336-cı nəğmə: “Təxribat, təmirat və qəriblər”

336-cı nəğmə: Təxribat, təmirat və qəriblər

Söhbətlərin birində möhətərəm Fəthullah Gülən əfəndi: “Böyük dəyərə haiz bəxtəvər nəsillər əksəriyyətlə hazırdakı kimi, tənəzzüldən sonra otaya çıxır. O baxımdan, bir mənada “risk nəsli” sayılırsınız. Buna baxmayaraq bunu qənimətə çevirmək də olar”, - demişdi. Bu yaxınlarda bu sözün mənasının izahını rica etdik.

Xocaəfəndi qəlbi, ruhi və mənəvi həyat baxımından riskli, təhlükəli dövrlərdə yaşayan insanların vəzifələrini yerinə yetirmək surəti ilə böyük səadətə nail olacağını deyərək əshabi-kiramı (radiyallahu anhum əcmain) nümunə çəkdi. Səhabələrin xüsusi istedada malik olduqlarını, Rəsuli-əkrəmin (sallallahu əleyhi vəsəlləm) maddi-mənəvi boyası ilə boyandıqlarını, cahiliyyətin qaranlıq dünyasında insanlıq abidəsini yüksəltdiklərini deyən Xocaəfəndi məhz buna görə də əshabi-kiramın fəzilətinin əlçatmaz olduğunu vurğuladı.

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm): “İslam qərib surətdə başladı (qəriblərlə təmsil edildi) və bir gün başladığı kimi təkrar qəriblik dövrü keçirəcək. Əksəriyyətin təxribatçılıqla məşğul olduğu bir dövrdə, abadlıq və islah fəaliyyətlərini davam etdirən qəriblərə salam olsun!” (Müslim, “İman”\232; Tirmizi, “İman”\13) hədisini xatırladan Xocaəfəndi qəriblərin xüsusiyyətlərinə toxundu.

Həzrəti Ustadın “Asrlərdən bəri rəxnədar (ziyan görmüş) olan bir qalanın təmri ilə mükəlləfik” sözünü xatırladan Xocaəfəndi əsrlərdən bəri min bir zərbə ilə dağıdılmış bir “bünyə”nin birdəfəliyə “sağalması” mümkün olmadığını, təmir və islah üçün köklü və geniş miqyaslı bir fəaliyyətə ehtiyac duyulduğunu dilə gətirdi. Müasir dövrdə mənəvi həyatımız böyük təhlükələrlə üzləşməsinə baxmayaraq böyük səadətə də vəsilə olacağını təkrar edən Xocaəfəndi sözlərini “Bi həsəbil-məğrəm əl-məğnəm (Əldə edilən qənimətin qiyməti aldığın riskə görə arta da, azalar da)”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.