Güləndən bəhs edən kitab "Amazon"da "best seller"…
Amerikada ingilis dilinə çapdan çıxan "Mədəniyyətlər qovşağı: Gülənin İslam idealları və humanist mülahizələr" adlı kitab internetin ən böyük kitab satış üzrə saytı "Amazon"da İslam kateqoriyasının ən çox satılan kitabı olunca, hər kəsin nəzəri d.r. Cill Karrola çevrildi. Karrol öz kitabında Fəthullah Gülənin fərqindən və Qərb düşüncəsinə gətirdiyi yenilikdən bəhs edir.
A Dialogue of Civilizations: Gülens Islamic Ideals and Humanistic Discourse (Mədəniyyətlər qovşağı: Gülənin İslam idealları və humanist mülahizələr) adlı kitabın müəllifi d.r. Cill Karrol: "Fəthullah Gülənin mülahizələri və yazdıqları adi şeylər deyil. Gülənin əsərlərini ilk dəfə oxuyanda anladım ki, o müstəsna bir elm adamıdır." –deyir. Karrol Fəthullah Gülənin təhsil və dinlərarası dialoqa verdiyi dəstəyə də əhəmiyyət verir və dünyanın ehtiyac duyduğu sülh və əmin-amanlığa məhz bu düşüncə tərzi ilə varıla biləcəyinə diqqət çəkir.
"Mədəniyyətlər qovşağı: Gülənin İslam idealları və humanist mülahizələr" adlı kitab internet saytı "Amazon"da İslam kateqoriyasının ən çox satılan kitabı olunca, hər kəsin nəzəri əsərin müəllifi Texas Rays Universiteti Teologiya kafedrasının müəllimi d.r. Cill Karrola çevrildi. İlk dəfə 2004-cü ilin dekabr ayında Türkiyəyə gələn Karrol bu gəzintiyə qədər 15 il boyunca İslam dini haqqənda mühazirələr dediyini, ancaq Fəthullah Güləni tanımadığını deyir. Karrol Amerikaya qayıtdıqdan sonra Gülən haqqında yazılanları oxumağa başlayır. Fəthullah Gülənin yazılarını oxumağa başladıqdan sonra İslam barədə bildiklərinin sadəcə məlumatdan ibarət olduğunu səmimiyyətlə dilə gətirən Karrol: "Bu din haqqında bildiklərimin çox az olduğunu gördüm. Bildiklərim sadəcə adi məlumatlar idi. Güləni tanıdıqdan sonra bilginin həqiqətini anlamağa başladım." –deyir.
İşi ilə əlaqədar olaraq dünyanın bir çox ölkəsinə gedib, müxtəlif mədəniyyətləri tanıyan Karrol Türkiyə gəzintisində yaşadıqlarını "Tam mənası ilə şok oldum" –deyə izah edir. Karrol söhbətinə belə davam edir: "Türkiyədə gəzdiyim məktəbləri görüncə heyrətə gəldim. Belə bir fədakarlığın mövcudluğuna inana bilmədim. Bu məktəblərə dəstək verən bir çox insana və ailələrinə baş çəkdim. Onlara niyə Gülən fəlsəfəsinə könül verdiklərini soruşanda, hamısı eyni cavabı verdi. Bu qədər insandakı sevgini və eşqi gördüm. Gülən fəlsəfəsini oxumağa başladım və gördüm ki, eşqdən, fədakarlıqdan, təslimiyyətdən bəhs edir. Sadəcə bunlar belə Gülən fəlsəfəsinin adi bir fəlsəfə olmadığını isbat etməyə kifayətdir. Uzun müddət idi ki, Qərb mədəniyyəti və fəlsəfəsi eşq, təslimiyyət kəlmələrini unutmuşdu.
Nyu Yorkda türklərin görüş yerlərindən biri olan "Turkish Cultural Center"da (Türk mədəniyyət mərkəzi) oxucularına kitabını imzalayan Cill Karrol həm də burada çıxış etdi. Karrol Türkiyə səyahətinin həyatına ciddi təsir etdiyini deyərkən, Emanuel Kant, Con Stuart Mil, Jan Pol Sarter, Konfyuçi və Platon kimi filosofların sülhsevər, barışdırıcı fikirlərini Fəthullah Güləndə də gördüyünü dilə gətirdi. Keçmişdə dünyanın düşüncə həyatına istiqamət verən filosoflar ilə Fəthullah Gülən Xoca Əfəndinin dialoq fəaliyyətləri arasında bir əlaqə olduğunu dilə gətirən Karrol: "Bu fəlsəfə dünyanın bir ucunu, başqa qütbünün insanları ilə görüşdürür. Müxtəlif aləmlərə, mədəniyyətlərə məxsus insanlar arasında dialoq qurur. Hər irq və millətin nümayəndəsinə eşqi, məsuliyyəti, yüksək dəyərləri öyrədir. Bu ümumbəşəri sülhün qurulması üçün görülən ən böyük xidmətdir." –deyir.
Kitabını "İnsanın qiymətli bir varlıq olması", "Azadlıq", "İdeal insanlıq", "Təhsil", "Məsuliyyət" başlıqlarına bölərək bu beş təməl mövzu üzərində qələmə alan Karrol, Gülən fəlsəfəsinin də bu beş dəyər üzərində yüksəldiyini deyir. Kant, Mil, Sarter kimi Qərb mütəfəkkirlərinin də öz fəlsəfələrini yuxarıdakı beş təməl üzərində qurduqlarını qeyd edən Karrol, bunların hər birinin Fəthullah Gülənin dialoq fəaliyyətlərində ön planda olduğuna diqqət çəkir.
- tarixində yaradılmışdır.