Məhəmməd Babəkr
İnsan düşüncəyə əvvəla özü əməl etməlidir
Bütün mütəfəkkirlər bir məsələdə həmfikirdirlər ki, insan düşüncəyə əvvəla özü əməl etməli, daha sonra başqalarına mənimsətməyə çalışmalıdır.
Yəni insan düşüncəni əmələ keçirməyi bacarırsa, o, qarşı tərəflə münasibətə keçib dialoq qura bilər. Fəthullah Gülən Xocaəfəndi bu məsələni diqqətə çatdıraraq buyurur ki: “Əksər hallarda davranışlar sözlərdən daha böyük təsir gücünə malikdir.” Başqa sözlə desək, əməl sözdən daha təsirlidir. Bəli, Fəthullah Gülən Xocaəfəndinin fəaliyyətinin əsasında düşüncə və aksiyon (əməl) dayanır.
Fəthullah Gülən Xocaəfəndinin düşüncə və fikir mənbəyi Peyğəmbər yoludur. Bəli, Xocaəfəndi sevgi körpüləri quraraq qəlblərə yol tapmağın əsaslarından söhbət açarkən peyğəmbərlərin münaqişə və mübahisələrə məhəl vermədiklərini söyləyir. Müasir dillə desək, peyğəmbərlər filosoflar kimi mübahisə üslubuna və jurnalistlər kimi dil münaqişəsinə yol verməmiş, bu kimi şeylərdən uzaq durmuşlar. Bəli, o, mühim bir prinsipi diqqətə çatdırmaqdadır. Şayəd qarşı tərəfə özünü qəbul etdirmək istəyirsənsə, onunla mübahisəyə girməkdən çəkinməlisən.
Möminlərdəki məsuliyyət hissi, bütün dünyaya əl uzatma arzusu məfkurəyə bir başqa məna və ruh çaları verir. Bəli, möminlərin üstünlüyü ondadır ki, onlar istər şifahi, istər yazılı olsun bütün dünya insanlarına əl uzatmağa çalışırlar. Ancaq mənə görə Hizmət hərəkatının digərlərindən fərqləndirən cəhətlərdən biri də müasir dövrün imkanlarından maksimum dərəcədə faydalanması və düşüncəni əmələ keçirmədə əldə etdiyi uğurdur. Bəli, Hizmət bəşəriyyətə əl uzatma, birgəyaşayış və dialoq modeli və metodları ilə nümunə təşkil edir. Belə ki, Fəthullah Gülən Xocaəfəndi deyir: “Kim olursan-ol, sən gəlmə biz gələrik.”
Bəli, Xocaəfəndinin bu cahanşümul təlimi sayəsində Hizmət hərəkatı dünyada böyük nüfuza malik olmuşdur. Dünya xəritəsinə baxanda bu Hərəkatın planetimizin hər yerində fəaliyyətlərinə davam etdirdiyini görürük. Bəli, elə bir qitə yoxdur ki, Hizmət hərəkatı orada olmasın. Fəaliyyətlər bu sürrətdə davam edərsə, qısa vaxtda Hizmətin fəaliyyətləri bütün ölkələrə yayılacaqdır.
Məhəmməd Babəkr, Cəzirə Universitetinin əməkdaşı, İslam Elmləri fakültəsinin dekanı (Sudan)
- tarixində yaradılmışdır.