Torpaq ol, qardaşlıq halqasından çıxma!..

  • Dinə, imana, millətə və vətəninə xidmət edənlər bu işdən maddi, hətta üxrəvi mükafat gözləməsin. (00:40)
  • Allahın nemətləri üstümüzə leysan kimi yağır, buna müqabil bizim borcumuz şükür, minnət və məhviyyət hisləri ilə dolub-daşmaqdır. Ustad Nəcib Fazil: "Yeni güllər yetişsin deyə məni də gübrə qəbul edin!" deyərdi. İnsanın -böyüklüyünü bilə-bilə - təvazökarlığını, məhviyyətini və “heçliyini” ifadə etməsi böyük düşüncədir. (02:50)
  • Qazanılan uğurlar və gözəlliklər illah da bir səbəbə və vəsiləyə istinad edilməlidirsə, o zaman belə deməliyik: "Deməli, yoldaşlar arasında ciddi vifaq və ittifaq var ki, Allah-taala yardımını əsirgəmir. Xidmət Könüllüləri arasındakı qardaşlığı vəsilə və təvəccöh qəbul edir, o təvəccöhə təvəccöhlə cavab verərək müvəffəqiyyət bəxş edir." (04:16)
  • Allah-taala kiçik şeylərdən çox böyük şeylər xəlq edərək öz əzəmətini göstərir. O istəsə, çox kiçik və adi insanlara dahi və güclü-qüvvəli adamların görə bilmədiyi işləri gördürər. (07:30)
  • Torpaq təvazökarlığın və məhviyyətin rəmzi olaraq dodaqlarını daim ayaqlarımızda gəzdirir. Torpaq onun bu məhviyyət və təvazökarlığını ruhunda hiss edib başı ilə ayaqlarını eyni nöqtədə birləşdirərək halqa şəklini alanların alınlarından öpər və ruhlarına Haqqa yaxınlığın sirlərini duyurar.. və könlünü gül bağına çevirmək istəyənlərə "Torpaq ol, torpaq ki, gül bitirəsən, çünki torpaqdan başqası gül bitirəmməz" beytini pıçıldayar. (10:05)

Sual: 1)

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ümmətinin kütləvi bir fəlakətlə üzləşməməsi və uzunmuddət yadların altında qalmaması barədə etdiyi duaların qəbul olunduğunu, ancaq möminlərin ixtilaf və iftiraqa düşməməsi üçün etdiyi niyaza qəbul möhürü vurulmadığını bildirir. Bu məsələnin qarşılıqlı əlaqəsini necə başa düşməliyik? Və bu Peyğəmbər xəbərdarlığı bizi nəyə çağırır? (16:13)

  • Qurani Kərimdə belə buyurulur: "(Ey şanı uca Rəsul) Sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanma diləyərlərsə, Allah yenə də onlara əzab verməz!" (“Ənfal” surəsi, 8/33) Bu ayədə keçən "əzab vermək" sözü ilə ümməti kökündən həlak edən əzab nəzərdə tutulur, yəni Allah ümmətə belə bir əzaba düçar etməz. Həzrəti Peyğəmbər (əleyhissalatu vəssalam) sağlığında və (bəzi təfsirlərə görə, mənən) insanların arasında ola-ola, Allah-taala onları belə bir əzaba düçar etməyəcəyini bildirmişdir. (17:20)
  • Müsəlmanlar tarix boyu bəzən işğal və istilaya məruz qalmış, bəzən kafirlərin əsarəti altında yaşamağa məhkum olmuşdur. Ancaq Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) qəbul olunmuş duasının və onun bərəkəti ilə təkrar ayağa qalxmış, azadlığa qovuşmuş və əbədi işğaldan qorunmuşlar. (19:15)
  • İnsanlığın İftixarı Peyğəmbərimiz insanın mahiyyətindəki eqoizm, təkəbbür, həsəd, ehtiras, rəqabət və şöhrət hissi kimi “boşluq”ları görmüş, buna görə ümmətinin iftiraq və ixtilafa düşməsindən əndişələnərək vifaq və ittifaq duasını etmişdir. Allah-taala bu duanı olduğu kimi qəbul etməmiş. Üxuvvət (qardaşlıq) mövzusunu -səbəblər planında- inananların iradə və səylərinə, vifaq və ittifaqı iradəyə həvalə etmişdir. Bəli, iradə üxuvvətin bərqərar olmasında mühüm rol oynayır. Din qardaşlığının oturuşması üçün qətiyyət, əzm və səy göstəmək lazımdır. (24:17)

Sual: 2)

Bəzən inananlar arasında bəzi ixtilafların olmasına görə üxuvvətə ümidsiz baxırıq. İlahi riza və müvəffəqiyyəti qazanmaq üçün qardaşlıq hansı səviyyədə olmalıdır? Üxuvvət prinsipi hər kəslə eyni səviyyədə rəftarı, davranışı tələb edir? Qardaş bilmək və qardaş kimi davranmağın minimum həddi varmı? (29:56)

  • Qardaşlıq və ittifaqın da "ən gözəl", "gözəl" və "gözəl olmasa da, çirkin də olmayan" dərəcələri var. İnananlar öz aralarında əshabələrin o “ən gözəl” qardaşlığını əldə etməyə çalışmalıdır, ancaq hər kəsdən eyni səviyyədə qardaşlıq gözləmək olmaz. (30:20)
  • Təriqəti-Məhəmmədiyə haqqında yazılmış “Berika” əsərinin müəllifi İmam Xaddimi: "Bir mömini əxlaqsız iş üstündə görsən, dərhal hökm vermə. Gözlərini ovuşdur, “Ay Allah, bu insan belə iş görməz, yoxsa səhvmi görürəm!” de, sonra bir də “Odur görəsən?” deyə bax. Həmin adamdırsa, “Yəqin yenə səhv gördüm” de, bir də bax, bir də bax, gördüyünə inanma və gözlərini ovuşdurub yenə bax". Həzrəti İmamı çox sevirəm, ona dərin hörmətim var, amma məncə, bu sözləri artıqdır. Gözlərini on dəfə ovuşdurub baxmağa və bu işi araşdırmağa heç ehtiyac yoxdur. Çünki ilk dəfə görəndə insanın içində hələ də bir şübhə olur və bu şübhə həmin adam haqqında daha müsbət qərar vermək üçün bir əsasdır. Əgər məsələ araşdırılsa, qəti qərar verməkdən başqa bir yol qalmaz. Dolayısilə, insan çirkin mənzərə ilə rastlaşanda təcəssüs, təşhis və təsbit etmədən (qısaca axtarıb araşdırmadan) o xoşagəlməz səhnələr qəlbinə axaraq fuad (qəlb) qazanında əriyib bir hökm qəlibinə girmədən dərhal dönüb oradan uzaqlaşmalı, "Allahım, günahkar qullarına hidayət ver, məni də bağışla!.." deməli və gördüyünü də unutmalıdır. (32:16)
  • “Nur” surəsinin ismi və məzmunu ilə bağlı incə bir məqam... (33:16)
  • Bir-iki nöqsana görə insanları bir kənara atmayaq, onları bağrımıza basaq. On dəfə islah sınağından keçirək.. salam verək.. qucaq açaq.. əlindən tutub çay içməyə aparaq.. qonaq edək.. künəfə yedirək. Bütün bunlar onun könlünü fəth etmək üçün kifayət etmədisə, xərcini çəkib birlikdə səyahətə, ümrəyə, həccə gedək, qısaca hər yola baş vuraq!.. (35:35)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.