Zorakılıq

Sual: 1) Son vaxtlarda ölkəmizdə, xüsusilə həkim və müəllimlərin döyülməsi, insanların adi bir bəhanəylə bir-birinin üstünə yeriməsi, dava-dalaş salması, stadionların müharibə meydanına çevrilməsi kimi zorakılıq halları cəmiyyəti təşvişə salır və narahatlığı artırır. Zorakılığın səbəbləri və həlli yolları barədə fikirlərinizi bildirərsinizmi?

  • Bəzi insanlar yüksək istedad və qabiliyyətini şeytanın əmrinə verib daima şər işlərin planını cızır və gündə min cür cürüm işləyirlər. Belə bir toplumlarda problemlərə xərçəng xəstəliyi kimi baxılmalı, cəmiyyətin bünyəsi sıradan çıxmadan, Allah belə aqibətdən qorusun, əməliyyatmı, hemoterapiyamı, radioterapiyamı – nə lazımsa, diaqnozu düzgün qoyulub dərhal əlac edilməlidir. (01:25)
  • Həkim, tibb bacısı və digər səhiyyə işçilərinin döyülməsi, bir mənada, toplumun tarazlığını itirib əndazədən çıxmasını göstərir. Əlbəttə, istiqamət (orta yoldan, qayəsindən, məfkurəsindən) dönməyən, doğma dəyərlər üçün ürəyi tir-tir əsən və dini əsaslarına ehtiram göstərənlərin sayı da çoxdur. Ancaq insani dəyərlərimiz və insana hörmət anlayışımız oğurlanandan bu yana bütün məsələlərin həllini bir-birinə diş qıcıtmaqda görənlərin sayı da az deyil. (03:15)
  • İctimai problemlərin həlli təhsildən asıldır. Bunun üçün qapıdan mehraba, orta məktəbdən doktoranturaya qədər bütün təhsil proqramı gözdən keçirilməlidir. Ümumbəşəri insani dəyərləri, ruh və məna köklərindən götürdüyümüz prinsipləri və əsrlər boyu cilaladığımız, bizi biz edən dəyərləri topluma mənimsədən tədris proqramına ciddi ehtiyacımız var. (04:12)
  • Son vaxtlar stadionlarda və ətrafında meydana gələn hadisələr qətiyyən təsadüfi və adi hadisələr deyildir. Bəzi təxribatçıların xalqın malına, canına, namusuna qəsd etməsi, hətta ətrafı oda verə-verə ağlayıb-sızlaması, bəzi media mənsublarının da onları müdafiə etməsi, onları məsum və məzlum kimi göstərməsi, beləcə hadisələri körükləməsi əsla təsadüfi deyil. Hamısı da bəzi böyük və ya kiçik dairələrin planıdır. Məqsədləri də bu millətin dövlətlər arasında söz sahibi olmasını əngəlləmək, onu özünə gəldiyi, toparlandığı bir vaxtda yenidən geriyə sürükləməkdir. (07:12)
  • Bütün bunlara baxmayaraq, insanları dayanmadan insanlığa səsləmək və birgəyaşayış mədəniyyətini möhkəmləndirmək lazımdır. Mömin münkərlə (Allahın razı olmadığı hər şey) qarşılaşanda, əliylə və ya diliylə müdaxilə etməli, heç olmasa, qəlbən büğz etməlidir. Bu gün əllə müdaxilə etmək dövlətin vəzifəsidir. Lakin insanın gücü çatır, imkanı varsa, dillə nəsihət etməli, əgər bu da mümkün deyilsə, qəlbən o çirkin əməldən üz çevirməli və beləcə öz mövqeyini ortaya qoymalıdır. (14:28)
  • Burada ən çətin məsələ insanın şərəfi ilə, ləyaqəti ilə oynayanlara eyni cür cavab verməməkdir. Naili kimi “Yıxanlar xatiri-naşadımı, ya Rəbb şad olsun / Mənimçün namurad olsun deyənlər bərmurad olsun” deməyi bacarmaq, "Allahım, şad olmayan bu könlümü yıxanlar şad olsunlar. Mənim üçün “Murada çatmasın!” deyənlər muradlarına çatsın!.." deyə dua etmək çox çətindir. Bir az həlim... bir az yumşaq olmalıyıq!.. (17:22)
  • Ötən gün biri qeyri-ixtiyari və ya bilə-bilə bir söz dedi, ya da şüuraltında belə bir düşüncəsi vardı, o hissi körükləyən və ya üzə çıxmasına səbəb olan bir hadisə ilə qarşı-qarşıya qalanda da ağzından qaçırdı. Qurani-Kərimin "Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür" (“Ali-İmran” surəsi, 3/118) buyurduğu kimi, demək ki, iradənin o hisləri gizlətməyə gücü çatmadı. Ancaq "Siz bir iş gördünüz, hər halda o gördüyünüz işdən özünüz də məmnun qalmadınız. Üzr istəməyinizdən də görünür ki, məmnun olmadınız!.." deməyi bacarmalısınız. Bəlkə də, məsələnin ən çətin məqamı budur, biri diş qıcıdanda belə ona gül uzatmaq fəzilətdir. Bəli, bizə hadisələrə mülayim yanaşmaq, yamanlığa yamanlıqla cavab verməmək, heç vaxt pislik düşünməmək və şər işlərin dalınca düşməmək, əksinə plan qurma qabiliyyətimizi kin və nifrətin cilovlanması, sülh və dostluq mühitinin bərqərar olması istiqamətində işlətmək, qısaca, nə olur-olsun xarakterimizə müvafiq insaniliyi ortaya qoymaq yaraşır. (18:39)
  • Xəstənin həkimə, şagirdin müəllimə, bəzi hərbçilərin millətinə qarşı zorakılığa əl atmaması və insanların bir-birinə hörmət etməsi, ancaq cəmiyyətin öz kimiliyinə bürünməsindən, əsl mahiyyətinə qayıtmasından və öz əxlaqı ilə əxlaqlanmasından asılıdır. (23:30)

Sual: 2) Xəstəxanalarda baş verən hər hadisəni həkimlərdən bilirlər. Xüsusən də, doğum və ölüm hadisələrində hər şeyi həkimlərdən umub Allahı tamamən unudurlar. Məsələni həkim və xəstələrə aid yönünü izah edə bilərsinizmi? (26:36)

  • Dəyərlərdən uzaqlaşmış bir toplumda ana bətnində anomaliya olan körpəyə görə həkimi günahkar görmək normal haldır. Halbuki ən mahir həkimlər belə ən yaxınlarını ölümdən qurtara bilməmişlər. (27:00)
  • Allaha, qəzavü-qədərə və axirətə imanın zəifliyi və böyük ölçüdə dəyərlərdən uzaqlaşma bəzi insanların həkimləri, səhiyyə işçilərini təhdid etməsinə, zorakılığa əl atmasına gətirib çıxarır. Cəmiyyətdə hamı belə deyil, onları qınayan çoxlu insanlar da var. Ancaq bunu da danmaq olmaz kı, toplumda coşub-daşmağa meyilli insanlar və onlardan istifadə edən bəzi dairələr də var. (29:48)
  • Güclə və maddi cəza ilə zorakılığın qarşısını almaq mümkün deyil, insanları insanlığa yüksəltmək və onların özünüdərkini təmin etmək lazımdır. Hər kəsi o üfüqə çatdırmaq mümkün olmasa da, bunu nə qədər bacarsaq, şər dairəsi də o qədər daralar. (30:48)
  • İyirmidən çox xəstəliyim var, gündə bəlkə də, qırx dərman qəbul edirəm. Türkiyədə çox xəstəxanalar gəzdim. Mən də çox təhqirlə qarşılaşmışam. Yadımdadı, rentgen çəkdirirdim, bəzi səbəblərə görə "O deyil, filankəs çəksin!" xahişimə belə kobudluqla cavab verdilər. Burada da, başqa yerdə də, bəlkə iyirmiyə yaxın həkimə getdim, bir yerdə ciddi baxan dermatoloq görmədim. Ümumiyyətlə maraqlandılar və çox nəzakətli davrandılar. Hərbi xidmətdə oğurluq olmuşdu, hər kəsin üst-başını axtarırdılar, mənə də "Soyun üst-başını!" dedilər, mən: "Komandir, ayıb yerlərimi anam belə görməyib" demişdim: "Sən gir yerinə!" deyib məni buraxmışdı. Bir dəfə xəstəxanada soyundurdular, çox sıxıldığıma görə bütün bədənim səpdi. Burada angioqrafiya laboratoriyasında xahişimə heç etiraz eləmədilər, dərhal kişi həkim göndərdilər. Belə şeylər Hippokrat andı ilə, filanla olan şey deyil, əxlaqdan asılıdır. (31:34)
  • Bəzi həkimlərin kobud olması cəmiyyətdə onlara qarşı soyuq münasibət meydana gətirə bilər. Ancaq bütün həkimlərimiz belə deyil. Üstəlik bizim ruh və məna köklərimizdən bəslənənlər qətiyyən belə deyil. Onlar xəstələri qardaş bilir və bir insanın sağalmasına vəsilə olanda sevincləri yerə-göyə sığmır. (33:52)
  • İnanıram ki, səhiyyə işçiləri insanların ağrılarını sağaldaraq, onlara faydalı olaraq və onları müalicə edərək bir ilahiyatçıdan, bir din adamından, bir vaizdən daha sürətli Allaha yüksələ bilər. (34:27)

Çay süfrəsində həqiqət damlaları: Oğurladılar... Eşqimizi də oğurladılar! (35:38)

  • Ədəbiyyatımızda iz qoyan bir çox şairəmiz də var, ancaq iki şairə seçilir – Leyla xanım və Fitnət xanım. (36:14)
  • İnsanlığın İftixarına (sallallahu əleyhi və səlləm) qəlbən bağlılıq böyük nailiyyətdir. Onu ananda təpədən dırnağa qədər hiss etməli, hiss etmiriksə, bu hissi israrla axtarmalıyıq. O cümlədən, qəlbin dərin qatlarından fışqıran bu hissi hər kəsin hissiyatını ehtizaza gətirən mükəmməl kəlmələrlə və gözəl bir üslubla ifadə etmək də əhəmiyyətlidir. (37:00)
  • Həsən Bəsri Çantay "Sevdim Səni" misraları necə də gözəldir. Misraların birində "Gül üzlü mələklər Sənə heyran deyə sevdim" deyir. Əslində, Onun sevgisi heç bir şeydən asılı olmamalıdır (38:56) – Təhiyyatda "Əssələmu aleykə əyyühən-nəbiyyu və rahmətullahi" deyəndə xəyalən Onun hüzuruna çıxma və "Ayaqlar arasında gəzən ac pişik kimi ömür boyu mənə sümük atmağının həsrəti ilə qovruldum" düşüncəsindən ayrılmama... İnsanda bu hissiyyat hakim olmalı! .. (40:16)
  • Sərməsti-cami-eşq olan Molla Cami nə gözəl deyir: "Ya Rəsulullah! Nə olaydı, Əshabi-Kəhfin iti kimi, səhabələrinin arasında Cənnətə girəydim. Rəvadırdmı o (it) cənnətə, mən isə cəhənnəmə gedəm? O, Əshabi-Kəhfin iti, mən isə Sənin əshabının iti!.. "(41:17)
  • Bir vaxtlar imanımızı, hislərimizi, eşq və heyecanımızı, gözdən axan yaşımızı, bu uğurda fədakarlıq duyğularımızı oğurladılar... oğurlamadıqları şey qalmadı, bütün dəyərlərimizi əlimizdən alıb qol-qanadımızı qırdılar!.. Cənabi Allah qəlbimizi o hislə yenidən cuşa gətirsin! .. (42:30)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.