1971-1979

197112 mart Memorandumuna Kəstanəbazarından ayrıldı

1971-ci ildə 12 Mart Muhtırasından əvvəl Kəstanəbazarı Quran kursundakı vəzifəsindən ayrıldı.

"Kəstanəbazarından ayrılandan sonra Gözəlyalıda bir evə yerləşdim. Vaxt gəlib keçmirdi. Elə bil saniyələr illər olmuşdu. Halbuki, şagirdlərimin yanında olduğum günlərdə; vaxt dalınca qaçır, zamanla yarışırdım. Gördüyüm və görməli olduğum işlərlə günün 24 saatına meydan oxuyurdum. Başqa cür bu qədər işi, belə qısa zamanda necə görmək olardı? Halbuki, indi vaxtımın böyük hissəsini oxumağa ayırırdım.

Hadisələrin özünəxas dili var. İctimai hadisələri anlamaq istəyənlər bu dili çox yaxşı bilməlidirlər. Keçmişdə baş verən və insanı kədərləndirən elə hadisələr var ki, yenidən təkrar etməyə başlamışdılar. Bu təkrarın verəcəyi nəticələri qabaqcadan görmək əsla kahinlik sayılmazdı. Türkiyə gündən-günə hərbi çevrilişə doğru gedirdi. 27 Mayı görənlər üçün bu nikbin bir mənzərə deyildi.

12 mart 1971-ci ilin cümə günü saat 13-də radiodan verilən xəbərə görə, rəsmən hərbi rejim elan edildi. Hərbi qüvvələr hərəkətə keçmişdi. Solçular panikada, sağçılar isə təvəkküllə nə olacağını gözləyirdi

Hərbi rejim elan olunduqdan qısa müddət sonra həbslər başladı. Solun liderlərindən bir çoxu haqq qazandıqları üçün, müsəlmanlardan bir çoxu da sırf stabilliyi təmin etmək üçün həbs edilərək gözaltına alınmışdı. Və həbs etmələr davam edirdi..

27 May sol meyilli bir hərəkat idi. 12 martın da elə olmasını istəyirdilər. Lakin çevrilişə az qalmış hadisəyə müdaxilə edən Memduh Tağmaç və çevrəsi memorandum macərasını bəzilərinin meyillərindən xilas etdi. Ondan belə bir müdaxilə gözləməyən solçular nə edəcəklərini bilmirdilər. Onlarda görülən 12 Mart əleyhdarlığı, bir az da əli çatmadığına görə turş deyənin halı kimidir. Əgər 9 martdakı hərəkatın qarşısı alınmasaydı, bu çevriliş çox fəqrli olacaqdı. "Devrim anayasası" adı altında hazırlanan eskiz işə keçəcək, Türkiyə ad olaraq olmasa da tamamilə kommunist bir ölkə olacaqdı Bu solçular və onların fikir memarlığını edən çevriliş sevdalıları olan sivillərin ortaq arzusuydu. Zivər bəyin məhkəməsində də hamısının maskası düşmüş və mənfur fikirləri bir-bir ortaya çıxmışdı.

12 mart çevriliş deyil. Hökümətə müəyyən mövzularda verilən xəbərdarlıqdı. Əlbəttə, hərbi yolla olması baxımından düzgün sayıla bilməz. Azad iradəni zorla dizə gətirmənin xoş görülməsi mümkün deyildir. Fəqət daha təhlükəli bir hərəkətin qarşısını alması baxımından bu hərəkətə qismən xoş baxmaq mümkündür. Yəni, yaxşı deyil, amma daha təhlükəlisinə görə, yenə pis deyil."

03.05.1971Həbs edildi

"Həkim bəyə: "Bizim evə gedək",-dedim. Yolda yenə maşını bir itə vurduq. "Evdə bizi gözləyirlər, hər halda yolumuza davam edək",-dedim. Evə girəndə siyasi polislərin bütün əşyaları didik-didik edib evin ortasına yığdıqlarını gördüm Mən içəri girəndə polislər "Xöş gəldin",-dedilər. Axtarışlarına davam etdilər.

Vəzifəli şəxslərə "Gec olarammı görəsən? Yeməyimi yeyimmi?"-dedim. Əsas məqsədim həm aclığımı yatızmaq, həm də əsas niyyətlərini öyrənmək idi. Mənə: "Yeməyini ye, nə vaxt qayadacağın bilinmir."-dedilər. Plovdan bir-iki qaşıq aldım. Bir azdan Təpəcik inzibati mərkəzinə getmək üçün yola düşdük.

Məni Təpəcik inzibati mərkəzinə gətirdilər. Saçımı və bığlarımı qırxdılar. Mən qaşlarımı da qırxarlar deyə düşünürdüm, amma elə şey olmadı. Sonra sağdan, soldan, arxadan və öndən şəklimi çəkdilər. Aparacaqları yerə aparmadan əvvəl: "Mənə biraz su gətirin, dəstəmaz alacağam",-dedim. İndi adı yadımda deyil, bir baş çavuş təmizmi, yoxsa kirlimi bilmirəm, bir vedrədə su gətirdi. Dəstəmaz alaraq çöldə namazımı qıldım. Beləcə yatsı namazımı əda etmişdim. Heç olmasa səhərə qədər namazdan qalma təhlükəm yox idi. Rahatlanmışdım.

Məni aparıb hücrə kimi bir yerə saldılar. Bir də nə görsəm yaxşıdır, məndən əvvəl bura Şaban Düz, Harun Rəşid Tüylü, Mustafa Birlik və ülkücülərdən də bir nəfər gətirilib.."

09.11.1971Azad edildi

"Nəhayət, 7-ci ayın içində son dəfə məhkəməyə çıxarıldıq. Vəkil üç aydan bəri təkrar edib durduğu azadlıq tələbimizi ümidlə məhkəmə heyətinə bir kərə də ərz elədi. Birdən, qeyri-adi bir şey oldu. O günə qədər əlli dəfə azadlıq tələbimizə baxmadan dəfələrlə həbs edilməmizi tələb edən məhkəmə heyətinə, prokuror ayağa qalxıb və "Necə olursa-olsun bəzilərini vəkil Bəkir bəyi qəsd edirdi-buraxın bunları da buraxın getsinlər",-dedi. Həm təəccübləndik, həm də çox sevindik."

1972Azadlıqdan sonrakı günlər və Edremitə təyin

1971-ci ilin 9 noyabr günü azadlğa çıxandan sonra vəzifəsinə başlamaq üçün Dəyanətə müraciət etdi. Fövqaladə vəziyyət olduğuna görə müsbət cavab ala bilmədi. Buna görə qısa müddətlik Ərzuruma getdi. Qayıdanda Salepçioğlu və Alsancak camilərində vəz verməyə başladı və 23 fevral 1972-ci ildə Edrəmit mərkəz vaizliyinə təyin edildi. Burada 2 il vəzifədə oldu.

"Azad olunmağımla Edremitə getməyim arasında üç aydan çox vaxt keçdi. Ərzurumda qısa müddət qaldıqdan sonra təkrar İzmirə qayıtdım və Salepçioğlu Camiində yenidən vəzlərə başladım. Mən həbsdəykən yoldaşlarım ev əşyalarımı Sadiq bəydə bir mənzilə yığmışdılar. Ərzurumdan dönüncə təcili bir ev tutduq. Məktubçudakı bu evi 500 lirəyə kirələmişdik.

Dəyanət ərizəmizə müsbət cavab verib vəz verməyimizə icazə verdiyi halda, sonra yenə vəz verməyə qadağan qoydular. Şaban Düz xoca əfəndi və Osman Qara xoca əfəndi də mənimlə eyni vəziyyətdəydi. Fövqaladə hal üçümüzün də İzmirdən göndərilmək üçün Dəyanətə təzyiq göstərmiş və Dəyanət də istər-istəməz bu təzyiqə boyun əymək məcburiyyətində qalmışdı. Bundan sonra ikinci bir əmrə qədər vəz verə bilməyəcəkdik. O vaxt İbrahim Ülvi bəy, Özlük işlərində idi. Mənə Ankaraya gəlim deyə xəbər göndərmişdi. Getdim.. Vəziyyəti izah etdi və "İzmirdən başqa haranı istəyərsən?",-deyə soruşdu. Bizim İsmayıl xoca Edremitdəydi. Mənə təsəlli olar deyə "Edremit ola bilər",-demişdim. Beləliklə, seçimim Edremitə oldu. Bu zaman Şaban Düz xoca əfəndini Nazilliyə, rəhmətli Osman Karanı da Turqutluya təyin etmişdilər.

Düzdü Ədremitə təyinimi istəmişdim, amma ora getməyə niyyətim yox idi. Edremit Müftisi Rəmzi bəy, yanında Arif Çağan və rəhmətlik Hakim Nəcməddin Güvənli bəylərlə birlikdə Məktubçudaki evə gəldilər. İsrarla Edremitə getməyimi istədilər. Onların göstərdikləri bu yaxınlığı da heç vaxt unutmaram və "Nə olar gəl, orada da İslama xidmət olar!"-dedilər. Bəli, onlardakı bu ciddi tələb və arzuya "yox" demək mümkün deyildi."

29.06.1974Manisaya təyin edildi

2 il 4 aya yaxın Edremitdə vəzifəsini yerinə yetirdikdən sonra Manisada mərkəz vaizliyinə təyin edildi.

"Əvvəl də qeyd etdiyim kimi, əslində Edremitə könülsüz getmişdim. Hətta istefa verib getməməyi də fikirləşirdim. Bu könülsüzlik məncə, ancaq bəşəri boşluqlarla izah edilə bilər. Bəli, öyrəşdiyin yerdən ayrılıb başqa bir yerə getmək insana çox ağır gəlir. Mənimsə bütün dost-tanışlarım hamısı İzmirdəydi. Onlardan ayrılmaq, uzaqda qalmaq mənə dözülməz hicran kimi gəlirdi. Lakin Muradı-İlahi başqaymış... Edremitə getdim və üç ilə yaxın orda vəzifəmi gördüm. Bu zaman müddətində tələbələrə xidmət etmək gözümü və könlümü dolduracaq səviyyəyə yüksəldi.

Manisanın həm özünə, həm də xidmətinə yeni şeylər əlavə etdiyini deyə bilmərəm. Hər şey əvvəlki kimiydi. Vəzlər, söhbətlər, düşərgələr və s. hamısı eyni şəkildə davam edirdi. Bəlkə gəl-getlər Edremitə qiyasla daha çox idi; amma bunu Manisanın xidməti olaraq görmək səhvdir. Zira, onsuz da camaat o vaxta qədər Allahın köməkliyi ilə inkişaf edirdi. Digər yandan Edremitə gəlmək istəyib, lakin müxtəlif səbəblərdən gələ bilməyənlərin əsas maneəsi məsafənin qısalmasıyla ödənmiş oldu. Bu da gəlişləri artıran mövzuydu. Lakin bunu da etiraf etməliyəm ki, Manisa o dövrdə belə bir xidmət anlayışına qarşı çox soyuq yanaşırdı."

20.09.1974Atası Ramiz əfəndi vəfat etdi

Ramazan ayının üçüncü günü babası Ramiz əfəndi vəfat etdi.

"Bəli, həmin il kədərlə doldu. Atamın vəfatından bir ay qabaq Edremitdə çox yaxın dostum cəza hakimi Nəcməddin Güvənli vəfat etmişdi. Onun vəfatından qabaq bir yuxu görmüşdüm. Yuxuda mənim olduğum yerdə səmanın dərinliklərinə iki təyyarə girib gözdən itirdi. Zənnimcə, bu hadisə bir-iki dəfə təkrarlandı. Və atamla hakim bəy bir ay ara ilə həyatdan köçdülər. İnşallah, ikisi də Cənabı-Haqqın razlığına nail olarlar.

Manisaya təyin vaxtım gəlib çatmışdı. Bunu atama bildirərək əlini öpdüm və "İzninlə gedib vəzifəmə başlayım."-dedim. Mənə: "Getmə. Gələn cümə axşamı gedərsən.",-dedi. Sonra xəyala getdi və xeyli vaxtdan sonra "Get. Burada bir cüt göz, orda isə minlərlə göz gözləyir səni",-dedi... İzmirə qayıtdım. Bir həftə sonra da atamın vəfat xəbəri gəldi. İzmirdən həmin gecə avtobusla yola çıxdıq. Yanımda Yusif Bəkməzci və Kösə Mahmud vardı. Mustafa Birlik da bizi avtovağzala qədər ötürməyə gəlmişdi. Minik barəsində sıxıntımız olmadı.. Ankaradan təyyarəyə mindik və günorta Ərzuruma çatdıq. Son anlarında atamın yanında ola bilmədim deyə çox üzüldüm. Bir də onun kəramətvari "bir həftə sonra gedərsən" təklifini qəbul etmədiyim içimdə həmişə bir qanayan yara oldu. Elə ata çətin tapılar

Atam çox diqqətli həyat yaşayırdı. Namazlarına çox diqqət verirdi. O da gözü yaşlı insan idi. Vaxtını heç boş keçirməzdi. Tarladan evə gələndə, ayağındakı çarığı çıxartmadan, yemək hazır olana qədər bir kitab açıb oxuyardı. Kitab oxumaqdan çox böyük zövq alırdı. Yolda, bir yerə gedib-gələndə də ağzı boş durmazdı, ya Quran oxuyar, ya da əzbərlədiyi ərəbcə və ya farsca bir beyti təkrar edərdi.

Mən "Qəsidəyi-Bürdə"ni əlimə alıb əzbərlədiyimi xatırlamıram. Atam oxuyardı, mən də ondan əzbərləmişdim. Digər farsca beytləri də atam vəzlərdə oxuyanda əzbərləmişəm. Atam hər dəqiqəsində xeyirli və bərəkətli bir işlə məşğul olan və fikirlərə əhəmiyyət verən bir insandı. Boş həyata qapalı idi.

Dörd və ya beş yaşım vardı. Atamın bizə çox hörmətli, yaxşı molladır dediyi Xəlil xoca adlı bir nəfər gəlmişdi. Atam onun dizinin dibindən ayrılmazdı. Səhv eləmirəmsə, atam Quran oxumağı ondan öyrənmişdi. Qiraəti daha sonra Süleyman əfəndi adında bir nəfərdən öyrəndiyi yadımdadır.

Xəlil xoca, Korucukdan Maslahat kəndinə gedəndə atam da ona qoşuldu getdi. Biz iki il qış aylarında atasız yetim kimi qaldıq. Atam bu iki il içində ərəbcə və farsca öyrəndi və elmini inkişaf etdirdi. Elmlə çox maraqlanırdı. Atamın mənə çox böyük təsiri oldu. Onun o yaşda elm uğrunda göstərdiyi fədakarlıq məni də yetişdirdi. Mən uşaqlıq və cavanlığımda heç vaxt yaşıdlarımla uşaqlıq və gənclik keçirmədim. Daima böyüklərlə bir yerdə oturmaq və onların söhbətlərini dinləmək məndə bir əxlaq halını aldı. Bunda da şübhsiz ki, atamın çox böyük təsiri oldu. O söhbətlərdə ürəkaçan, mənəviyyatımı dolduran mövzulardan bəhs açırdılar. Əsas da Alvar imamının söhbətlərinə doymaq olmurdu. Bəlkə hər şeyi başa düşmürdüm, lakin hamısının hafizəmdə qaldığını deyə bilərəm. Çünki sonra gəlib kəlmə-kəlmə anama, nənəmə və əmilərimin yoldaşlarına danışardım. Bu mənə ayrı ləzzət verirdi."

1975Konfranslar verməyə başladı

1975-ci ildə "Quran və elm", "Darvinizm", "Altın nəsil", "İçtimai ədalət və nübüvvət" adlı konfranslar silsiləsinə başladı və 1976-cı ildə də davam edən bu konfranslar münasibətilə İzmir xaricində Ankara, Çorum, Malatya, Diyarbəkir, Konya, Antalya, Aydın kimi rayonlara da baş çəkdi.

"İlk konfransım, əagərlikdə hava dəyişikliyi üçün Ərzuruma gələndə olmuşdu. Bu konfrans Mövlana ilə əlaqəli idi. İkinci konfrans isə Kəstanəbazarında olduğum vaxt oldu. Yaşılayda hər həftə silsilə konfranslar verilirdi. Birinci həftə konfrans verilir, ikinci həftə də onun təhlili edilirdi.

Mənə də "Qurani-Kərim"lə əlaqəli bir konfrans təklif edildi. Quranın elm və texnologiyaya baxışı haqda konfrans verməyə çalışmışdım. Lakin bunlar fəliyyətimizə yenilik gətirəcək bir iş deyildi. Adi, hər kəsin etdiyi kimi verilən konfranslar idi. Təşkilatçılığı da başqasına aid idi, biz gedib sadəcə, söhbətimizi edirdik.

Konfranslara gəlincə bu, tamamilə məscidə gəlməyən insanlara yönəlik idi. Düzü, çayxana söhbətləriylə bu qismən başladılmışdı, lakin artıq iş çayxanaları aşmışdı. Belə bir söhbəti, müəyyən bir toplantını çayxanada belə etsən, yenə də yığıncaq və miting qanunlarna görə, icazə almaq lazım idi. Eyni icazəylə, daha böyük yerlərdə və daha böyük kütləyə xitab etmə imkanı olacağına görə bu işi o səviyyədə görmək daha uyğundur deyərək konfranslara başladıq.

İkinci konfrans isə "Darvinizm" idi. Sərgidəki "Ekiciover" adlı yerdə keçirilmişdi. 5 minlik salon idi. Bu konfransda da salondakılardan daha çox çöldə insan vardı. Hətta o gün sərgi bayram yerinə dönmüşdü. Hər kəs axşam namazını həyətdə, otların üzərində qılmışdı. Müxtəlif təbəqədən insanlar vardı. Bəziləri marağa, bir vaiz bu mövzuda nə danışacaq görəsən, deyə gəlmişdi. Bəziləri də həqiqətən nəsə öyrənməyə gəlmişdilər.

Digər bir konfransın mövzusu olan "Altın nəsil"in adını gələcəyi quracaq nəsilləri düşünərək vermişdim. Sonraları bu mövzuda ərəbcə eyni adlı dramın tərcümə edildiyini gördüm. Lakin bu ilk müsəlmanlarla əlaqəli bir təmsil əsəriydi. O konfransa bu adı verəndə "ba'sü ba'del mevtimizin"(yenidən dirilişimizin) təminatı olan qüdsiləri düşünərək o adı vermişdim. Orada, qüdsilərin vəsflərini saymaq istəyirdim.. O konfrans bir növ "Altın nəslə" bir dəvət mahiyyətindəydi."

28.09.1976Manisadan İzmir Bornovaya təyin edildi

İki il üç ay Manisada qaldıqdan sonra Bornovaya təyin edildi. Burada 12 sentyabr 1980-ci il çevrilişinə qədər işlədi.

"Xidmətimizin əsas mərkəzi İzmirdə olduğuna görə təyinimi İzmirə istəmişdim. Ancaq "Bornova da İzmir sayılır",-deyə təyinim ora verildi. Bəlkə faydalı da oldu.

Vəz və söhbətlər demək olar ki, Bornovada da Manisanın bir davamıydı. Silsilə halında bəzi mövzuları kürsüyə gətirmə burda da davam etdi. Bundan başqa həftədə bir gecə, sual-cavab söhbətləri edilməyə başlandı. Mənim də bu arada daha sıx-sıx başqa yerlərə getməyə fürsətim olurdu. Hər yandan müxtəlif təkliflər alırdım. İmkan daxilində bu dəvətlərə getməyə çalışırdım."

1977Ölkə xarici konfrans

1977-ci ildə vəzifəli şəxs olaraq Almaniyaya getdi və orada müxtəlif yerlərdə çıxış edib konfranslar verdi.

"Bəli, bu illər ərzində ölkə xaricinə də getdim. Mənə ölkə xaricinə getmə fikrini əsasən bu konfranslar verdi. Hal-hazırda istək və arzumun dərəcəsini izah edə bilmərəm, lakin öz-özümə "Bir imkan əlimizə keçsəydi, ölkə xaricində də konfransalar verərdik",-deyə fikirləşirdim.

Avropada insanlığa xidmət adına axtardığımızın onda birini belə tapmamışdıq. Elə planlaştırdığımız yerlərin də çoxuna gedə bilmədik

Almaniyada olduğum dövrdə bir çox söhbətlər təşkil edildi. Berlin (10.12.1977), Frankfurt, Hannover, Hamburq, Münhen bunlardan bəziləriydi. Nəzərimizdə daha bir çox yer olmağına baxmayaraq, Münhendən təyyarə ilə geri qayıtdıq. Digər yoldaşlar isə, avtomobil yoluyla qayıtdılar."

26.08.1977İstanbuldaki ilk vəzi

İstanbul Eminönündə olan Yeni camidə ilk vəzini verdi. Vəzin mövzüsu müsəlmanın əsasən özünü və mənliyini gözdən keçirməsi idi.

09.09.1977İstanbuldaki ikinci vəzi

İstanbulda ikinci vəzini Sultanəhməd camisində verdi. O dövrün Baş naziri Süleyman Dəmirəl, xarici işlər naziri İhsan Səbri Çağlayangil də dinləyicilər arasındaydı.

1979"Sızıntı" jurnalında yazılar yazmağa başladı

İlk nömrəsi 1979-cu ilin fevralında çıxan "Sızıntı" jurnalı baş yazılarını və daha sonra orta səhifə yazılarını yazmağa başladı. İnsana və yeni nəslə verdiyi əhəmiyyətə görə ilk baş yazısı 'Bu Ağlamayı Dindirmek İçin Yavru' adını daşıyırdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.