Tənqid ədəbi və haqqa hörmət

Sual: Demək olar ki, hər məsələdə daha yaxşını və daha gözəl olanı əldə edə bilmənin önəmli bir vəsiləsi sayılan "tənqid"in müsbət və faydalı olması hansı xüsuslarla bağlıdır? Ədəb baxımından, tənqid edən və edilən şəxslərin diqqət etməli olduqları cəhətlər hansılardır?

  • Əslində bir şəxsin, hər hansı bir şeyin yaxşı və ya pis tərəflərini, mənfi və ya müsbət cəhətlərini tapıb meydana çıxartmaq və əldə olanla arzu olunan arasında müqayisə aparmaq demək olan "tənqid" ideal olana çatmaq üçün bir yoldur. Müsbət yöndə tənqid etmək və tənqid edilməyə açıq olmaq elmi əsaslardan biridir. (00.36)
  • Şubə ibni Həccac həzrətləri hədis elmindəki qaynaq tənqidinin belə, məqsədini aşarsa qeybət ola biləcəyinə işarə etmək mənasında "Gəl Allah yolunda bir az qeybət edək" deyir. Bu lətif təbirlə elmi bir məsələnin müzakirəsində də olsa böyük insanlarla əlaqəli bir şey danışarkən çox həssas olmağın vacibliyinə işarə edir. Bununla belə sələflərimiz Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) xətrinə hörmət edərək, hədislərin doğru nəql edilməsi üçün tənqidi yanaşma sistemini formalaşdırmış, ancaq birisini tənqid edəcəkləri vaxt da çox insaflı davranmışlar. (02.38)
  • Günümüzdə televiziya proqramlarında edilən mübahisələr tənqid ədəbini və müzakirə üsulunu məhv etdi, nəslimizin ağzını, gözünü və danışma üslubunu korladı. (07.30).
  • Şöhrət, gələcəklə bağlı narahatçılıq, rifah, rahatlıq düşüncəsi və ideologiyadan qaynaqlanan qərəzli düşüncələr əslində korluq yaradan xəstəliklərdir. Bu xəstəliklərdən birinə düçar olanlar məsələləri düzgün dəyərləndirə bilməz və Haqqa hörmət fəzilətinə nail ola bilməzlər. (08.18)
  • Ağıl durğunluğuna və korluğa səbəb olan xüsuslardan biri də məntiq və haqpərəstliyin əmrinə tabe olmayan qüvvətdir. (12.33)
  • Tənqidi təqdim etmə üsulu da çox insani olmalı, çox mülayim və konstruktiv bir tərz seçilməlidir. Tənqidçi haqpərəstlikdən əsla ayrılmamalı, haqqın xətrini hər şeydən ali tutmalıdır... (14.47)
  • Əslində hər kəsin bir dostu olmalı və hər kəs bir-birinə nöqsanları qüsurlarını üsuluna uyğun olaraq, amma rahatlıqla söyləyə bilməlidir. (19.15)
  • Həzrəti Ömərin xütbəsi…onun sözlərini düzəldən yaşlı qadın…və haqq qarşısında dərhal geri addım atmağı bacaran Xəlifənin özünü qınaması… (19.50)
  • Bir qardaşlıq müqaviləsinə dair xatirələr… (23.33)
  • Bir tənqidi kimin etdiyi də çox əhəmiyyətlidir. Qəlb qırmayacaq olan və muxatəbini incitməyəcək şəxslər danışmalı, digərləri isə özlərinə qarşı olan neqativ reaksiyalara görə qiymətli fikirlərinin də hədər olmaması üçün sözü onlara həvalə etməlidirlər. Bax elə bu da bir haqpərəstlikdir. (27.11)
  • Xətir-hörməti olan və sözləri yara vurmayan bir şəxs gördüyü nöqsan və xətaları da üslubuna uyğun olaraq söyləməlidir. Ancaq bunu edərkən, qəlblərdə özünə qarşı müqavimət hislərinin formalaşmasına da yol verməməlidir. Əgər üzünə qarşı deyə bilməyəcəksə, onda bunu ictimai bir yerdə ortaya deməli və hər kəsin də öz payını almasına çalışmalıdır. (28.44)
  • "Nur"un ilk qəhrəmanlarından birinin nümunəvi ibadətinə və nəfsinə necə qalib gəlməsinə dair gözəl bir xatirə… (30.40)

Bu dosyeni yükləmək üçün sıxın

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.