Mərifət mərtəbələri və nurlu bir an

Fəthullah Gülən: Mərifət mərtəbələri və nurlu bir an

Çay süfrəsində həqiqət damlaları: “Şühud, vücud və səhabə yolu”

  • Ürfan yolu yəqinsizlik, təqlid, nəzəri bilik, elmül-yəqin, eynül-yəqin və haqqül-yəqin mərhələlərindən (pillələrindən) ibarətdir. Bu, bir mənada Həzrəti Pirin “Heyvanilikdən uzaqlaş, cismaniliyi burax, qəlb və ruhun dərəceyi-həyatına gir” deyərək nişan verdiyi bir yoldur. (00:36)
  • Həzərəti Ustadın qəlblə ağlın birləşməsi haqqında fikri də nəfisdir: “Vicdanın ziyası ülumu-diniyədir (din elmləridir). Ağlın nuru fünunu-mədəniyyədir (dünyəvi elmlərdir). İkisinin imtizacı (birləşməsi) ilə həqiqət təcəlla edir. O, iki cənah ilə tələbənin himməti pərvaz edir. İftiraq etdikləri vaxt birincisində təəssüb (fanatizm), ikincisində hiylə, şübhə təvəllüd edir (ortaya çıxır).” (01:57)
  • İnsan istedadına uyğun olaraq elmül-yəqin pilləsinə yüksəlir. Elmül-yəqinin, bəlkə də, yüz pilləsi var... Bu pillələri adlaya bilsə, elmül-yəqindən eynül-yəqinə, ondan da, əgər mümkünsə burada (dünyada) haqqül-yəqinə keçərək mərifətinin dərinliyinə baş vura bilir. Haqq dostları dünya həyatında haqqül-yəqinə çatmağın mümkün olub-olmaması barədə müxtəlif görüşlər irəli sürmüşlər. İmam Rəbbani “Məktubat” adlı əsərində burada haqqül-yəqinə çatmağın mümkün olmadığını desə də, daha sonralar ehtimal ki, mənəvi tərəqqinin yuxarı məqamlarına yüksəlmiş və haqqül-yəqinin mümkün olduğunu söyləmişdir. (03:53)
  • Mərhum Mehmet Akif “Durmayalım” adlı şeirində deyir:

    Heyif ki, yolda böylə düşən yuxu dərdinə,
    Həp yolçular gedər də, qalar özü özünə!”

    Bəli, “yol yorğunluğu” və “yuxu dərdi”ndən uzaq olmalıyıq. (04:50)
  • İlahi sirlərə aşina olanlar varlıq aləmini tamaşa edərkən gah İmam Rəbbani həzrətləri kimi “şühud”dan danışır, gah da Möhyəddin ibn Ərəbi həzrətləri kimi “vücud” haqda düşüncələrini səsləndirirlər. Hər kəsin bir kamillik ərşi var və hər kəs istedadı nisbətində həmin zirvələrə yüksəlir. “Hər kəsin istedadına vabəstədir əsəri-feyzi, \ Əbri-nisandan sədəf dürdanə, əfi-səmm qapar” (anonim). Hər insan vicdanın ənginliyi və tərəqqisi nisbətində ilahi sirləri duyur və bundan həzz alır. İmam Rəbbani həzrətləri “Mən vücud (varlıq) rəsədxanasından çoxdan ötüb keçmişəm!” deyir. Başqa bir adam isə “Mən şühud mərtəbəsini də ötüb keçmişəm, əsl yol səhabə və Quran yoludur” deyir. (07:50)
  • Mənbəyini bir mənada “ihsan” anlayışından götürən “vəhdəti-şühud” hər şeyi bir görməkdir ki, İmam Rəbbani ilə bir məktəbə çevrilən bu düşüncə səhabə anlayışına vəhdəti-vucüddan daha yaxındır. Ancaq buna baxmayaraq vəhdəti-şühudda səkr, qaybət, vəcd və isteğraq olduğuna görə təmkini-ətəm və yəqzani-tammə yolu sayılan səhabə anlayışı ilə tam üst-üstə düşmür. (10:08)
  • Vəhdəti-vücud və vəhdəti-şühud mənəvi kamillik yolunda mərifətin müəyyən səviyyəsinə yüksələn müəyyən məzac və məşrəbə malik bəzi insanların duyub həzz aldıqları, sezib hiss etdikləri xüsusi mənəvi feyzlərdir. Ona görə də bu iki yol subyektiv və zəif sayılır. Obyektiv və hamıya aid olan yol isə təmkini-ətəm və yəqzani-tammə yolu sayılan səhabə yoludur. (11:55)

Sual: 1. “Nə şühud (vəhdəti-şühud), nə də vücud (vəhdəti-vücud), əsl yol səhabə və Quran yoludur” anlayışı İmam Rəbbani və Möhyəddin ibn Ərabi həzrətləri kimi böyükləri kiçik görmək mənasına gəlmir ki? Üstəlik müasir dövrdə sözügedən mərifət mərtəbələrindən pillə-pillə keçmək və ihsan şüuru ilə ömür sürmək üçün hansı yolu tutmalıyıq?

  • Şühud və vücud fikrini müdafiə edən Haq dostları, bəlkə də, ömrün axırlarında, yaxud mənəvi kamillik yolunda irəlilədikcə gedib axırda səhabə yoluna çıxmışlar. (15:35)
  • Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) İslamiyyəti bizə əmanət edib belə buyurur: “Siz Mənim və doğru yolda olan Rəşid xəlifələrin yolu ilə gedin. Bu yoldan azı dişlərinizlə bərk-bərk yapışın” (Əbu Davud, “Sünnə” 5). Hədisdə keçən “azı dişlərlə yapışmaq” ibarəsi Ərəb dilində bir idiomdur. Dolayısilə ibarənin kəlmə mənasından çox, ərəblərin bununla nə demək istədiyini öyrənməliyik. Bu nöqteyi-nəzərdən baxanda “Azı dişlərinizlə möhkəm yapışın” ifadəsini belə başa düşmək olar: “Mənim və Raşid Xəlifələrin yolundan heç vaxt ayrılmayın, kəlbətin kimi möhkəmcə yapışın”. (15:58)
  • Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli (radiyallahu anhum əcmain) kimi böyüklərimizin hər hansı birinə biganə yanaşmaq elə böyük korluqdur ki, “Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!” (“İsra” surəsi, 17\72) ilahi kəlamda deyildiyi kimi, bu korluq axirətdə də korluğa səbəb olar. (17:08)
  • Təsəvvüf əhlinə görə kamillik yolunda lətaifi-əşərə (qəlbə aid on duyğu), yaxud nəfs mərtəbəsini keçə-keçə mənən tərəqqi etmək məqbul metoddur və “çilə çıxarma” daxil olmaqla insanı-kamilə aparan yeganə yoldur. Ancaq həm mənəvi tərəqqi, həm də “çilə çıxarma” vasitəsilə əldə edilən dərəcə, mərtəbə, mövhibə və varidatı (ilahi ərməğanlar) başqa alternativ yollarla da əldə etmək mümkündür. Bu alternativlər arasında Bədiuzzaman həzrətlərinin irəli sürdüyü “əcz (acizlik), fəqr (yoxsulluq, heç bir şeyə malik olmama), təfəkkür, şövq və şükür” yolu daha kəsə, daha etibarlı, daha təhlükəsiz və hazırki mühit üçün daha əlverişlidir. Bu yol bir mənada peyğəmbərlik həqiqətinin təcəllisi və səhabə cizgisinin inkişafıdır. (18:30)
  • Elə ifrit bir dövrdə yaşayırıq ki, dini kamil şəkildə, nöqsansız yaşamaq çox çətindir. Həzrəti Ustad əvvəllər “sadiq tələbələrim” deyə dua edərmiş. Ancaq sonralar dua məcmuəsindən “sadiq” sözünü sildiyini, o çətin dövrdə hər kəsin sadiqlik mərtəbəsinə yüksəlməsinin müşkül olduğunu bildirmişdir. Həzrəti Pirin “təqva”nın çərçivəsini yüngülləşdirməsi də məhz bu düşüncənin nəticəsidir. (19:50)
  • Mühit nə qədər çətin olursa-olsun, möminlər həyatın hər sahəsində olmalıdırlar, zira mövcud olmasanız, faydalı bir iş görə bilməzsiniz. (21:08)
  • Bu yola bir qaşıqla könül verdik, qazanla gedənləri qəbul etdikləri kimi, ola bilsin ki, bir qaşıqla gedən yaramazları da qəbul edəcəklər. Mən buna şahidəm. Bəzən “əttəhiyyatu”da Cənabi-Allahın salamını “Əssalamu aleykə əyyuhənnəbiyyu və rahmətullahi və bərəkatuhu” deyəndə İnsanlığın İftixarı Peyğəmbərimizin arxasınca quyruğunu bulayan it kimi süründüyümü görürəm. (24:00)
  • İnsanları ümidsizliyə atmayın, tənbeh edəndə belə ümid verməyi unutmayın. Tərğib (təşviq etmə, bəyəndirmə) və tərxib (çəkindirmə, uzaqlaşdırma), təbşir (müjdələmə) və tənzir (tənbeh) Qurani-Kərimdə və hədislərdə ciddi vurğulanan tərbiyə metodudur. İnsanlara daima bir qurtuluş ümidinin olduğunu və Allahın sonsuz mərhəmətini xatırlatmaq lazımdır. (25:21)
  • Sual: 2. Qürbət və məiyyət şəraitində vaxtın qiymətini vurğulayan:" لِي مَعَ اللهِ وَقْتٌلاَ يَسَـعُنِي فِيهِ مَلَكٌ مُقَرَّبٌ وَلاَ نَبِيٌّ مُرْسَلٌ” kəlamında işlənən keyfiyyət “hal”dır, yoxsa “məqam”? Bu keyfiyyət sırf Peyğəmbərimizə aiddir (xəsais), yoxsa buna başqaları da müyəssər ola bilər? (27:00)

  • Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) buyurur : لِي مَعَ اللهِ وَقْتٌلاَ يَسَـعُنِي فِيهِ مَلَكٌ مُقَرَّبٌ وَلاَ نَبِيٌّ مُرْسَلٌ “Mənim Allahla elə bir anım var ki, həmin an Mənə nə müqərrəb mələk, nə də bir nəbiyyi-mürsəlin çata bilər”.
  • Bu mübarək kəlamda diqqətə çatdırlmaq istənən şey “hal”dır. “Hal” mütləq iradənin (Allahın iradəsi) muradına müvafiq zamanlarda hərdənbir (fasilələrlə) gələn təcəllilərdir. Bu təcəllilərin yayılma sahəsi qəlbin fəzası, onu ovlayıb bir qəlibə tökən də hiss və şüurdur. Odur ki, “məqam”ı dalğaları səngimiş, qərar tutmuş bir payəyə, “hal”ı isə yüksək iradənin nəzarəti altında baş verən məd-cəzirə, hər bir zühuru bir əvvəlki zühurdan fərqli mənzərəyə, mütəmadi görünüb qeybə çəkilən və günəşdən gələn rəngarəng şüa dəstələrinə bənzətmək olar. Rəsuli-Əkrəm Peyğəmbərimizin də bu kəlamda diqqətə çatdırmaq istədiyi şey - meracda və vəhyin gəlməsi zamanında duyduğu kimi - bir “hal”dır. (28:40)
  • Əllamə Həmdi Yazırın da bildirdiyi kimi, Allah Rəsulu elə keyfiyyətlərə malik bir insandı ki, yerdə insanlarla birlikdə gəzə-gəzə, həm də ilahi aləmlərlə irtibata keçirdi. Sanki Onun bir ayağı məna aləmində, digər ayağı bizimlə birlikdə idi. Halbuki müqərrəb mələklərə belə bir fəzilət nəsib olmamışdır. (30:00)
  • İnsanı-kamilin bədəni belə ruhaniyyat çalarlıdır. Məhz buna görə də Rəsuli-Əkrəm Peyğəmbərimiz başlanğıcı kəramət olan merac hadisəsində mübarək bədəni də ruhu ilə birlikdə səmavi səyahətə çıxmışdır. Buna ruhun bədənə qələbə çalması kimi də baxmaq olar. Ustad həzrətləri Peyğəmbərimizin ruhu ilə birlikdə meraca yüksələn mübarək vücudunu “cəsədi-nəcmi-nurani (nurani ulduz təkin parlaq vücud)” adlandırır. “Qabi-qövseyni əv ədna” ifadəsi isə “yayın iki ucu qədər, yaxud daha yaxın” mənasına gəlir ki, bu ifadə Peyğəmbərimizin meracda Allaha yaxınlığını təsvir etmək üçün istifadə edilmişdir. İmkanla vücub arasında bir nöqtə mənasında gələn “əv ədna” ifadəsi sırf Rəsuli-Əkrəmə xas bir payədir. Deməli, Allah Rəsulu heç kimə müyəssər olmayan bir payəyə, üstəlik bədəni ilə, cismi ilə şərəfləndirilmiş və bu möcüzə sırf Onun ibadətinə mükafat olaraq ərməğan edilmişdir. (31:10)
  • Xəsais yalnız müəyyən şəxs, yaxud da əşyalara məxsus hal, durum, xüsusiyyət deməkdir. İstilahi mənası -Peyğəmbərimiz haqqında işlədəndə - yalnız Ona xas xüsusiyyətlər mənasına gəlir. Sualda keçən söz və bu sözlə diqqətə çatdırılan hal da sözün həqiqi mənasında yalnız Peyğəmbərimizə aiddir. Belə ki, İnsanlığın İftixarı Peyğəmbərimiz meracda elə bir məqama çatır ki, mələk Cəbrail “Bir addım da atsam, yanaram” deyir. Əgər sübuhati-vəch şüaları sifəti-sübhaniyə və əsmai-ilahiyəni yandırıb külə döndərir və həmin məqamda Allahın Zatından başqa heç bir şey qalmırsa, Cəbrailin belə buna tab gətirməsi də mümkün deyildir. Ancaq bu məqamda belə İftixarımız İki Cahan Sərvəri Peyğəmbərimiz (əleyhi əkməluttəhaya vəttəslimat) yoluna davam edir. (32:35)
  • Qürbət və məiyyət ab-havasında keçən saniyələrin, hətta anların bərəkətini Haqq dostlarına, səviyyələrinə görə möminlərə də aid etmək olar. Belə ki, İmam Rəbbani həzrətləri kimi bəzi həqiqət əhli deyir ki: “Bir anı-səyyalə vücudi-münəvvər milyon il vücudi-əbtərə mürəccahddır”. Məsələn, Allaha imanla keçən bir an Onu tanımadan keçən milyon illik ömürdən daha üstündür. Bəli, insan bəzən bir anı-səyyalədə elə bir əhval-ruhiyyəyə girir ki, bütün varlığı ilə “Allahım, bir saniyəlik məiyyətin uğrunda min dəfə ölməyə razıyam!..” deməkdən özünü saxlaya bilmir. Bu, elə bir haldır ki, Allah bu kiçik çəyirdəkdən nəhəng bir Tuba ağacanı yaradır. O biri tərəfə gedəndə o kiçicik düşüncənin sizə aid Cənnətə çevrildiyini görərsiniz. İman nuru ilə işıqlandırdığınız o bir anlıq zaman dilimində zehninizi çulğalayan o nurlu düşüncənin o tərəfdə sizin üçün Camalın da, Rizvanın da təməlini qoyduğunu müşahidə edərsiniz. (33:35)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.