Qlobal miqyaslı ilhamverici hərəkat –“Hizmət”
Antalya Mədəniyyətlərarası Dialoq Mərkəzinin (AMDM) təşkil etdiyi "Demokratikləşmə Mərhələsində Vətəndaş Cəmiyyətlərinin Rolu, “Hizmət” Hərəkatı Modeli" adlı konfrans Antalyanın Ramada hotelində keçirildi.
Konfransda məruzəçi qismində iştirak edən Qəzetçilər və Yazarlar Vəqfinin sədri Mustafa Yaşıl, ABŞ-lı alim prof. dr. Skott Aleksandr (Scott Alexander) və jurnalist Emre Aköz maraqlı çıxışları ilə yadda qaldı.
Mustafa Yaşıl çıxışında “Hizmət” hərəkatının inanc əsaslı vətəndaş cəmiyyəti hərəkatı olduğunu qeyd etdi. Hərəkatı "Dinçi, İslamçı" kimi qələmə verməyin doğru olmadığını deyən Yaşıl müştərək hədəfin dini inanclara və dindara hörmət, Allahın rizası olduğunu bildirdi.
Hərəkatın mərkəzində ümumbəşəri dəyərlərin dayandığını deyən Yaşıl "Hərəkat plüral, sülhsevər, qapıları hər kəsə açıq olan könüllü fədakarlıq hərəkatıdır. Din azadlığı, insan hüquqları, hüququn üstünlüyü, demokratiya kimi dəyərləri müdafiə edir" dedi.
Yaşıl hərəkatın ideoloji və siyasi mahiyyət daşımadığını, keçmişdə və bu gün heç bir siyasi partiyaya dəstək vermədiyini, siyasi hakimiyyəti ələ keçirmə kimi gizli məqsədinin olmadığını qeyd etdi.
Hərəkatın mühafizəkar quruluşa malik olmadığını vurğulayan Yaşıl onun bütün insanlığa qucaq açıdığını, ölkə xaricində başqa dinlərə mənsub yüzlərlə alim və mütəfəkkirin bu hərəkatda iştirak etdiyini bildirdi.
Mustafa Yaşıl hərəkatın məktəblər vasitəsilə insanlığa faydalı olduğunu, ancaq bəzi insanların bu fəaliyyətləri qəbul etmədiyini də vurğuladı. Hərəkatın xalqın və müəssisələrin dəstəyi ilə maliyyələşdiyini deyən Yaşıl, "İstiqalal mücadiləsinin arxasında nə dayanırdısa, hərəkatın da arxasında o dayanır" dedi.
Yaşıl Fəthullah Güləndən sonra hərəkatın sisteminin dağılması qorxusunun yersiz olduğunu, Gülənin hərəkatın hər sahəsinə müdaxilə edən, fikir söyləyən bir lider olmadığını nəzərə çatdırdı.
Bir iştirakçının "Hərəkat niyə bir partiyaya səs verdi?" sualını Yaşıl belə cavablandırdı:
"Hərəkat ölkənin mənafeyini və gələcəyini dəstəkləyən və təmin edən bütün layihələrə, siyasi partiyalara - hansı səviyyədə olur-olsun- dəstək olmağa çalışmışdır. Şübhəsiz ki, hərəkatın hədəfində siyasətə müsbət mənada təsir etmək istəyi olmuşdur. Türkiyənin 10 il ərzində AK Partiyanın rəhbərliyi ilə əldə etdiyi uğurların mütəmadiliyini təmin edən və ya bu uğurları daha da inkişaf etdirən başqa bir partiya olsaydı, hərəkat onu da dəstəkləyəcəkdi. Ancaq bunun üçün nə şərait var, nə də siyasi partiya".
"Hizmət qlobal səviyyədə ilhamverici hərəkatdır"
Amerikalı alim prof. dr. Skott Aleksandr Türkiyənin Avropa Birliyinə daxil olub-olmamasına baxmayaraq, daim mühüm rola malik olduğunu söylədi.
Skott hərəkatın ümumbəşəri dəyərləri nəzərə aldığını, inancları yaşatmaqla birlikdə müasir dünya ilə ayaqlaşmağa çalışdığını vurğuladı. Çikaqoda dərs dediyi Müsəlman və Xristian tələbələrinin “hizmət” hərəkatı barədə sual verdiyini deyən Skott sözlərinə belə davam etdi:
"“Hizməti” qlobal ilhamverici yenilənmə və ictimai islahat hərəkatı kimi tərif edirəm. Çikaqoda bir çox Xristian və Müsəlman tələbələrim var. Birlikdə təhsil alırlar. “Hizmət” hərəkatını da tanıyırlar. Müxtəlif ənənəvi İslam təlimlərindən istifadə edərək fərqli keçmişə malik insanların ümumbəşəri dəyərlərdən faydlanmasını təmin edən bir islahat hərəkatıdır. Ailənin, təhsilin, fərdi məsuliyyətlərin əhəmiyyətinə diqqət çəkir. Bu cür dəyərlər insanları dialoq və əməkdaşlığa sövq edir. Ədalət, sülh və əmin-amanlığın təmin edilməsinə çalışan dialoq və birgə əməkdaşlıqdır. Bu, hizmət hərəkatının nail olmağa çalışdığı qayədir. Çox az insan və hərəkat idealına çata bilir. Bu ideallar isə əldə etməyə çalışdığımız, əzmində olduğumuz amaclardır".
Konfransda çıxış edən jurnalist Əmrə Aköz isə “Hizmət hərəkatına qarşı çıxmadan öncə onu tanımaq və başa düşmək lazımdır” dedi. Hərəkatın içində qeyri-demokrat insanların ola biləcəyini, ancaq hərəkatın demokrat olduğunu ifadə edən Aköz hərəkatın Türkiyə demokratiyasına böyük töhfələr verdiyni söylədi.
- tarixində yaradılmışdır.