Mən... mən... mən... və nəfsindən keçən qəhrəmanlar

Fəthullah Gülən: Mən... mən... mən... və nəfsindən keçən qəhrəmanlar

  • “Qəzaən bir sapan daşı bir altun kasəyə dəysə \ Nə qiyməti artar daşın, nə qiymətdən düşər kasə” (Sədi) (00:20)
  • Elə ədəbsizlər var ki, İnsanlığın İftixarı Peyğəmbərimizə belə hücum çəkmiş və Ona nalayiq sözlər demişlər. Aləmlərin şərəf abidəsi Peyğəmbərimizə, haşa, şair, kahin, sehrbaz və s. deyib çirkin iftiralar atmışlar. Ancaq Allah Rəsulu səbir etmiş, insanların kobud rəftarına dözmuş, hətta ona düşmənçilik edənlərə belə kömək əli uzatmışdır. Demək, nalayiq sözlərə, çirkin iftiralara tuş gələn möminlər də səbir etməli, haqsılığa məruz qalıb çırpınsalar da, ən amansız hücumlara məruz qalsalar da, məntiqli hərəkət etməyə çalışmalıdırlar. (01:25)
  • Bu gün mənəm-mənəmlik düşüncəsi baş alıb gedir... hər kəsin çiynidə aysberq boyda ənaniyyət var... günəş doğsa da, qızmar şüualarını üstünə salsa da, onların əriməyə niyyəti yoxdur. (02:58)
  • Başqa bir məsələ: tərbiyə ilə məşğul olan müəssisələr dağılandan sonra biz olmuşuq “tərbiyədən yetim” bir millət.Tərbiyəni itirmişik, olmuşuq tərbiyə yetimi!.. Buna görə də ağızdan çıxan, demək olar, hər sözdə mənəmlik hissi yatır. Bir şeyi tərifləyəndə “mən”, gördüyü bir işdən danışanda “mən”, əyiləndə “mən”, duranda “mən”... (03:52)
  • İbadətə başqa bir niyyətin girməsi Allahla irtibatı zədələyir. (05:37)
  • Elə ifrit bir dövrə gəlib çıxmışıq ki, İslam dünyası bugünədək belə başıbəlalı bir dövr görməyib. (06:14)
  • İnsan özünü nöqsansız, kamil, pak, mükəmməl sanırsa, heç vaxt öz qüsurlarını görə bilməz. Hədəfinə peyğəmbərlərin, övliyaların, əsfiyaların prizmasından baxmalıdır ki, nöqsanlarını görə bilsin və düzəltməyə çalışsın. (07:30)
  • Cənabi-Allah bir ayədə Rəsuli-Əkrəm Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm) “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” (“Maidə” surəsi, 5\3) buyurmaqla həm İslamı mükəmməl və tam göndərdiyini, həm də rizasının kamillikdən asılı olduğunu çatdırır. (08:24)
  • Ərəblər Quran oxuyanda “Allah, Allah, Allah...” nidaları yüksəlir. Arxa fonda gedən musiqi kimi... Oxuyan adam da bu nidalar altında get-gedə coşur, riyakarlığını iki qat artırır... Halbuki, İnsanlığın İftixarı Peyğəmbərimiz Quran oxuyanda mənə elə gəlir, Cəbrail belə başını aşağı əyirdi, “Mən Sənin kimi oxuyammaram!” deyirdi. Quran oxunanda səhabədən “Allah, Allah, Allah...” sözlərini eşitməzdiniz. (09:30)
  • Mən... mən... mən... Qürur... qürur... qürur.... Təkəbbür... təkəbbür... təkəbbür! Sizi inandırıram ki, ardıcılları bu düşüncədə olan insanlar yer üzündə öz ruhunun abidəsini yüksəltdə bilməzlər, onlar öncə təzkiyeyi-nəfs (nəfsin paklanması) mərhələsini keçməlidirlər.
  • Nurun müəllifi (Həzrəti Bədiüzzaman) deyir: "Ey riyakar nəfsim! “Dinə xidmət etdim" deyə qürurlanma. "Şübhəsiz ki, Allah bu dini facir (günahkar, haqq yoldan çıxan) adamla da qüvvətləndirər” hədisini unutma, təmizlənmiş, pak deyilsən, dolayısilə, özünü o facirdən biri bilməlisən. Xidmət və übudiyyətini verilmiş nemətlərin şükrü, fitri bir vəzifə, yaradılışın fərzi və sənətin nəticəsi bil, kibr və riyadan qurtul." Demək ki, nəfsini təzkiyə edə bilməyən insan din və diyanət yolunda xidmət etsə belə, qürur, ucb (kibr, təkəbbür) və riyadan qorunmaq üçün çox təmkinli olmalı və facirlərin aqibətinə düçar olmaq qorxusu ilə tir-tir əsməlidir. Gördüyü xeyirli işlərlə fəxr etməməli, qürura qapılmamalı və arxayın olmamalı, əksinə Allah yolunda verdiyi mücahidəni təbii bir vəzifə, qulluq borcu və Allahın lütf etdiyi nemətlərə bir şükür saymalıdır. Günaha meyilli olduğunu unutmamalı, nəfsiylə baş-başa qalanda hər cür günah edə biləcəyinə inanmalı, bir sözlə, daim Allaha sığınmalı, nöqsan, qüsur, xəta və günahlarına baxmayaraq hələ də imana xidmət halqasında olmasını günahlardan təmizlənmək üçün ələdüşməz fürsət kimi görməlidir. (10:50)
  • Həzrəti Pir təmkinlə Əşrəf Ədibə: “Bəli, büsbütün ümidsiz deyiləm”, ‒ deyir. Halbuki, "Ey iki həyatın ruhunu – İslamiyyəti tərk edən iki ayaqlı məzarı-mütəhərrik (hərəkət edən, canlı ölülər) bədbəxtlər! Gələn nəslin yolunu kəsməyin. Məzar sizi gözləyir, çəkilin. İslam həqiqətini kainatda layiqincə təcəssüm etdirən yeni nəsil gəlsin!" demiş və ömrü boyu yeni nəslin həsrətini çəkmişdir. (14:57)
  • Alvarlı Efe həzrətləri,

    Nə elmim var, nə əməlim,
    Nə xeyrü-taətə qaldı məcalım;
    Qariqi-üsyanam, çoxdur vəbalım,
    Əcəb ruzi-cəzada nə olar halım!

    deyərək özünə baxışını ortaya qoyur. Əslində bütün böyüklər özü haqqında belə düşünür və bu yuxarıdakı bəndin “Sən özünü o racilü-faci bilməlisən!” sözündən bir fərqi yoxdur. (16:00)
  • Niyazi Misri həzrətləri özünə baxışını bu misralarla dilə gətirir:
    Bir ticarət yapamadım, nəqdi-ömrüm oldu həba,
    Yola gəldim, lakin köçmüş cümlə karvan bixəbər;
    Ağlayıb nalə çəkib düşdüm yola tənha qərib,
    Didə giryan, sinə biryan, niağıl heyran bixəbər.

    Özünə bu prizmadan baxan bir insan başqalarına əziyyət verməz, insanların mənfi hislərini körükləməz. O, yüksək şəxsiyyəti ilə ilahi dərgahda alayi-illiyuna namizəddir. (18:34)
  • Gələcəyin memarları şəxsi maraqlardan uzaq, təzkiyeyi-nəfsə nail olmuş, dərini aşılayan dabbaq kimi, nəfsini aşılamış və hər cür qüsuru, xətanı özündən bilən könül insanlarıdır. Onlar nəfsini sorğu-suala çəkməyi bacaran qəhrəmanlar, Allahla irtibatı möhkəm, mənən gümrah insanlardır. Ölülər başqlara can verə bilməzlər. Dirilik isə Allahla münasibətdən asılıdır. (20:56)
  • İnşallah, siz və sizdən sonrakı nəsillər o “Quran həqiqətlərini yer üzərində dalğalandıran nəsil” olarsınız. “Ümidvar olunuz. İstiqbalda ən yüksək və gur səda İslamın sədası olacaqdır” müjdəsini verən və “Ümidim var ki, istiqbal səmavati-zəmini-Asiya \ Bahəm olur təslim yedi-bəyzayi-İslama!” qayəsi ilə yaşayan və bu xəyalının gerçəkləşməsini gələcək nəslə həvalə edən o Zatı sevindirəcəksiniz. (23:23)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi vəsəlləm) bir hədisdə buyurur: “Cənnət əhli nemət içində üzərkən bir nur parlayacaq. Başını qaldırıb görəcəklər ki, Rəbbi-Rəhim camalı ilə şərəf gətirib buyurur: “Ey Cənnət əhli! Sizə salam olsun!” “Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır. Rəhmli Rəbdən (onlara) “salam” deyiləcəkdir.” (“Yasin” surəsi, 36\57-58) bəyanında da bu məqamdan bəhs edilir. Cənabi Haqq onlara nəzər edəcək, onlar da Ona baxacaqlar və baxdıqları müddətdə başqa heç bir nemətə meyil göstərməyəcəklər. Ta pərdə çəkilənədək. Ancaq ilahi nur onların üstündə və diyarında əbədi qalacaqdır.”(25:50)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.