Fitnələr zamanı və “çəyirdək toplum”

Fəthullah Gülən: Fitnələr zamanı və çəyirdək toplum

  • Yumşaq xasiyyət və yumşaq sözlər könüllərin açarıdır. (00:25)
  • Əgər biz dini dərindən hiss etmiş olsaydıq, ondan danışanda, onu yaşayanda vicdanımızın səsini yüksəldə bilsəydik, İslam dünyasında məscidləri ləbaləb dolduran insanlarda da bir qədər eşqü-həcəyan olardı. Fikrimdən çıxmır, yoxsa insanları yanlış yola yönəltməklə məşğuluq!? Yoxsa, bizə baxıb, bizdə gördüyünü müsəlmanlıq sanan bu insanları aldadırıq? Görəsən, heç ağzımızı açmasaq, kirimiş dayansaq, bu işi sükutun hikmətinə həvalə etsək, daha faydalı olarıq? Bura gəlmədən qabaq da otağımda bunu fikirləşirdim. Gəlməklə, gəlməmək arasında qalmışdım... istəməyərək gəldim. (00:55)
  • Müsəlmanlığı dayazlaşdırır, eşqü-həyəcanın sönməsinə səbəb oluruqsa, mənə elə gəlir, susmaq danışmamaq daha yaxşdır. Hətta indi ağlımdan keçir ki, mikrofonu çıxarım atım, gedib otağıma çəkilim!.. Yadımdadı, məscid kürsüsündən də sırf bu niyyətlə imtina etmişdim... Müsəlman elə olmamalıdır!... (02:27)
  • M.Akif deyir ki:

    Müsəlamanlıq nərədə, bizdən keçmiş insanlıq belə;
    Aləm aldatmaqsa məqsəd, aldanan yox, nafilə!
    Neçə həqiqi müsəlman gördümsə, həp məqbərdədir,
    Müsəlmanlıq, bilməm amma qaliba göylərdədir!

    O, hələ insanların öz soyundan, ruh və məna köklərindən tamamən qopub uzaqlaşmadığı dövrü belə təsvir edir, bizim dövrümüzü görsəydi, eşq və həyəcənla ehtizaza gələn o insanın ürəyi partlayardı. (04:40)
  • Özünü hesaba çəkməyən insan ömür boyu onda-bunda qüsur axtarar və bu məşğuliyyətdən heç cür əl çəkə bilməz.
  • “İnsanlar mənə nə edir etsin, öz-özümə elədiklərimə çata bilməz” (Oskar Uayld) (06:08)
  • Hədis kitablarında “Kitabül-fitən vəl-məlahim” adlı bölümlər var. “Fitnə” (“fitən” “fitnə” sözünün cəmidir) məşəqqət, sıxıntı, bəla, müsibət, rəzalət, əzab və s. mənaları var. Əslində deyilənlərə görə “fitnə” sözü sınaq, imtahan mənalarına gəlib, sonralar məşəqqət və sınaq nəticəsində meydana gələn şər mənasında işlədilmişdir. Tədricən bu söz küfr, günah, ixtilaf, düşmənçilik, rüsvaylıq, fasiqlik və s. bütün pis əməllərin müqabilində işlənmişdir. “Məlahim” isə “məlhəmə” sözünün cəm şəklidir, məlhəmə “döyüş meydanı” mənasına gəlir. Hədis kitablarında “fitən və məlahim” adlı fəsillərdə gələcəyə dair olaylardan, xüsusilə, axırzamanın dəhşətli hadisələrindən bəhs edilmiş, müsəlmanların bu hadisələrə münasibətini müəyyənləşdirən prinsiplər göstərilmişdir. (07:30)
  • Bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi vəsəlləm) buyurur: “Axırzamanda yaşı az, ağlı gödək cavanlar ortaya çıxacaq. Yaradılmış varlığın ən xeyirlisinin sözünü danışacaqlar, Quran oxuyacaqlar, ancaq imanları boğazdan aşağı keçməyəcək.” (07:55)
  • Kaş fitnənin meydan suladığı bir dövrdə heç olmasa bir yerdə bir zümrə zühur edə... şəxsi, ailə və ictimai həyatı dümdüz, əngin imanlı, kamil bir müsəlmanlıq, yüksək ixlas, dərinlərdən dərin bir ihsan şüuru... bir mərifət ki, görəndə heyran qaslasan... bir məhəbbət, bir eşqü-şövq ki, ağlın başından çıxsın... bu xüsusiyyətlərə yiyələnmiş sayca az da olsa, insanlar zühur etsə, dünyanın demək olar, hər yerində bunun nümunələri ortaya çıxacaqdır. (09:04)
  • Yer kürəsi problem məfhumunu insanla tanımışdır. İnsan problemin həm anasıdır, həm də atası. Həyat yoldaşı olmasa, yenə də problem çıxarar. Bu baxımdan insan problemi həll olunmasa, nə ailədə, nə məktəbdə, nə məsciddə, nə də idari, siyasi, iqtisadi sahələrdə mövcud problemləri yoluna qoymaq mümkün deyil. (11:05)
  • Həzrəti Mövlana: “Bəzən mələklər bizim nəzakət və zərifliyimizə baxıb qibtə edir, bəzən də şeytanlar ədəbszliyimizi görüb bizdən ürkürlər!” sözləri ilə əlayi-illiyun və əsfəli-safilini də diqqətə çatdırır. Biri Həzrəti Ruhi-Seyyidül-Ənamın məqamını, o biri də şeytanın dərəkəsini nişan verir. (12:23)
  • Bəli, bir toplum usveyi-həsənədirsə, təqlid olunmağa layiq nümunəvi cəmiyyətdirsə, yüzcə nəfərdən ibarət olsa da, dərhal diqqət çəkəcək, başqa yerlərdə örnəkləri ortaya çıxacaqdır. Siz Allahda, Peyğəmbərdə fani olan bu cür bir toplum olsanız, insanlar da sizdə faniləşər. (14:00)
  • “Çəyirdək toplum”un iki vacib xüsusiyyətindən birini Füzuli, birini də Qövsi dilə gətirmişdir:

    Hikməti-dünyavü mafiha bilən arif degil,
    Arif oldur, bilməyə dünyavü-mafiha nədir? (Füzuli)

    Sən təcəlli eyləməzsən pərdədə mən var ikən,
    Şərti-izharı vücudundur adim olmaq mənə!.. (Qövsi)

    (16:40)
  • Xeyirxah əməllərini unutmaqla yanaşı, bir iynə ucu qədər pis əməlin varsa, üstündən yetmiş il keşməsinə baxmayaraq yadına düşəndə “off...” deyib inildəməyi bacarırsansa, fikrimcə sən insansan, insani-kamilsən. (18:33)
  • “-çı, -çu, -ça...” düşüncəmdə bunların heç birinə yer yoxdur, gözümdə hamısı mərduddur. Ancaq əgər sözügedən xüsusiyyət və anlayış ətrafında əl-ələ verən və bu anlayışı cahana yaymaq naminə canla-başla çalışan insanlar bir “nüvə” təşkil edərsə, dünyanın dörd bir tərəfində hökmən onun nümunələri ortaya çıxacaqdır. Zira kainat bir çəyirdəkdən, o çəyirdək də həqiqəti-Əhmədiyyədən (əleyhissalatu vəsəlləm) meydana gəlmişdir. (19:57)
  • Bu gün yeri görünən “çəyirdək toplum”un hər bir üzvü Həzrəti Ömərin (radiyallahu anh) gözünün işığı o cavan kimi ismət abidəsi olmalıdır. O gənc azacıq günaha meyl edincə birdən birə “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (“Əraf” surəsi, 7/201) məallı ayəni xatırlamış, Cənabi-Allahdan həya etmiş, qəlbi Allah qorxusundan içində qopan həyacan tufanına tab gətirməmiş və yerindəcə keçinmişdir. Həzrəti Ömər gəncin ölüm səbibini xəbər alınca dərhal qəbri üstə getmiş və ona bu ayə ilə səslənmişdir: “Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn və Nəim cənnətləri) gözləyir!” (“Rəhman” surəsi, 55/46). Sözünü bitirir-bitirməz qəbirdən bir səs yüksəlmiş: “Ya əmirəl-möminin! Allah mənə onun iki qatını verdi”. (19:57)
  • Məğrib ölkələrin birində dövlətin başında dayanan insanlar deyir ki: “Həbsxanadan çıxdıq, gəlib dövlətin başına keçdik. Həzrəti Yusif də belə eləmişdi, amma o, peyğəmbərdi, Allah onu tək qoymur, dəstək verirdi. Biz isə adi insanlarıq, bizim elə bir dəstəyimiz yoxdur. Ancaq sizin təcrübəniz var, nə olar bizi tək qoymayın, bu təcrübənizdən yararlanaraq biz də məsələni dərindən götürüb müəyyən bir səviyyəyə çatdıraq!” (25:30)
  • Əgər bəzi qardaşlarımız insanlıq naminə həmin “çəyirdək toplum”un mahiyyətini ortaya qoymağı bacarıblarsa, onlara da bir yoldaşıma fədakarlığına görə dediyim kimi deyəcəyəm: “Mən İnsanlığın İftixarı Peyğəmbərimin şəfaəti olmasa, Cənnətə gedə bilmərəm. Əgər bir gün mənə “Cənnətə gir” desələr, “Filan yerdə tək-tənha qalanda qolumdan yapışan o qardaşımı yanıma almadan girmək istəmirəm, ya Rəbbim” deyəcəyəm”. Əgər bir yerdə bu “çəyirdəyi” meydana gətirən bir toplum, bir “nüvə” varsa, siz şahid olun, onların alnından öpürəm. Siz şahid olun, əgər üzümə Cənnətin qapıları açılsa, onlarsız girmərəm!.. (26:25)
  • Fitnələr zamanı müsəlmanlığı doğru-dürüst yaşamaq çox çətindir. Ancaq bu çətinliyin öhdəsindən gələn qəhrəmanlar dünyada bütün çətinliklərə sinə gərməyi bacararlar. Allah sizi o qəhrəmanlardan eləsin. Amin... (27:33)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.