Rüknü-Şədid

Sual: 1) Həzrəti Lutun (ə.s.) "rüknü-şədid" istəməsi və onun risalətindən sonra göndərilən peyğəmbərlərin güclü ailələrdən olmasının hikmətləri aspektindən düşünsək, xidmətin şəxsi-mənəvisi əksəriyyət etibarilə diplomatik təcrübə və bilikdən çox ixlas və səmimiyyət dinamikləri ilə hicrət edən adanmış ruhların rüknü-şədidi sayıla bilərmi? Məfkurə mühacirlərinin ən möhkəm qalası, dayaq nöqtəsi nədir?

  • Həzrəti Lut (əleyhissalam) sapqınlığın, əxlaqsızlığın, ədəbsizliyin geniş yayıldığı Sodom xalqına göndərilən bir peyğəmbərdir. Sodom xalqı keçmiş xalqalarda rast gəlinməyən bir əxlaqsızlıqda həddini aşmışdı. Sodom xalqının əxlaqsızlıq və ədəbsizliyini təsvir edən ayədə belə buyurulur: "Lutu da (xatırla!) O, öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdə heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz" (“Ənkəbut” surəsi, 29/28). Digər ayələrdə bu pis əməlin cəzasız qalmadığı vurğulanır, onların səmadan gələn dəhşətli əzabla yerlə-yeksan edildiyi bəyan olunur. Həqiqətən, Həzrəti Lut qövmünə gələn cəza tükürpərdici və ibrətamizdir. Həzrəti Lutun peyğəmbər göndərildiyi Sodom və Qomorro Lut gölü ətrafında yerləşir. Bu bir neçə bölgə bir gecədə yerlə-yeksan edilmişdir. (01:14)
  • Mələklər Həzrəti Lutun yanına gəlirlər. Hər biri yaraşığı ilə göz qamaşdıran gənclər surətində... Həzrəti Lut (ə.s.) onların gəlişindən və qövmün yenə əxlaqsızlıq edəcəyindən ciddi şəkildə əndişələnir, ürəyi sıxılır. Qurani-Kərim, bu hadisəni belə təsvir edir: “Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” – dedi. Çirkin işlər görən qövmü pis niyyətlə tələsik (Lutun) yanına gəldi. (Lut onlara) dedi: “Ey qövmüm! Qızlarım nikah baxımından sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (çirkin əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər ağlı başında bir adam yoxdur?” Onlar dedilər: “Sənin qızlarında gözümüz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!” (Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir qalaya söykənəydim!”" (“Hud” surəsi, 11/77-80) (04:10)
  • Həzrəti Lutun (əleyhissalam) "Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud rüknü-şədidə söykənəydim!" (“Hud” surəsi, 11/80) sözündə keçən "rükn" kəlməsi dirək, əsas, qüvvət, bir şeyin ən möhkəm tərəfi və ya küncü, ya da bünövrəsi, nüfuzlu, qüvvətli və əhəmiyətli insan deməkdir. Lut əleyhissalamın "rüknü-şədid" ifadəsi möhkəm qala, sarsılmaz güc, yenilməz qüvvət və yıxılmaz dayaq mənalarına gəlir. (05:29)
  • Rəvayətə görə Həzrəti Lutdan və onun bu sözündən sonra Allah Təala bütün peyğəmbərləri ona kömək edə bilən bir qövmdən göndərmişdir. (05:55)
  • Qurani-Kərimdə əksini tapan Həzrəti Lut qissəsində ibrət alınası çox şey var. Onlardan biri də budur: Peyğəmbər məsləyini – irşad, təbliğ və təmsil vəzifəsini yerinə yetirən, ileyi-kəlimətullah yolunda, Xatəmul-Ənbiya Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) kölgəsində yürüyən insanlar kürəyini bir rüknü-şədidə söykəməlidir. Hərçənd adanmış ruhların ən böyük güc mənbəyi Haqq Təalanın inayətidir, ancaq əsbab (səbəblər) dairəsində yaşadığımız üçün səbəbləri də nəzərə almalıyıq. Bu aspektdən baxanda, bəzən təkbaşına, ya da bir-iki nəfər çox uzaq diyarlara, yad ölkələrə gedən məfkurə mühacirlərinin də bir rüknü-şədidə ehtiyacı ola bilər. (09:30)
  • Təhsil və dialoq fəaliyyətləri sayəsində “sülh adacıqları” qurmaq üçün dünyanın hər tərəfinə yayılan fədakar ruhlar üçün bunlar rüknü-şədid ola bilər: Onlardan əvvəl hicrət edənlər.. illərlə onların “nəbzini yoxlayıb”, sonra da onlara güvənən yerli xalq.. hər yana qol-budaq atan və dünya miqyaslı hadisəyə çevrilən xidmətlərin şəxsi-mənəvisi.. getdikləri hər yerdə müəssisələrə baş çəkib təqdirini bildirən, fəaliyyətlərə qatılan dövlət böyükləri, dövlət rəsmiləri.. və bu məsələyə sahib çıxdığını Türkcə Olimpiadaları ilə ortaya qoyan bütün millət. Bəli, ən böyük dayağımız Haqq Təalanın gücü və qüvvətidir, bu sayılanlar da Allahın güc və qüvvətinin səbəblər dairəsində pərdələrdir. (14:57)

Sual: 2) Müxtəlif ölkələrdən Türkiyəyə gələn qonaqlar xidmət ərənlərini və onların səmimi fəaliyyətlərini görüb, xüsusən də “özünü sıfırlama”, “adanmışlıq”, “mərdlik” və “vicdan ənginliyi” və s. kimi eyni mövzulara toxunurlar. Bir-birini tanımayan bu insanların oxşar xüsusları görüb dilə gətirməsini necə dəyərləndirirsiniz? Təqdir və təbriklər haqda nə düşünürsünüz? (18:54)

  • İslamın bütün gözəlliklərini təmsil etdiyimizi deyə bilmərik, amma insanlar bu işin kölgəsinə belə məftun olurlar. Bir də işığını, nurunu görsələr!.. (19:30)
  • İstər Qərbdən, istərsə də İslam dünyasından Türkiyəyə gələn, demək olar ki, hər kəs – əgər qərəzi yoxsa və bəsirətlə (qəlb gözü ilə) baxa bilirsə – adanmış ruhların yolundakı fərqi görür. (20:41)
  • “Hira” məcmuəsi adındakı kəramətin də bərəkətiylə İslam coğrafiyası üçün açar oldu. (20:55)
  • Həyata keçirilən xidmətlərə təqdir və təbrikini dilə gətirən insanların qədirbilənliyi hislərimi hərəkətə gətirə bilər. Lakin səmimi bir hissimi sizinlə bölüşüm: bütün yoldaşların səyləri ilə ərsəyə gələn bir xidmətin (özümü də daxil edərək) müəyyən şəxslərə aid edilməsindən olduqca narahatam. Məsələlərə baxanda, təqdir və alqışları dinləyəndə iradəmin hakimliyi ilə baxır və dinləyirəm. "Deyil bu mənə layiq, bu bəndə / Mənə bu lütf ilə ehsan nədəndir" (M. Lütfü) deyir və bunların istidrac olmasından qorxuram. (23:37)
  • Xalis, səmimi qulların vəzifəsi "Mərifət iltifatdan asılı deyil, iltifat mərifətdən asılıdır" düşüncəsi ilə hərəkət etmək və təmənnasız olmaqdır. (24:54)
  • Qurana könül verən bəxtiyar insan Həzrəti Musab kimi təqdir, təbcil və təmənnanı ağlından tamamən silib atmalı, fayda, mənafe dalınca düşməməməli, qənimətə görə iş görməməli, insanların təqdir və təvəccöhünü dinamik yerinə qoymamalı və heç bir təmənna ummamalıdır. (27:13)
  • Təmənnasız olmaq ən böyük sərvətdir. (29:03)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.