İztirab İnsanı

Sual: İztirabın ən məqbul bir dua olduğuna və mömin üçün əhəmiyyətinə inanırıq, lakin müzdərib ruhların yaşadığı həyatı yaşaya bilmirik. İztirab insanı olmanın yolları və vəsilələri nələrdir?

  • İztirab insanı olmanın ilk şərti "qəlb"ə sahib olmaqdır; qəlbini nəfsinə yedirmiş, ya da onu cəsədinin altında əzmiş bir insanın müzdərib olması çok çətindir. (00.55)
  • Qəlbi və ruhi həyat iradəyə və çox ciddi bir cəhdə bağlıdır. (03.03)
  • Allah Rəsulu (s.ə.s.): "Ümmətim barədə ən çox qorxduğum şey: Qarın böyüklüyü (özünü qəflətə salıb azgözlüklə yeyib-içmək), çox yatmaq və yəqin azlığıdır!" buyurur. (04.20)
  • Haqq əhlinə görə nəfsi, cismani arzulara qarşı cilovlamaq və ruhu kamillik səmalarına doğru şahlandırmaq üçün "qilləti-kəlam (az danışmaq)", "qilləti-təam (az yemək)", "qilləti-mənam (az yatmaq)" və "üzlət ənil-ənam (güşənişinlik)" əsasları üzərinə bina edilən yolu izləmək lazımdır. (07.04)
  • Bu gün biz "Heyvaniyyətdən çıx, cismaniyyəti burax, qəlb və ruhun dərəcəyi- həyatına gir", -deyərək həqiqi insanlıq üfüqünü göstərən Həzrəti Pirin bir həftədə yediyini, haradasa bir öyündə yeyirik. (10.38)
  • "Vicdan genişliyi": iman, elm, mərifət, məhəbbət, məxafət və başqalarını düşünmə hisləri ilə dolu olan bir könlün, əngin bir himmətlə bütün insanlığı qucaqlaması, qəlb qapılarını hər kəsə açması, daim əfvedici, bağışlayıcı, mürüvvətli olması və xüsusilə də bütün insanların hidayətini diləyib hər kəsin əbədi səadətini istəməsi şəklində tərif edə biləcəyimiz bir ruh ucalığıdır. (12.13)
  • Bir insan Cəhənnəmin dəhşətinə inanmayıbsa, insanlığı bu mövzuda gözləyən təhlükə qarşısında ürpərməz; Cənnətə qarşı arzu, istək duymursa, başqalarının oraya girməsi mövzusunda da ciddi bir cəhd göstərməz. (15.50)
  • İztirab insanı ola bilmək üçün imanda dərinləşmək lazımdır; xüsusilə həşr əqidəsinə könüldən inanmaq lazımdır. Buna görə də, Həzrəti Pir: "Həşr Risaləsi"ni yüz dəfədən çox oxumuşdur; oxumuş və sanki hər oxuyuşda yeni bir bahar yaşayaraq özünü daim yeniləmişdir. (16.55)
  • Həzrəti Ömər (r.a.) əfəndimizin iztirabı... (19.17)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.