343-cü nəğmə: “Minbəri titrədən ayə, sur və qiyamət”

343-cü nəğmə: Minbəri titrədən ayə, sur və qiyamət

Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.a.s.) bir gün xütbə verərkən Qurandan bir ayeyi-kərimə oxuyub sözlərinə belə davam edir: “Allah o gün göyləri və ulduzları uşağın əlində topu fırlatdığı kimi, fırladıb buyuracaq: “İlah mənəm! Hökmdar mənəm!, Cabbar mənəm! Böyüklük (yalnız) mənə aiddir! Hanı o dünya hökümdarları!? Hanı o zorbalar, müstəbidlər, mütəkəbbirlər!?” Uca peyğəmbərimiz bu ifadələri dilə gətirdiyi əsnada minbər insan kimi tit-tir titrəməyə başlayır. Hətta səhabələr qorxur ki, minbər aşar, Rəsulu-Əkrəmə nəsə olar. Minbəri lərzəyə gətirən ayədə buyurulur:

“(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zumər” surəsi, 39\67-68)

Bu gün təfsir dərsində “Zumər” surəsinin son ayələrini mütaliə etdik. Xocaəfəndi demək olar ki, ayənin hər kəlməsini açıqladı, onlara aid bəzi izahlar verdi. Bu söhbətdə yuxarıda keçən ayə və ardınca gələn aşağıdakı ilahi kəlamın izahlarını dinləyə bilərsiniz:

“Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!” (“Zumər” surəsi, 39\68)

12:23 dəqiqəlik bu söhbətdə aşağıdakı sullara cavab tapacaqsınız:

  • “Cənabi-Allahın ovucunun içi” nə deməkdir?
  • “Əl” mənasında da işlənən “yəmin” kəlməsi Allah haqqında işlənəndə hansı mənaya gəlir?
  • Qiyamət günü Allah yeri ovcuna alanda, göyləri bükəndə insanlar harada olacaqlar?
  • Zati-Üluhiyyət və nemətləri haqqında təfəkkürün meyarı nədir?
  • “Sirat” nə deməkdir; axirətdə körpü, dəftər, tərəzi necədir?
  • “Sur” nə deməkdir, neçə dəfə çalınacaq?
  • Xocaəfəndi qiyamət qopanda nə etmək, hansı işlə məşğul olmaq istərdi?
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.