“Güləni tənqid edənlərə məsləhətim: Məktəbləri gəzin”
Almaniyanın məşhur həftəlik qəzeti “Die Zeit”in Orta Şərq üzrə müxbiri Mişel Tuman (Michael Thumann) Fəthullah Güləndən şübhələnənlərə məktəbləri gəzməyi məsləhət gördü. Berlində çapdan çıxan “İslam Haqqında Yanlış Fikirlər - Avropanın Müsəlman Dünyadan Qorxusu” adlı kitabından bəzi paraqrafları oxuyan Tuman Türkiyədə dünyəvilik tərəfdarlarının “Gülən bir gün Türkiyəyə qayıdıb İslam dövləti quracaq” iddiasının əsassız olduğunu bidirərək “Bunu iddia edənlərə məktəbləri gəzməyi məsləhət görürəm. Gülənin təlimində dünyəvilik tərəfdarlarının ittihamlarına şahid olmaq mümkün deyil” dedi.
Michael Thumann“Gülən bir gün Türkiyəyə qayıdıb İslam dövləti quracaq” iddiasının əsassız olduğunu bidirərək “Bunu iddia edənlərə məktəbləri gəzməyi məsləhət görürəm. Gülənin təlimində dünyəvilik tərəfdarlarının ittihamlarına şahid olmaq mümkün deyil” dedi.Gülənin məsləhəti ilə açılan məktəblərdə dini deyil, dünyəvi təhsil verildiyini diqqətə çatdıran Tuman kitabında Fateh Universitesi haqqında müşahidələrinə də yer verir. Kitabında mövzunu daha təfərrüatlı şərh edən Tuman Gülənin mühafizəkar aspektdən “İsamiyyəti müasirliklə həmahəng gördüyünü, elmin əsas götürülməsini tələb etdiyini, mədəniyyətlərarası dialoqun təşkil edilməsini istədiyini, sadə xalq kütləsinə təhsil verərək onları işlə təmin etməklə terrorun qarşısını almaq istədiyini” qeyd edir. Qərbdə İslam aləmində meydana gələn hər hadisəni İslamiyyətlə izah etmə xətasına yol verildiyini deyən Tuman “Başda Türkiyə olmaqla, İslam aləmində gedən inkişafın arxasında Qərbə çox yaxşı tanış olan faktorlar dayanır. Bunlar Kapitalizm, Demokratiya və müsbət Millətçilikdir”. İslam dininin baş verən inkişafla bilavasitə əlaqəsinin olmadığını açıqlayan Tuman “Orta Şərqdə İslam deyil, başqa bir din olsaydı, proseslər o qədər fərqli olmazdı” fikrini irəli sürdü.
Berlin Mədəniyyətlərarası Dialoq Platformasının (FID) dərnək rəhbəri Ərcan Qaraqoyun (Ercan Karakoyun) isə dinlərin siyasət və iqtisadiyyat kimi dünyəvi amaclar daşımadığını vurğuladı. Bundan on il əvvəl baş verən 11 Sentyabr hadisəsinin İslam və Qərbin qarşılıqlı dialoq fəaliyyətlərinə də böyük zərbə vurduğunu bildirən Qaraqoyun “Ortaq vəzifəmiz yeni dialoq körpüləri qurmaqdır. Fəxri Sədrimiz Fəthullah Gülən Xocaəfəndi həm fəaliyyətdə, həm də əsərlərində fərqliliklərin uzlaşaraq birgəyaşamasına əhəmiyyət verir. Zorakılığa nifrət edən Gülən sülhün bərqərarı üçün başda təhsil olmaqla fərqli sahələrdə sivil fəaliyyətlərin çoxalmasına səy göstərir”. “Plüral demokratik quruluş bir şansdır hər kəs onu gücləndirməlidir” deyən Qaraqoyun “Gülən hələ 1996-cı ildə demokratiyanın İslamiyyətlə bir-birini inkar etmədiyini diqqətə çatdıraraq İslam dünyası üçün inkişafın istiqamətini göstərmişdir”.
NUMOV yayımından çıxan Orient jurnalının baş redaktoru İslam mütəxəssisi Əbdürrəhim Güləç isə Ərəb dünyasında baş verən hadisələrə diqqət çəkərək bunun bölgədə demokratiyanın bərqərar olması üçün bir fürsət olduğunu bildirdi. Bu mərhələdə M. Tuman kimi hadisələri düzgün analiz edən jurnalistlərin böyük rol oynadığını çatdıran Güləç “Qərb dünyası bu hadisələri düzgün qavrayaraq dəstək verməlidir” dedi.
- tarixində yaradılmışdır.