Gülən Fəaliyyəti dialoq cəmiyyəti formalaşdırır
Jurnalist və Yazarlar Vəqfi (Gazeteci ve Yazarlar Vakfı) “Gülən Fəaliyyəti: sivil bir fəaliyyətin sosiol analizi” adlı dəyirmi masa keçirdi. Tədbirdə Helen Rouz Ebaufun (Helen Rose Ebaug) kitabı müzakirə edildi. Müzakirə heyətində Fərhad Kəntəl, Ömər Laçınər və Ali Bulaç da iştirak etdi. Amerikalı alim öz çıxışında belə dedi, "Gülən Fəaliyyəti 5 qitə 120 ölkədə açdığı məktəblərlə fəaliyyət göstərir. Bu ölkənin insanlarını maarifləndirir və “dialoq cəmiyyəti” formalaşdırır. O ölkələrin insanları bu sayəsində Türkiyəni tanıyır. Şüurlarda Türkiyə anlayışı formalaşır" dedi. Gülən Fəaliyyətinin qlobal fəaliyyətlərdən biri olduğunu söyləyən Ebauf "Bu Fəaliyyət Gülənin şəxsini aşmışdır. Bu səbəblə, vəfatının belə Fəaliyyətin işinə çox təsir etməyəcəyini düşünürəm. Bu Fəaliyyətin öz adı ilə anılmasını Fəthullah Gülən də istəmir" deyə çıxış etdi. Ebauf apardığı araşdırma çərçivəsində iş adamlarından işçilərə, media rəhbərlərindən tələbələrə və qadın heyətlərinə qədər 103 adamla görüşdüyünü bildirdi.
Şehir Universitetinin Sosiologiya Fakültəsinin dekanı dos. Fərhad Kəntəl isə kitabda keçən “qaynaq-səfərbərlik nəzəriyyəsi” ilə “təşkilatçı adanma nəzəriyyəsi”nin təsirli roluna diqqət çəkdi. Fəaliyyətə, xüsusən də, xaric ölkələrdə çalışan müəllimlərin adanmışlığına, fədakarlığına şahid olduğunu da bildirən Kəntəl Gülən Fəaliyyətinin “məqbul vətəndaş” yetişdirmə səylərinə bir müqavimət olduğunu iddia etdi. Kəntələ görə bu, Fəaliyyətin sivil toplum yönünü ortaya qoyur: "Gülən Fəaliyyəti bir “əks hegemoniya” fəaliyyətidir. Buna görə də millətçi, sağçı və bir mənada patriarxal fəaliyyətdir".
Tədqiqatçı Ömər Laçınər isə Ebaufun kitabını Gülən Fəaliyyətinin siyasi əlaqələrinə təmas etməməsinə görə tənqid etdi. Xüsusilə 1700-1800-ci illərdə Katolik və Protestantlarda da buna bənzər fəaliyyətlərin ortaya çıxdığını söyləyən Laçınər bu istiqamətdə müqayisə aparılmadığını qüsur kimi göstərdi. (Fatih Vural)
- tarixində yaradılmışdır.