Çiçəklənən Ümidlər

İllərdən bəri ayrı düşmüş qardaş ölkələr haqqında ancaq coğrafiya kitablarından oxumuşdular. Gəlməmişdilər, görməmişdilər... Bir məqsədləri vardı: “Türkiyə naminə hansı işləri görə və bu qardaşlarımızın gözəl gələcəyi üçün nələr edə bilərik”

Könüllülərin dünyaya ilk yürüşü beləcə başladı. “Çiçəklənən ümidlər” sənədli filminin ilk kadrı bu 14 nəfərlik qrupla başlayır. İstanbuldan ayrılıq anı çox həyəcanlı idi. Ancaq yolçuluğun həyəcanı bambaşqa idi...

Yol boyunca quruluşçu-rejissor, iş adamı Mehmet Tanrısevər kamera ilə dayanmadan çəkilişlər aparır. Bu kameranın lentə aldığı kadrlar film üçün nadir, qiymətsiz materiallar oldu.

Bu kadrlar göz yaşardan, qəlbi riqqətə gətirən səhnələrlə dolu...

Qarşılanmalar...

Sarılmalar...

Sevinclə dolan gözlər

Qəlbi sızladan həsrət dolu mənzərələr...

Həsrətin bitdiyi anlar..

Daha nələr, nələr...

20 Yanvar faciəsinə, o qanlı günlərə çox qalmamışdı. Onlar girər-girməz sərhəd keçid məntəqələri bağlanmışdı. Ölkədən sonuncu çıxan xarici vətəndaşlar da yenə onlar oldular. Sovetlər sərhədini keçib Türkiyəyə qayıda bildilər. Artıq Azərbaycanda əsrin dəhşət doğuran qırğını – 20 yanvar faciəsi baş vermişdi. Bu faciə bir anda qığılcım rolunu oynadı. Bu zaman Türkiyənin hər tərəfindən Orta Asiyaya və dünyanın dörd bir yanına səfərlər başladı.

“Çiçəklənən Ümidlər” sənədli filminin heyəti ilk günlərdə baş verənləri bütün ibrətli hadisələrlə birlikdə yorulmadan ssenariyə daxil edir, üzərində işləyir. Türkiyənin dünya kitabına yazdığı sevgi dastanının ilk misraları ­­­ilk könüllülərin – müəlliflərin dili anladılır.

Bu ilklərin, şahidlərin dilindən maddi-mənəvi, bir-birindən maraqlı onlarla hekayə...

O dövrü əks etdirən canlı görüntülər...

Yüzlərlə şəkil, rəsim...

Yüzlərlə yerli, xarici reportaj...

Dünənə, bu günü əks etdirən  kadrlardan istifadə olunur.

Bütün olanları təfərrüatlı şəkildə cilalayan ssenari axıcı üslubdadır.

Bu xüsusi hissənin ardınca Azərbaycana həsr etdiyimiz hissələr gəlir. Ardınca iki avtobusla sərhədi keçib ölkəyə girən hələ bığ yeri tərləməmiş, anasının dizinin dibindən, bəlkə də, ilk dəfə ayrılan, məchula qanad çalan dəliqanlıların bir-birindən maraqlı hekayələri gəlir. Bu arada “Zaman” qəzeti və liseylərin açılma prosesi maraqlı tarixi hadisələrlə təsvir olunur. Bir tərəfdən də Azərbaycanın müstəqilliyə qədəm qoyduğu ilk günlərdən bu günə kimi keçən müddət gözlərimizin önündə canlandırılır. Azərbaycandan əvvəldən axıra kimi 5 bölüm olaraq bəhs olunur.

Qardaş ölkə Azərbaycanda bütün bu hadisələr baş verdiyi bir vaxtda qarışıqlıq və xaosa baxmayaraq, Türkiyədən təcrübə qazanmaq, yeni bir nəfəs olmaq üçün gələn vəfalı insanların səyi nəticəsində Qırğızıstanda da liseylər açılır.

“Çiçəklənən ümidlər” sənədli filminin çəkiliş heyəti kameraların üzünü bu dəfə Qırğızıstana çevirir. Bir tərəfdən ən ucqar yerlərə qədər Ata yurdunda, Tanrı dağlarında yaşanan dastanı sənədləşdirir, digər tərəfdən də Qırğızıstanı özünəməxsus xüsusiyyətləri  ilə tanıdır. Heyət - quruluşcu-rejissor Veysəl Qarani Gümüşdərəli, baş rejissor Əminə Ulu və operator Səid Küçükşahin, Qırğızıstan bölümünə tərcüməçilik edən Cəfər Topcan Qırğızıstanı başdan-başa gəzir, çəkilişlər aparır, şahidlərlə reportaj hazırlayıb tarixi işlər görürlər. Türkiyənin fədakar könüllüləri və Qırğızıstanın vəfalı insanları ilə hazırlanan onlarla reportaj sənədli filmin ərsəyə gəlməsində mühüm rol oynayır. Və 5 bölümlük Qırğızıstan sənədli filmi ortaya çıxır.

Bu mövsüm “Yeşeren Ümitler”də (Çiçəklənən Ümidlər) “Bosniya və Hersoqovina” bölümləri yayımlanacaq. Müharibənin ən qızğın vaxtlarında həm təsəlli olmaq, həm də gələcək nəsillər yetişdirmək üçün qar-boran, qış demədən Bosniya və Hersoqavinaya gedən bir ovuc insanın fədakarlığı qəlbləri riqqətə gətirəcək.

Xorvatiyadan Bosniyaya, oradan da İqman dağındakı tunellə Saraybosniyaya kimi uzanan yol boyu yaşanan hadisələr anladılır. O dövrün görüntüləri, şəkillər, məlumatlar bu dəfə Bosniya və Hersoqavinanın müharibə illərinə və ondan sonrakı dönəmini işıqlandırır. Bu bölümlərdə Türkiyə liseylərinin ən çətin zamanlarda belə çətinliklərə  mətanətlə sinə gərib gələcəyə körpü olması, uğurlar qazanması həm şagirdlərin, valideynlərin, həm də insanlığa təhsil, təlim və tərbiyəyə can qoyan könül fədailərinin dilindən canlandırılır. Heyət Bosniya və Hersoqovinanı başda-ayağa gəzib dolaşır. Baş rejissor Turan Şahin, operator Səid Küçükşahin və quruluşcu rejissor Veysəl Qarani Gümüşdərəli bilavasitə çəkilişlər aparır. “Yeşeren Ümitler (Çiçəklənən Ümidlər) Bosniya Hersoqovina” sənədli filmi, bu ölkələrin dünənini, bu gününü işıqlandıran üç bölüm halında tamaşaçılara təqdim olunacaq.

“Yeşeren Ümitler” (Çiçəklənən Ümidlər) sənədli filmində Türkiyə qəhrəmanlarının bir qayə uğrunda, bəşəriyyət üçün etdiyi fədakarlıq, ölkə daxilində və xaricində əldə olunan nailiyyətlər təfərrüatı ilə yayımlanacaq.

Bu bölmələrdə yerli əhalinin, gənc nəslin, uşaqların həyatı ilə bağlı dəyişikliklər və yeniliklər öz əksini tapacaq.

Yerli əhali hansı təbəqələrə bölünür:

  • Maarifçilər...
  • Elm adamları...
  • İdarəçilər...
  • Siyasətçilər...
  • İş adamları...
  • Din adamları...
  • Əsgərlər...
  • Ev xanımları...

Mövsüm 1 - Bölüm 1

Uzun hazırlıqlardan sonra dünyada misli-bərabəri olmayan bir fəaliyyəti əks etdirən, kadr və sənədlərlə bənzərsiz bir işə imza atan "Çiçəklənən Ümidlər" sənədli filmi artıq ekranlarda...

Mövsüm 1 - Bölüm 2

“Çiçəklənən Ümidlər” sənədli filmi "Türkiyədən sevgilərlə…" bölümü ilə yenə də bir-birindən maraqlı faktları ekrana gətirir. Bir ovuc Türkiyə sevdalısının sərhədi keçmə macərası və sonrakı hadisələrdən bəhs edən filmdə Naxçıvan-Türkiyə arasında qurulan Həsrət körpüsünün açılışı, Azərbaycana gedən 36 tələbə və 8 müəllimin hekayələri təsirli bir üslubla anladılır.

Mövsüm 1 - Bölüm 3

Türkiyədən və ailələrindən ilk dəfə ayrılan 38 tələbə və 6 müəllimin sərhəddən keçmə macərası addım-addım... Yağışlı və soyuq bir gündə tanımadıqları bir ölkədə keçirdikləri duyğular, hislər... Gecə səfəri, Bakıda ilk günləri, ilk mənzil, ilk təəssüratlar...

Mövsüm 1 - Bölüm 4

İlk günlərin əndişəsini üstündən atan Türkiyə sevdalıları üçün artıq hərəkətə keçmək vaxtıdır. “Çiçəklənən Ümidlər” bu mərhələni təfərrüatı ilə ekrana gətirir. Deyirlər “Su axar yolunu tapar”. Azərbaycana gələn gənclər də axıb-axıb öz yolunu tapırlar. İlk günlər yerli camaatla tanış olmaqla keçir. Tamaşaçılar bu bölümdə təyyarədən enən “türkəm” deyən ilklər kimi Bakıda bir evə qonaq gedəcəklər...

Mövsüm 1 - Bölüm 5

"Hər yanda inciçiçəyi açılanda..." “Çiçəklənən Ümidlər” Azərbaycana və Türkiyə sevdalılarına aid gözəl xatirələri tamaşaçılarla bölüşməkdə davam edir. Heydər Əliyevin ilk gündən məktəblərə baxışı... Mərhumun sözləri və fəaliyyəti... Heydər Əliyevin, Azərbaycan dövləti və xalqının dəstəyi... Türk məktəblərinin böyük uğurları ekrana gələcək. Qurulduğu ilk gündən böyük müvəffəqiyyətlər qazanan Qafqaz Universitetinin yüksəlişi...  O dövrün şəraiti, şərtləri, xatirələrlə yenidən canlanacaq və hər cür çətinliyə rəğmən Türkiyə üçün yollara düşənlərin hekayələri ruhları ehtizaza gətirəcək....

Mövsüm 1 - Bölüm 6

Bu bölümdə Türkiyəli müəllimlərin Qırğızıstanda başlarına gələn maraqlı hadisələrlə tanış olacaqsınız.

Mövsüm 1 - Bölüm 7

“Çiçəklənən Ümidlər” sənədli filminin Qırğızıstan səyahəti davam edir. "Qurban olan qələm tutan əllərə" adlı bu bölümdə məktəblərin açılışı ilə başlayan macəranın ilk addımları ekrana gələcək. Bu ilk addımlarda müəllimlərin etimad və etibar qazanmaq üçün göstərdiyi səylər geniş şəkildə təsvir edilir. Şagird qəbulu imtahanlarının Qırğızıstanın bütün bölgələrinə yayılması üçün qısa müddət ərzində görülən hazırlıqlar da bunlardan biridir. Böyük əhəmiyyət daşıyan “bəllətmənlik” və ya tərbiyəçilik sistemi bütün təfərrüatı ilə... Həmçinin “təhsil fədaisi” İsmayıl Sallının düşdüyü qəza, yanından ayırmadığı oğlu “Kiçinə” İsmayılın yaşadığı hüznlə yoğurulan qaza şahidlərin dili ilə ekranlara gəlir.

Mövsüm 1 - Bölüm 8

“Çiçəklənən Ümidlər” sənədli filminin Qırğızıstan səfəri davam edir... Dünyada misilsiz bir fəaliyyəti əks etdirən sənədli film hər çərşənbə günü ekranlara gəlir...

Mövsüm 1 - Bölüm 9

“Çiçəklənən Ümidlər” bu bölümdə Qırğızıstanın maraqlı bir şəhərinə səyahət edir. Nar bağlarının arasında və dağların zirvəsində yerləşən bu şəhərdə baş verən hadisələr ekranda canlanır. Filmin davamında bir-bir açılan sülh və sevgi məktəblərinin Qırğızıstana verdiyi töhfə Türkiyədən gedənlərin və Qırğızların dili ilə təqdim edilir. Bu bölümdə ənənəvi Manasın oxunuşu da tamaşaçılara təqdim ediləcək. Bir səfərə qanad açanların hekayəsi “Çiçəklənən Ümidlər”in bu bölümündə…

Mövsüm 1 – Bölüm 10

Ekrana gəldiyi ilk gündən böyük maraqla qarşılanan “Çiçəklənən Ümidlər” sənədli filmi Qırğızıstandakı son bölümü ilə görüşünüzə gəlir. Bu bölümdə Tanrı dağların müdrik insanı, dünya şöhrətli romanların müəllifi Çingiz Aytmatov yad ediləcək.

Sevgi Məktəblərini adsız oğlanların “Bəyaz gəmi”si sayan böyük yazıçının Türk könüllülərin açdığı və Qırğızıstanda rəğbətlə qarşılanan məktəblərlə bağlı düşüncələri...

Türkiyəli iş adamlarının iki ölkə arasında qurulan sevgi və qardaşlıq körpüsündəki rolu da geniş şəkildə ekranlara gəlir...

Mövsüm 1 - Bölüm 11

Dünyada misli-bərabəri olmayan bir fəaliyyəti əks etdirən, təqdim etdiyi məlumat və sənədlərlə analoqu olmayan bir layihəyə imza atan “Çiçəklənən Ümidlər” sənədli filmində bu həftə Bosniya xatirələri var...

Mövsüm 1 – Bölüm 12

Ekrana gəldiyi gündən böyük maraqla izlənən “Çiçəklənən ümidlər” sənədli filmi müharibənin ən çətin dövründə Bosniya və Hersoqovinaya gedən bir ovuc insanın hekayəsini sizlərə təqdim edir. Filmdə müharibənin ilk dövrlərinə aid məlumat və kadrlara da yer verilmişdir. Bosniyalıların mənşəyi haqqında maraqlı faktlardan əks etdirən film Bosniya və Hersoqovinada açılan Sülh Məktəblərinin tarixindən də bəhs edir.

Mövsüm 1 – Bölüm 13

Böyük maraqla qarşılanan “Çiçəklənən ümidlər” sənədli filmi bu mövsümün sonuncu bölümü ilə ekrana gəlir... "Yeni bir ruhla" adlı bu bölümdə Bosniya və Hersoqovinaya gedən təhsil könüllülərinin ibtidai məktəbləri açması, Bosniya xalqı ilə yaxın münasibət qurması və onların başına gələn maraqlı hadisələrdən bəhs edilir...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.