Türk məktəbləri uşaqlara sevgini öyrədir
Mərkəzi Houstonda yerləşən Gülən İnstitutunun təşkil etdiyi dialoq seminarında çıxış edən İnkanet Vöd (İncarnet Word) Universitetinin əməkdaşı prof. Marta Kirk (Martha K.) Türk məktəblərində müxtəlif dini və etnik mənşəli uşaqların qarşılıqlı hörməti və birgə işləməyi öyrəndiklərini söylədi.
Türk məktəbləriGülən Hərəkatının Şimali İraqda açılmış məktəblərini araşdıran prof. Marta Kirk "Keçmişdə Kürd, Türkmən, Ərəb və suryani dilində danışan ailələrin yaxın münasibətləri yox idi. Bu məktəblərdə uşaqların bir-biri ilə dostluq edirlər, bir-birinə hörmət etməyi və birgə çalışmağı öyrənirlər" dedi.2007-ci ildən ABŞ-ın Hyuston Universitetinin (Houston) nəzdində fəaliyyət göstərən Gülən İnstitutu bu il təşkil etdiyi III Mədəniyyətlər Dialoqu Platformasına dünyanın hər tərəfindən alimlər dəvət olunmuşdu. Mədəniyyətlər Dialoqu Platforması çərçivəsində Hyustonda keçirilən bu seminarda iyul ayında Osloda törədilən ağır cinayətdən sonra daha da ciddi xarakter alan ayrı-seçkilik və dialoq məsələsi ətrafında müzakirələr aparıldı. ABŞ, Meksika, İngiltərə, Cənubi Afrika, İndoneziya və Türkiyədən gələn ziyalılar iki gün boyunca ayrı-seçkilik məsələsinin səbəblərini, dini, mədəni, etnik və irqi fərqlərin bu prosesə təsirlərini, nəzəri və praktiki sahələrdə ayrı-seçkiliyin həll yollarını təhlil etdilər.
Gülən Hərəkatının Şimali İraqda açılmış məktəblərini araşdıran İnkanet Vöd Universitetinin əməkdaşı prof. Marta Kirk "Keçmişdə Kürd, Türkmən, Ərəb və suryani dilində danışan ailələrin yaxın münasibətləri yox idi. Bu məktəblərdə uşaqların bir-biri ilə dostluq edirlər, bir-birinə hörmət etməyi və birgə çalışmağı öyrənirlər" dedi. İndoneziya Universitetinin əməkdaşı prof. Sayafatun Almirzanah (Syaafaatun A.) Muhyiddin Ərəbi ilə məşhur Alman teoloq Mester Ayikherti (Meşster Eickhart) müqayisə edərək bu iki böyük şəxsiyyətin teoloji əsasında ortaya qoyduqları prinsiplərin dialoqa nə qədər kömək olduğundan danışdı. Hyuston Universitetinin əməkdaşı prof. Maria Körtis (M.Curtis) isə 11 Sentyabr hadisəsindən sonra ABŞ müsəlmanlarının üzləşdiyi çətinliklərdən və həyat keçirdikləri dialoq fəaliyyətlərindən bəhs etdi, xüsusilə, Türk toplumunun bu sahədə uğurlu tədbirlər gerçəkləşdirdiyini vurğuladı. Çikaqo Luteran İlahiyyat Fakültəsinin əməkdaşı prof. Mark Svanson (M.Swanson) da bəzi orta əsr Misir-Ərəb yazıları əsasında “ayrı-seçkilik” nümunələrini misal gətirdi və "biz-onlar" ayrı-seçkiliyindən "daha böyük “biz”" konseptinə keçməyin zəruriliyini bildirdi. Türkiyədən qatılan Zirvə Universitetinin əməkdaşı dos. Gökhan Bacık da Türkiyənin Kürd probleminə daha güclü siyasi həll yolu tapa bilməmənin səbəblərindən danışdı.
- tarixində yaradılmışdır.