri kimi iffət anlayışımıza zidd məsələlərə qoyulan bəzi qadağalar və din, nəfs, ağıl, mal, nəsil kimi əsasları qorumaq üçün ortaya oyulan qaydalar hürriyyəti məhdudlaşdırmaq deyil, əksinə onu çərçivəsini müəyyənləşdirməkdri. Bunlar fərd və toplumun sağlamlığı üçün zəruridir. Bu prinsiplərə əməl etməyən toplumların Ad, Səmud və Eykə xalqlarından daha betər aqibətlə üzləşməsi qaçılmazıdır. M. Akif də misralarında bunu vurğulayır:

    "Həya sıyrılmış getmiş, elə üzsüzlük ki hər yerdə...
    Nə çirkin üzlər örtərmiş məgər o incəcik pərdə!
    Vəfa yox, əhdə hörmət heç, əmanət ləfzi-bimədlul;
    Yalan raic, xəyanət mültəzəm hər yerdə, haqq məchul.
    Ağıllar ürpərir, ya Rəbb, nə qorxunc inqilab olmuş:
    Nə din qalmış, nə iman, din xarab, iman türab olmuş.
    Məfaxir qaynasın getsin, kəsilsin vicdanlar lal...
    Bu əxlaqi izmihlal ola-ola, qalmaz istiqlal!" (22:45)

Sual: 2)

"Ölçü və yoldakı işıqlar" kitabında keçən həqiqət damlalarının birində deyilir ki, "Hürriyyəti mütləq sərbəstlik kimi başa düşənlər bilərək və ya bilməyərəkdən heyvani hüriyyətlə insani hüriyyəti bir-birinə qarışdırırlar". Heyvani və insani hürriyyət bölgüsünü necə başa düşməliyik? (26:10)

  • Heyvanlar aləmində belə mütləq hürriyyət anlayışının olduğunu demək çətindir. Diqqətlə baxıb araşdırsaq, onların da sövqü-ilahi ilə bəzi qayda-qanunlara riayət etdiyini görərik. O cümlədən kobraların ərazi davasında təmkinli davranışına, cənub qütbündə yaşayan pinqvinlərin sistemli həyatına, ankvil balıqlarının dünyaya gəlməsi və həyat macəralarına diqqət edəndə ilahi sövqün varlığına şahid olur, heyrət edirik. (26:33)
  • İnsan həyatında da müəyyən qayda, qanun və sərhədlər olmalıdır. Belə ki, əhsəni-təqvimdə yaradılan və əlayi-illiyyinə namizəd olan insana iradə bəxş edilmiş və bu iradə ilə mələkləri keçmək imkanı lütf edilmişdir. (29:53)

Sual: 3)

Bir məqalənizdə hürriyyət axtarışının bəzən dinlə, dövlətlə, hətta adət, ənənə, və əxlaqla mübarizəyə çevrildiyini deyirsiniz. Bu gün gənclərə aşılanan "sərazadlar hürriyyəti"nin arxasında da belə bir çirkin niyyət ola bilərmi? (32:06)

  • Bəli, insan yaradılışından bəri daima hürriyyət axtarır. Bu axtarış bəzən iradəsini sezməsi və onu ortaya qoymağa çalışması ilə, bəzən də dinə, dövlətə, hətta adət, ənənə, və əxlaqa qarşı mübarizə aparmaqla müşayiət olunur. Bizdən əvvəl dünyanın müxtəlif ölkələrində, xüsusilə, Qərbdə sərazadların hürriyyəti gerçəkləşmiş, eyni zamanda bu ifrat və çılğın azadlıq anlayışı bir sıra bəşəri dəyərləri sıradan çıxarmış və öz əleyhinə çevrilmişdir. Buna binaən ümumən Qərb də bu cür azadlıq anlayışından məmnun deyil. Ancaq biz də daxil, bəzi təqlidçi toplumlar iradəni ortaya qoya bilmədiklərinə görə, bu yanlış hürriyyət anlayışının mübtəlasına çevrilmiş və ömrü başqalarının hazırlayıb səhnəyə qoyduğu məşğuliyyətlərlə puç etməyə məcbur olmuşlar. (32:30)
  • İstiqamət (Doğruluq, mötədillik. Ədalətdən, doğruluqdan ayrılmayıb dinə və ağla əsaslanmaq) ancaq müstəqim cəmiyyətdə mümkündür. Bu gün aşınmaya məruz qalan ailə institutu darmadağın... ana-ata kef-damağda olan övladlarına olduqca laqeyd.. ailə yuvası hiss, şəfqət, düşüncə və şüurdan məhrum.. küçə-bayır − hər küncündə bir “cadugər qazanı” olan zülmət gayya (cəhənnəm).. məktəb − boşluğun ümdinə qalan və amansız rüzgarlarla məchullara sovrulan bir ucubə.. məbəd soyuğu, istini hiss etməyən, hiss edib diksinməyən insanların dincəldiyi bir kölgəlik.. eşq-həyəcan ocağı zaviyələrdən əsər-əlamət yox, mövcudluğunu iddia edənlərin çoxu da folklor mərasimləri ilə dolu küllük... Belə bir toplumda nəsilləri yanlış hüriyyət anlayışından xilas edib onlara həqiqi hürriyyəti aşılamaq, əlbəttə ki, çox çətin işdir!.. (33.33)
  • Kamil übudiyyət həqiqi hüriyyət tələb edir, bu iki məfhumu sinonim kimi də qəbul etmək olar. Beləliklə, insan Allaha qulluğu səviyyəsində hürdür və həqiqi hüriyyəti də − dünyəvi əndişələrdən, mal-mülk dərdindən qəlbən sıyrılıb aləmi-xəlqə{qluetip title=[1]}[1] Aləmi-xəlq: Torpaq, dağlar, göy və s. ölçüsü və çəkisi olan madde alemi. Buna aləmi-əcsad, aləmi- şəhadət ve aləmi-mülk də deyilir.{/qluetip} aid bütün xüsusiyyətləri ilə və aləmi-əmrə{qluetip title=[2]}[2] Aləmi-əmr: Ərşin üstündə olub qeyri-maddi, ölçüsüz və hər insanın anlaması mümkün olmayan aləm. Buna aləmi-mələkut və aləmi-ərvah (ruhlar aləmi) və məkansızlıq aləmi də deyilir.{/qluetip} aid bütün dərinlikləri ilə Haqqa yönəlmələri sayəsində − sufilər yaşamışlar. Nəfsini əsir almaqla aslanları belə özünə ram edib onlarla odun daşıyan bir Haqq dostunun mənqibəsi buna gözəl bir nümunədir. (36:48)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.