Möminlərin Anaları Həzrəti Xədicə və Həzrəti Aişə

Sual: Əvvəlcə Həzrəti Xədicə (r.a.) anamızın və daha sonra da Həzrəti Aişə (r.a.) anamızın Rəsulü-Əkrəm Əfəndimizə (s.ə.s.) həyat yoldaşı seçilmələrinin qədər planında hikmətləri nədir? Xüsusilə, bu iki anamızın dinə xidmətindən bu günün qadınlarının götürəcəkləri ibrətlər hansılardır?

  • Rəsulü-Əkrəm Əfəndimiz (s.ə.s.) bütün bəşəriyyətə ümumi bir missiya ilə peyğəmbər olaraq göndərildi. Beləliklə də, yaradıldığı mühitdən risalətlə vəzifələndirildiyi zamana qədər Onun (s.ə.s.) həyatında əhəmiyyətli yer təşkil edən hər şey minlərlə hikməti ehtiva edən bir qədər planı ilə olmuşdur. (02.24)
  • İnsanlığın İftixarı (s.ə.s.) ilə Kəbə əkiz qardaş kimidir; Kəbə Ona (s.ə.s.), O (s.ə.s.) da Kəbəyə aşiqdir. (04.30)
  • Həzrəti Xədicə (r.a.) anamız peyğəmbəranə vəsfləri öz üzərində daşıyan və təqdiri-ilahi tərəfindən Rəsulü-Əkrəm (s.ə.s.) üçün layiqli bir dost olacaq şəkildə xüsusi hazırlanan bənzərsiz bir qadın idi. (05.35)
  • Həzrəti Xədicənin (r.a.) Rəsulü-Əkrəm Əfəndimizi (s.ə.s.) kəşf etməsi belə onun fətanətini (üstün qabiliyyəti və məntiqi) göstərməyə kafidir. (07.30)
  • Vəhy hələ yeni gəlməyə başlayanda Allah Rəsulunun (s.ə.s.) ən böyük dəstəkçisi Həzrəti Xədicə (r.a.) olmuşdu. Yer üzünün səmalardan uzaq yaşadığı və yalançı bir şəfəq əlamətinin belə görünmədiyi bir dövrdə onun:"Allah səni darda qoymayacaq" ifadəsi və bu hökmünü müxtəlif fikirlərlə möhkəmləndirməsi də Anamızın (r.a.) üstünlüyünün güstəricisi idi (10.03).
  • Varaqa bin Nəvfəl Həzrəti Xədicənin (r.a.) qohumu idi. Allah Rəsuluna (s.ə.s.) vəhy gəlməyə başlayanda Xədicə Anamız (r.a.) nə baş verdiyini öyrənmək üçün ona müraciət etmiş və Varaqadan bu cavabı almışdı: "Ya Xədicə! O doğru sözlü bir insandır. Gördüyü, peyğəmbərliyin ilk vaxtlarında görülən həqiqətlərdir.Ona gələn Namusu-Əkbərdir. Həzrəti Musaya (ə.s.) və Həzrəti İsaya (ə.s.) da o gəlmişdir. Yaxında Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbər olacaq. Əgər o günlərə yetişə bilsəm, mən də Ona iman edər və mütləq köməkçisi olaram." (12.08)
  • İnsanlığın İftixarı (s.ə.s.) bütün həyatı boyu dərin vəfa və sədaqətlə Həzrəti Xədicəyə(r.a.) bağlı olmuş, anamızın vəfatından sonra da onu heç bir zaman unutmamış, hətta hər fürsətdə ondan söz açmışdı. (14.35)
  • Yoldaşı vəfat edən kişi də, qadın da yetimdir. Allah Rəsulunun (s.ə.s.) Meracı Onun (s.ə.s.) Xədicədən(r.a.) yetim olmasından sonra baş vermişdir. Bir mənada, Cənabi- Haqq Ona: "Ən yaxın insanını, həyat yoldaşını aldım, amma səni hüzurumla şərəfləndirirəm, Mən sənin dostunam!.." demişdir. (18.00)
  • Həzrəti Ayişə (r.a.) çox ağıllı, peyğəmbərlik missiyasına layiqli varis ola biləcək nadir bir fitrətlə yaradılmışdı. İzdivacdan sonrakı həyatı və xidmətləri ilə aydın oldu ki, o böyük insan, ancaq Nəbinin(s.ə.s.) həyat yoldaşı ola bilərdi. Çünki o, həm ən böyük hədisçi, ən mükəmməl təfsirçi və ən nadir fiqh alimi idi, həm də Peyğəmbərimizin (s.ə.s.) zahir və batini yönü ilə bənzərsiz qavrayışı ilə layiqli şəkildə təmsil edirdi. (19.30)
  • Zəka, fərasət və fətanət sahibi Həzrəti Ayişə (r.a.) anamız, xüsusilə, ailə həyatına aid bütün məsələləri Rəsulullahdan (s.ə.s.) öyrənmiş və bunları qadınlıq dünyasına ötürmədə qüsura yol verməmişdir. Qadınlıq aləmi, bütün Əzvacı-Tahirata(Peyğəmbərimizin (s.ə.s.) xanımları ) çox şey borcludur, lakin hər kəsdən əvvəl ictihada açıq və eşitdiyi hər şeyi soruşub təhqiq edən Həzrəti Ayişə anamıza(r.a.) borcludur. (24.27)
  • Həzrəti Ayişə anamızın(r.a.) irşadı(haqq yolu göstərməsi ) və irşad əsnasındakı həssaslığı... (26.45)
  • Möminlərin Analarının(r.a.) fədakarlıqları və zahidanə keçən həyatları... Abdülqadir Geylani Həzrətlərinin bir mənqibəsi baxımından zahidliyin ölçüsü... (31.05)
  • Əfəndimizin (s.ə.s.) ailə münasibətlərindəki incəliyi və Həzrəti Ayişə (r.a.) ilə davranışı... (34.21)
  • Urvə Həzrətləri rəvayət edir: "Səhərlər evdən çıxanda Həzrəti Aişənin (r.a.) evinə baş çəkər və ona salam verərdim. Yenə bir gün erkəndən ona baş çəkdim. Baxdım ki, namaz qılır, Cənabi-Haqqı zikr edir. Davamlı: " Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu." ("Tur"surəsi , 52/26-27) ayələrini oxuyur, dayanmadan təkrar edir, Rəbbinə yalvarır və ağlayırdı. Onu(r.a.)o halda görüncə, mən də namaza durdum. Lakin o oxumağı heç cür bitirmədiyinə görə mən bir az sıxıldım və dözə bilməyib bir iş üçün bazara getdim. Geri qayıdanda nə görsəm yaxşıdı, Həzrəti Aişə (r.a.) yenə namazın qiyamında idi. Eyni ayələri təkrar edir, hönkürtü ilə ağlayırdı." (36.05)
  • Bir gün Həzrəti Aişə (r.a.) anamızın hıçqırıqları qırtlağında düyün-düyün olmuşdu.. Rəsulü-Əkrəm Əfəndimizdən (s.ə.s.) belə soruşurdu: "Ya Rəsulullah, axirətdə əhlinizi xatırlayarsınızmı?" (36.35)
  • Onlardan az da olsa bəhs etməyimiz onların bizə əl uzatmaları üçün bir çağırışdır. (39.15)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.