İztirablı qəlblər və oxuma proqramları

Sual 1: "Bəzən Allah qəmlə dolu bir qəlbin ağlayışına, sızıltısına baxıb bütün aləmə mərhəmət edər," deyirlər. Bu gün vicdanımızda kifayət qədər iztirab duya və dərdlənə bilmirik. Bunların səbəbləri nələr ola bilər?

  • Mühitə insibağ (boyanmaq), yəni mühitin ab-havasına boyanmaq, bürünmək insanın xatakterinə xas xüsusiyyətdir. Fənalıqları artan, kefli-damaqlı günləri çox olan, məbədə girişlə çıxış arasında fərq olmayan cəmiyyətin insana təsiri böyükdür. Məhz belə bir cəmiyyətin boyası ilə boyanan fərdlər hər şeyi buna uyğun görməyə, duymağa başlar və  fərqinə belə vara bilməz ki, əsil məqamından çox-çox geridə qalıb. (01.00)
  • İztirab böyük bir ilham mənbəyidir. İnsana dərdləndiyi mövzularda müxtəlif, alternativ çıxış yolları ilham edər. (03.40)
  • İztirar (əlacsızlıq, çarəsizlik) sürpriz haldır; həyat normal, öz axarında gedərkən birdən-birə qəflətən büdrəmə, üzüstə düşmə hadisələri qarşısında: "Əsbab  bilkülliyə (bütün səbəblər) sükut etdiyində nuru-tövhid içində sirri əhadiyyət (Allahın (c.c.) hər bir şeydə özünə aid birlik təcəllisi) zühur edər".  Həzrəti Yunusun hekayəsi... "La ilahə illə əntə subhanəkə inni küntü minəzzalimin" duası... (04.26)
  • Hal-hazırda İslam aləmi Həzrəti Yunusun balığın qarınındakı vəziyyətindən daha betər bir haldadır, lakin fərqində deyil. (06.45)
  • İztirab həm ilham qaynağı, həm də ibadət kimidir. İslam aləminin hal-hazırkı vəziyyətini görüb iztirab çəkmək insana ibadət qədər savab qazandırar. Lakin yəsə – ümidsizliyə düşməmək, Alla-Təalanın qədərini tənqid etməmək, olub-keçənləri istehqaqımıza, ləyaqətimizə aid etmək, "Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar öz-özlərinə zülm edərlər!" (“Yunus” surəsi, 10/44) demək şərtilə... (08.20)
  • İslamın həqiqi mahiyyətini görmək, dünyanı doğru oxuyub mütaliə etmək, Əsri-Səadətlə irtibatı, bağlılığı kəsməmək, sələflərimizin yaşadığı Gül dövrünü günümüzlə müqayisə etmək və bunun iztirabını daxilən yaşamaq; bütün bunlar Allah-Təalaya böyük və əhəmiyyətli təvəccöh, yönəlmə sayılır və bu iztirab bu məşum vəziyyətdən qurtuluş üçün alternativ çıxış yolları göstərir. Ancaq insanın ətaləti, hərəkətsizliyi varsa, bu şeylər heç vaxt ilhama vəsilə olmaz, bununla alternativ yollar kəşf olunmaz. (09.20)
  • Bizim insanımıza lütf edilən şeylər heç kəsin yüksək fətanətindən, zirəkliyindən qaynaqlanmır.  Hər şey Allah-Təalanın sövq və inayəti ilədir. Lakin bu ilahi inayəti yaxşı dəyərləndirmək lazımdır. (11.15)
  • Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm): "Əgər bildiyimi bilsəydiniz, çox ağlar, az gülərdiniz" buyurur, mənim də atam-anam, nənəm-babam, olsa, həyat yoldaşım, olsa, uşaqlarım – hamısı birdən ölsə, İslam naminə çəkdiklərimlə müqayisədə yarım günlük iztirabıma bərabər olmaz. Ancaq: "Dərdliyəm deyirsənsə, dərdindən ah eyləmə, ah edib əğyarı ahından agah eyləmə". (14.16)
  • Qurani-Kərimdə Allah-Təalanın Peyğəmbərimizə: "Az qala özünü öldürəcəksən," buyurmasının səbəbi nə idi? Bədiüzzaman Həzrətlərinə "Kaş bunun min misli qədər dərdə məruz qalaydım, amma İslam aləminin bu halını görməyəydim,", "Cəhənnəm odunda yanaydım, amma millətimin imanını sağ-salamat görəydim," dedirdən nə idi? (16.33)
  • İnsanların Cənnətdən uzaqlaşıb Cəhənnəmə getdiklərini görüb iztirab çəkməmək insanlıq baxımından böyük itkidir. Lakin hər insan eyni səviyyədə vicdan genişliyi ilə məsələni görməyə bilər, həmçinin hər kəsə hər məsələni demək də doğru olmaya bilər, bu qarşıdakını ümidsizliyə, bədbinliyə sala bilər. (17.40)
  • Dərd özü əzab, dərdi çəkmək ayrı bir əzab, bu dərdi duymayanları görmək başqa bir əzab, laqeydliyi görmək ayrı bir əzab, əzab, əzab, əzab... (19.18)
  • “Hüznün-Nəbi”... Peyğəmbərimizin (s.ə.s.) qəlbində daim bir hüzn vardı, ümməti-Muhammədin dərdini çəkən, inanmağını istədiyi insanların iman gətimədiyinə görə iztirab çəkən, bəzi insanların laqeydliyinə görə iztirab çəkən... Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) işlərin muradı-ilahi istiqamətində gözlənilən hadisələrin baş verməməsinə görə daim hüznlü idi. (19.39)
  • Sevr mağarasının (Payı-taxtı-Nəbəvi) ağzına düşmənlər yaxınlaşanda Həzrəti Əbu Bəkir Peyğəmbərimiz (əleyhissalatu vəssalam) üçün narahat olur, əndişələnir. Peyğəmbərimiz Allaha olan etimadı sayəsində: "Lə tahzən, innallahə məana - Dərdlənmə dostum, Allah bizimlə bərabərdir," deyir və oraya səkinə enir. Səkinə – ən ağır, ən çətin, ən ümidsiz hadisələr zamanı belə çox rahat olmaq, ən xoşagəlməz halları belə şəkər-şərbət kimi qəbul etmək. (23.44)
  • Beyzavi təfsirində keçir: Həzrəti Musa Firon və ordusundan qaçarkən dənizin sahilində dediyi sözlə Peyğəmbərimizin (s.ə.s.) Sevr otağında (müəllif bu mağaranı Peyğəmbərimiz şərəf gətirdiyi üçün ona padşahların çadırı mənasına gələn “otaq” sözü ilə ifadə edir) ikən düşmənlərin mağara ağzına qədər gəldiyində dediyi sözün  müqayisəsi... (25.15)
  • Peyğəmbərimizin (s.ə.s.) mütəmadi hüznü bambaşqa, təhlükəli hallarda Allaha güvənib dərdlənməməsi başqadır. (27.15)
Sual 2: Gündəlik həyatın səs-küyü, arxitekturanın soyuqluğu və mənzərənin bizə gün keçdikcə daha da yadlaşması qarşısında çoxumuz tətillərdə ayrı ab-hava, səssiz məkan, tənha bir guşə axtarır, qısa da olsa bir yerə toplaşıb kitab oxuma və buna bənzər fəaliyyətlər həyata keçirir. Bu fəaliyyətləri qəlbi və ruhi həyatımız üçün ən səmərəli şəkildə necə dəyərləndirə bilərik? (27.40)
  • Mənfiliklərdən uzaqlaşıb bizi kamilliyə ucaldan, heç olmasa bizə insanlığımızı duyuran tənhalığı axtarmaq bizə fərz qədər savab qazandırar. (28.15)
  • Peyğəmbərimiz (s.ə.s.): "Cəmiyyət içində olub onlardan gələn əzab-əziyyətə dözmək təcərrüd və xəlvətilikdən xeyirlidir," buyurur. Həqiqi mənada axirətə inanan insanlar hər kəsə qiblənüma olmaq, əllərindən tutub onları bir üfüqə istiqamətləndirmək və bu baxımdan da cəmiyyət içində olmaq məsuliyyətini daşıyırlar. Mənə görə, insanın şəxsi kamilliyi üçün cəmiyyətdən uzaqlaşması günahdır. (30.15)
  • Cəmiyyət içində karbon dioksidlə kirlənən insanların təmiz havalı bir yerə çəkilərək yenidən oksigenlə dolub cəmiyyətə qayıtması kimi, mühitimizdə bizə bulaşan şeylərdən təmizlənmək niyyəti ilə səssiz bir guşəyə çəkilib buna bənzər müzakirələrin aparılması, mənə görə, ibadət sayılır. Lakin bu zaman insan məkanın verdiyi rahatlıqla “Bir az dincəlim” deyib yatmamalı, belə asudə, tənha yerləri vird və zikrlə canlandırmalıdır. (33.00)
  • Keçmişdə düşərgələrə gedən yoldaşlar bir küncə çəkilib Cövşən və gündə 200-300 səhifə kitab oxuyar, müxtəlif mövzular ətrafında müzakirələr  aparardılar. Hərəmi-Şərif əmirinin bu düşərgələr haqqındakı mülahizələri... (34.30)
  • Oxuma proqramlarında kitabların hansı mövzuları vurğuladığını, bizim vəziyyətimizi və gördüyümüz işlərin keyfiyyətini müzakirə etmək, bəlkə də, hər gecə yüz rükət namaz qılmaq və səmimi qəlbdən Allaha yönəlmək lazımdır. Mümkünsə, bir həftədə külliyyatı bitirməyi hədəf seçmək lazımdır... (35.45)
  • "Fəzquruni əzqurqum: Siz Məni yad edin, Mən də dara düşəndə sizi yad edim. Siz əcz və fəqrinizlə Mənə yönəlin, Mən də gücümlə, qüvvətimlə sizə dəstək olum" (“Bəqərə” surəsi, 2/152)(38.00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.