Vəfa

Sual: Vəfanın bizim bağ-bağçamızda açan bir gül olduğu ifadə edilir və aramızda mücərrəd mənada vəfadan tez-tez söhbət açılır. Vəfanın həyatımızdakı əvəzolunmaz təzahürləri nələrdir. Bir mömin nəyə, kimə, necə və nə ölçüdə vəfa göstərməlidir?

  • Vəfa dost iqlimində yetişən güllərdən biridir, o, sevginin və mürüvvətin bağrında boy atar böyüyər (00.50).
  • Qurani-Kərim Həzrəti İbrahimi (ə.s.) bir vəfa abidəsi olaraq bizə təqdim edir (Nəcm, 53/37). Bütün Peyğəmbərlərdəki gözəl xüsusiyyətlər Rəsuli-Əkrəm Əfəndimizdə (s.ə.s.) də mövcuddur (03.00).
  • Rəsuli-Əkrəm Əfəndimiz (s.ə.s.) ümmətinə ən başda Allaha və Onun dininə qarşı vəfalı olmağı təlim buyurmuşdur; bu vəfanı, həyatının hər anında da şəxsən ortaya qoymuşdur. Məsələn, hələ Məkkədə az sayda insanın iman etdiyi bir vaxtda Nasıbin (Nusaybin) cinlərindən bir qrupu gəlib Ondan Quran dinlədikdən və dinin bəzi əsaslarını öyrənib iman etdikdən sonra, onlardan beyət almış; sonra da: "Demək ki, mənim axirətə köç vaxtım çatdı. Mən ins və cinə peyğəmbər olaraq göndərildim; Məkkədə bu işi davam etdirəcək insanlar var, bu gün cinlərdən də iman edənlər oldu; artıq vəzifəm bitdi!" mənasına gələn sözlər demişdi. Sanki, O, bizə: "Vəzifəsiz burada qalmağın mənası yoxdur!" -deyirdi (05.05).
  • İnsanlığın İftixarının (s.ə.s.) vəfasını Merac hadisəsində də görmək mümkündür: Abdulqüddüs Həzrətləri deyir ki: "Həzrəti Məhəmməd (s.ə.s.) Meracda göylər aləminə getdi, Sidrətul-Müntəhaya çatdı, Cənabi-Allahla görüşdü. Lakin Cənnətin cazibədar gözəllikləri Onun başını döndərib, gözlərini bulandırmadı. Geri döndü, ümmətinin arasına qayıtdı. Allaha and olsun ki, əgər mən bunları görsə idim, o mərtəbələrə çatsa idim, geriyə dönməzdim!." (10.30).
  • Bəzi fitrətlərdə elə dərin vəfa duyğusu vardır ki, gündəlik işlətdikləri əşyalara belə vəfadan pay ayırarlar. Həzrəti Ustad Ankara məhkəməsində bəraət qərarı ilə Şam dağındakı ağacının kəsilməsi arasında seçim etməsi təklif ediləndə: "Bəraət qərarını istəmirəm, yetər ki, ağacıma toxunmasınlar!.." -demişdir (12.00).
  • Peyğəmbər Əfəndimizin: "Əshabımla arama girməyin!.." sözündəki vəfa əlamətləri... (15.05).
  • Həzrəti Ustadın tələbələrinə qarşı vəfasını göstərən bir hadisə... (16.00).
  • Əbu Xeysəm Allah Rəsulu Təbuk müharibəsinə gedərkən geridə qalmışdı. Bu gecikmə onun vicdanına elə təsir etdi ki, elə bir narahatlıq gətirdi ki, dözə bilmədi və dərhal atına minib yola çıxdı. At yorulanda da yəhəri götürüb və yola piyada davam etdi. O vaxt Allah Rəsulu su başında səhabələri ilə oturmuşdu. Mədinə tərəfdən toz qalxdığını görüncə: "Kaş Əbu Xeysəm ola", -dedi. Bir az sonra Əbu Xeysəm göründü; təlaş içində gəlirdi. Allah Rəsulu onun gəlişindən çox məmnun olmuş və özünü ürəkdən təbrik etmişdi. Əbu Xeysəm isə özünü Allah Rəsulunun qucağına ataraq: "Ya Rəsulullah, az qala həlak olurdum" -demişdi (19.41).
  • Yaşadığımız dövrün şərtlərinə görə vəfanın təzahürləri... (24.54).
  • Xoca Əfəndinin vəfa borcu olaraq ilk fürsətdə ziyarət etmək istədiyi insanlardan bəziləri... və bəzi dostlarının vəfatından əvvəl son telefon danışıqları... (26.30).

Görüntülü İndir
Sesli İndir

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.