İş Əxlaqı və İqtisadi Böhran

Sual: İndiki dövrdə möminlərin, xüsusilə, ticarət həyatında və iş ortaqlıqlarında münaqişə və küskünlüklərə olduqca çox rastlanılır. Bu cür xoşagəlməz hadisələrlə qarşılaşmamaq üçün nələrə diqqət edilməlidir? Bununla yanaşı, dünyanı sarsan iqtisadi böhranı necə dəyərləndirirsiniz; bu böhrandan zərərə düşməmə naminə, xüsusilə təşəbbüskarlara nələr tövsiyə edərdiniz?

  • Haqq qatında iman çox qiymətlidir; odur ki, bir möminə "pis" demək doğru deyil. Lakin ticari, sənayi və iqtisadi münasibətlərdə və alış-verişlərdə bəzi müsəlmanların lazım olan səviyyəyə gəldiklərini də demək olduqca çətindir. (01.45)
  • Gözəl davranışlar, saleh əməllər və ibadətlər vaxt keçdikcə insanın təbiəti halına gələrək onu mücərrəd biliklə əldə olunması qeyri-mümkün səviyyələrə gətirib çıxarır. Mücərrəd bilik və məlumat, insanı heç vaxt, əməlin, tətbiqin, təcrübənin və ibadətin yüksəltdiyi səviyyəyə yüksəldə bilməz. Lakin bunun üçün, iman və ibadətin, əksi ağla gəlməyəcək şəkildə insanın ruhuna nüfuz etməsi, bütün dünyasını əhatə etməsi və təbiətinin bir parçası halına gəlməsi üçün daim təkrar edə-edə vərdiş halına gətirilməsi şərtdir. (02.42)
  • İndiki dövrdə inananlar İslamın gətirdiyi iş və ticarət əxlaqı ilə yetişdirilmədiyinə görə qardaş qardaşla münaqişəyə girir və küskünlüklər baş verir. (04.25)
  • Əhli-dünya isə, şeytan və nəfsi-əmmarənin də sövq etməsi ilə, dünyəvi mənfəətlər naminə bir araya gəlir və daha çox qazanıb iqtisadi bir imperiya qurmaq adına hər cür fədakarlığa (!) qatlanırlar. (06.10)
  • Möminlərin əhəmiyyətsiz şeylərə görə münaqişə etmələrinin və sərmayələrini bölüb-parçalamalarının altında yatan səbəblərdən biri də şeytan və nəfsi- əmmarənin inananları boş buraxmayıb bir-biri ilə məşğul etməsidir. (07.45)
  • Səbəblər dairəsində, iqtisadi həyatda müvəffəqiyyətin mühüm bir amili də; işə bələd olan birini tapıb işin başına qoymaq və iş nizamnaməsini hazırladıqdan sonra onu öz işi ilə baş-başa buraxıb, fövqəladə bir hal baş verməzsə, onun işlərinə qarışmamaqdır. (09.25)
  • Əshabi-kiram əfəndilərimiz çox kasıb bir halda Mədinəyə hicrət etmişdilər, amma çox vaxt keçmədən bir dəfəyə beş yüz dəvə sədəqə verəcək qədər varlanmışdılar, çünki onlar mömin fərasətini çox yaxşı dəyərləndirmiş, misilsiz bir iş əxlaqı və ticarət fəlsəfəsi ilə dövrün ən böyük tacirlərinin məskən saldığı bazarlara belə hakim olmuşdular. (11.12)
  • "Xəsis zəkatı" təbiri nə mənaya gəlir; bununla hansı mülahizələr ifadə olunmaq istənilir? (14.30)
  • Orta Asiyaya açılan iş adamlarının, çoxunun, gənc təhsil könüllülər qədər müvəffəqiyyət əldə edə bilməməsinin səbəbini izah edən "müəllimlər müəllimi" Professor Sabahattin Zaimin təhlili... (18.08)
  • Hər şeyimiz əldən getsə belə, kaş ki, birliyimizi və qardaşlığımızı qoruya bilsək!.. Kaş ki, sərmayələrimizi və himmətlərimizi bir yerə yığsaq, dünya səviyyəsində böyük işlərin altına girəcək qədər güclü olsaq və sonra da, Həzrəti Osman (r.a.) və Həzrəti Əbdürrəhman b. Avf (r.a.) kimi, maddi imkanları ülvi məqsədlər naminə infaq etmə mərdiliyini də ortaya qoya bilsək!.. (19.47)
  • İş ortaqlığı quranlar əvvəla sistemlərini sağlam qurmalıdırlar; şirkət müqavilələrini çox dəqiq hazırlamalıdırlar; meydana gələ biləcək anlaşılmazlıqları əvvəlcədən nəzərə alıb daxili nizamnamə ilə etirazların önünü kəsməlidirlər və görüləcək işlərin planını diqqətli qurmalıdırlar... Bəli, inananlar, Rəzzaqı-Aləm Cənabi-Haqqın verdiyinə razı olmalıdırlar, amma səbəblər dünyasında yaşadıqlarına görə, qeyd olunan səbəblərə də riayət etməlidirlər. (20.45)
  • Müsəlmanlıq müamilədir, yəni hər məsələdə, xüsusilə də alış-verişdə halal və harama diqqət etməkdir. (22.52)
  • Son on ildə, bəlkə də, əlli dəfə: "Əhəmiyyətsiz şeylərlə müamilələrə girməyin; kağıza, birjaya, sənədə və çekə bağlı qazanc arxasına düşməyin!" demişdim. Bunu deyəndə də kahinlik eləmirdim; gedişat hal-hazırdakı durumun siqnallarını verirdi. (24.03)
  • Hal-hazırda təşəbbüskarlarımız çox tədbirli olmalıdırlar; bəlkə işləri bir müddətlik yavaşlatmalıdırlar; böyük qazanc xəyallarına qapılmamalıdırlar. Qətiyyən, heç iş görməyəcək qədər ümidsizliyə düşməməlidirlər, amma keçmişə nəzərən daha tədbirli iş görməlidirlər (25.00)
  • Nə vaxt bazara təqdim edilir-edilsin, dünyanın hər yerində müştərisi olan və zati dəyəri olan sərmayə ilə iş görmək lazımdır. (25.45)
  • Şərqdəki şəhidlərimizə başsağlığı, yaralı qəhrəmanlara şəfa və kədərli ailələrə səbr diləyi mahiyyətində bir dua və hüzün göz yaşları... (28.16)

Görüntülü İndir
Sesli İndir

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.