Söhbət Ədəbi və Nəsihətə Qapalı Ruhlar

Sual: İnsanın xisləti necə olmalıdır ki, o, nəsihəti qəbul edə bilsin? Nəsihət edənlə nəsihət alan hansı kriteriyalar çərçivəsində hərəkət etməlidir? İnsan hansı hallarda nəsihəti qəbul edir və hansı hallarda qəbul etmir?

  • Peyğəmbər Əfəndimiz (s.ə.s.): "Din nəsihətdir" buyurur. “Nəsihət” “xeyirxahlıq” deməkdir. Kiməsə doğru yolu göstərmək bu yolun qayda qanunlarına diqqət çəkmək və onun haqqında daim xeyirxahlıq diləmək mənalarına gəlir. Nəsihət insanları Allaha, Rəsuli-Əkrəmə (s.ə.s.) və İslam dininə yönəltmək, dünya və axirət üçün faydalı işlərə sövq etməkdir. (01.00)
  • Rəsuli-Əkrəm Əfəndimiz (sallallahu əleyhi və səlləm) söhbət əsnasında verilən suallara, həll ediləsi bir çox işə, ümmətilə bağlı dini, ictimai, iqtisadi, siyasi məsələlərə izah verilərək müşkülü həll, mübhəmi şərh edirdi. Quranın müxtəlif cür şərh oluna bilən ayələrini konkret mətləbə bağlayır, konkret mənalı ayələri daha geniş şərh edir, xüsusi hökmlü ayələri ümumiləşdirir, ümumi hökmlü olanları isə xüsusiləşdirərək açıqlayırdı. (02.03)
  • Söhbət Cənabi-Haqqa yönəldən faydalı söz və fikirlərlə insanların üfüqünü açma, müəyyən bir şəxsə qarşı duyulan sevgini könülləri sonsuz aləmə istiqamətləndirmədə istifadə etmə və daim xeyirxahlıq mülahizəsi ilə ömür sürməkdir. Bu baxımdan, söhbət yığıncaqlarını daim ciddi müzakirələrə yönləndirməliyik. Bəli, müzakirələrimiz mütləq “Söhbəti-Canan”a yönəldilməli, mövzular əvvəlcədən müəyyən edilməli, oxunacaq mətnlər yaxşı seçməli, birgə həll olunası məsələlər təsbit edilməli və toplananda mütləq şəxsi və ictimai məsələlərimizi həll etməyə çalışmalıyıq. (06.05)
  • Söhbət edən insanların qarşısına ciddi mənəvi hazırlıq və mənəvi doyğunluqla çıxmalıdır. Hər şeydən əvvəl qəlbinin Allahla münasibətinə diqqət yetirməli və dinləyicilərin vaxtını almamağa çalışmalıdır. Söhbət insanın "qəlbinin səsi" olmalıdır. Söhbət edən o səsi əvvəla öz vicdanında duymalı, həmin nəsihətdən əvvəla özünə payı götürməli, sonra nəfsini tamamilə aradan çıxarmalı, özünü unutmalı, çəkdiyi misalların qəhrəmanları ilə birgə yaşamalı, Həzrəti Həmzədən bəhs edərkən qarşıda Utbəni, Şeybəni, Vəlidi görməli və söhbətlə bütünləşərək danışmalıdır. (09.07)
  • Dinləyici nəsihətdən pay ala bilmək üçün özünü heç saymalı, qərəzsiz olmalıdır. Əks halda, qürrələnən, hər kəsə, hər şeyə yuxarıdan aşağı baxan insan söhbətdən heç nə ala bilməz. Bəli, dolu qab heç nə qəbul etməz.. qaya üstündə toxum cücərməz. Qəlblər bərəkətli torpaqlar kimi olmamalı, zehinlər də tamamilə boşaldılıb təmizlənməlidir ki, nəsihətdən pay ala bilsin. Əksinə, bu əhval-ruhiyyədə, özünü hər kəsdən aşağı saymayan, hətta nəfsini ayaq altına alıb əzməyən və deyilənləri canla-başla dinləməyən insan nəsihəti peyğəmbərdən, övliyadan da alsa, faydasını görməz. (10.24)
  • "İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!” (“Zumər” surəsi, 39/8) məallı ayədə də işarə olunur ki, Allahı unutduran nemət nemət görünüşlü müsibətdir. (17.20)
  • "İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: “Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” – deyər. "Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!" (“Zumər”, 39/49) məallı ayədə də buyurulduğu kimi, ali savad, uğurlar, şan-şöhrət, ailə kimi nemətlər də insan üçün ayrı bir imtahandır. (20.35)
  • İnsan mal-mülk, şan-şöhrət, ailə ilə sınağa çəkildiyi kimi, qadınla da sınağa çəkilir. Bəzi möminlərin səhər və axşam dualarında: "Allahümmə əcirna min şəri-nnisə, Allahümmə əcirna min bəlai-nnisa, Allahümmə əcirna min fitnəti-nnisə" demələri, yəni: "Allahım, kişilik duyğularımızın əsiri olub qadınla bir pis iş görməkdən bizi qoru. Allahım, şəhvətin arxasınca gedib fəlakətə düçar olmaqdan bizi qoru. Allahım, qadının cazibəsinə qapılıb düz yoldan sapmaqdan bizi qoru!" deyərək Allah-Təalaya sığınmaları qadının potensial bir imtahan olduğuna görədir. Yoxsa, möminlər qadının şər, bəla və fitnə kimi yaradıldığını qətiyyən düşünməz və qadının fitnəsindən qorunma dualarını o batil inanc əsasına görə etməz. Bu baxımdan, əslində kişi də qadın üçün bir imtahandır və qadın da kişinin şər, bəla və fitnəsindən daim Həzrəti Hafizə (Allaha) sığınmalıdır. Hətta, o da –istəsə– dualarında: "Allahümmə əcirna min şərrir-rical, Allahümmə əcirna min bəlair-rical, Allahümmə əcirna min fitnətir-rical" deyə bilər. Bəli, kişi-qadın münasibətləri çərçivəsində hər ikisi də bir-birilə imtahan olunur və hər ikisi də imtahan ünsürü, bəlanın səbəbi və fitnənin vasitəsidir. (22.15)
  • "Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir." (Zariyat, 51/55) məallı ilahi bəyandan nə başa düşülməlidir… (26.37)
  • Cənabi-Haqq “İsra” surəsinin 82-ci ayəsidə məalən belə buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır." (29.52)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.