Anarxiya zamanı və ruhi-mənəvi saflığın qorunub-saxlanması

Fəthullah Gülən: Anarxiya zamanı və ruhi-mənəvi saflığın qorunub-saxlanması

Yer üzündə inanan insanlar inandıqları dəyərlərə sadiq qalsalar, bütün dünyaya yenidən istiqamət verə bilərlər. Bəli, mən inanıram ki, inananlar inandıqları dəyərlərə əməl etsələr və inamı səviyyəsində öz mövqeyini ortaya qoysalar, dünyada çox şey dəyişəcək. Hazırda belə bir dəyişiklik gözə çarpmırsa, bunun səbəbi imanda meydana gələn boşluq, itirdiyimiz ruhi-mənəvi saflığımızdır. Bu saflığın itməsinin ən böyük səbəbi isə daxili ixtilaflardır. O baxımdan daxili ixtilaflara və buna zəmin hazırlamağa can atan xarici qüvvələrin müdaxilələrinə qarşı diqqətli olmağa məcburuq.

Bu prizmadan İslam tarixinə bir nəzər yetirin: Həzrəti Əbu Bəkirin xəlifəlik dövründə meydana gələn irtidad hadisələri, toxumu Həzrəti Ömər dövründə əkilən iğtişaşlar, Həzrəti Osman və Həzrəti Əlinin şəhid edilməsi ilə sona çatan münaqişələr - hamısı planlı şəkildə həyata keçirilmişdir. Bəli, o dövrdə bəzi insanların hissiyyatı ağlını, daha doğrusu Quranın bizdən tələb etdiyi mötədil düçüncəni üstələmişdi. Xüsusilə də “Ya bizim kimi inanacaq və düşünəcəksiniz, ya da sizin yaşamağa haqqınız çatmır” zeyniyyətinin sahibi Xaricilər bunda böyük rol oynayır... Məhz bu zehniyyətin bəzi sahələrə etiqadi və siyasi təsiri ucundan hələ də bir çox münaqişəyə son qoyulmayıb.

Məncə, biz keçmişi keçmişdə qoyub özümüzə qayıdaq, bu gün öhdəmizə düşəni yerinə yetirək. Nədir bizə düşən vəzifələr? Ümumilikdə götürəndə tənbəllikdən və zövq-səfadan əl çəkmək və başqalarının xoşbəxtliyi üçün şəxsi isitəklərdən imtina etmək. Məsələn, adi vərdiş halına gətirdiyimiz şeylərə bir nəzər yetirək. Vərdişlər insanı əsir edir və zərurəti olmayan şeylərə “həyati əhəmiyyət” möhrünü vurur. Ümimiyyətlə vərdiş qeyri-zəruri şeylərə “zərurət” möhrünü vurur, sonra da insanı əsir edir. Gördüyüm qədər, vərdiş etdiyimiz şeylər mənəvi enerji itirməyimizə və ümdə vəzifələrə qarşı laqeyd yanaşmağımıza səbəb olur. Ona görə də insan vərdiş halına gətirdiyi şeyləri götür-qoy etməli, Quran və Sünnə ölçülərində onları yenidən səhmana salmalıdır.

Bizim yaşama qayəmiz başqaları üçün yaşamaq olmalıdır, çünki həyatın mənası bundadır. Bəli, bu cür düşünüb, bu şəkildə inanan insan üçün artıq şəxsi mənafe, ailə, vəzifə ikinci dərəcəli məsələ olur. Belə inanan və həyatını bu əsas üstündə quran adamın isə heç kim yolunu kəsə bilməz. Beləsinə ancaq “Yeri get, yol sənin, şahrah sənin!” deyərlər. Həyatını bu istiqamətdə yaşayan adam laboratoriyada araşdırma aparsa, ordakı hər şey mərifətə dönüb axar onun zehninə. Ticarətlə məşğul olsa, var-dövlətini yığışdırmaq olmaz.

  • İnananlar inandıqları dəyərlərə əməl etsələr və inamı səviyyəsində öz mövqeyini ortaya qoysalar, dünyada çox şey dəyişəcək.
  • Keçmişi keçmişdə qoyub özümüzə qayıtmalı, bu gün öhdəmizə düşəni yerinə yetirməliyik.
  • İnsan vərdiş halına gətirdiyi şeyləri götür-qoy etməli, Quran və Sünnə meyarlarına müvafiq onları yenidən səhmana salmalıdır.

Əks halda insan ruhuna yad kəsilər, mənən ölüb daxilən çürüməyə başlayar. Zora, zorbalığa əl atar. Hər şeyi zülmə, istibdada, zorakılığa alət edər. Ağıl və məntiqdən uzaq bir macəraya bənd olub ətarafındakıları da bu uçuruma sürükləyər. Bəlkə elə bir gün gələr azğın bir gücə sahib olar, amma vaxtı-vədəsi çatanda həmin güc də onun axırına çıxar.

Təcdid şərtdir

Ustad buyurur: “Əski hal mühal, ya yeni hal, ya izmihlal! (Keçmişi qaytarmaq mümkünsüzdür. Ya yenilik gətirməlisən, ya da yox olub getməlisən!”)”. Bəli, keçmişi olduğu kimi həyata qaytarmaq mümükünsüzdür. Ona görə də, Ustadın dediyi kimi, yenilənmək – təcdid şərtdir. Bunu deyən təkcə o deyil. M.Akifdən Sezai bəyədək bir çox ziyalı ömrü boyu dirçəlişin həsrətini çəkmişlər. Ancaq kimə nəsib, kimə qismət.

Bəli, sistemi geri qaytarıb düzəldə bilməzsiniz. Yenilik gətirəcəksiniz, amma başlanğıcda möhkəm olmaq lazımdır. Bu işdə tənbəlliyə, kahallığa yer yoxdur. Tarixə bir nəzər yetirin: Nəhəng Dövləti-Aliyəni tənbəllik, kahallıq, atillik, zövqü-səfa yıxmışdır. Müəyyən bir dövrdən sonra qoşunlar başsız qalmışdı, böyük sərkərdələr cəbhəyə getmirdilər. Sanki ölüb-getsələr, dünya dağılacaq... Tariximizin utancverici səhifələridir bunlar... Halbuki Alparslandan Səlahəddinə, Murad Xudavəndigardan Yavuza qədər hər kəs cəngə çıxar, ordunun başına keçər, düşmənlə üz-üzə, sinə-sinəyə qılınc oyanadardılar.

Mənə elə gəlir, mənəvi ətalətin, sönüklüyün çarəsi işə ciddi yanaşmaq, təməl əsərləri şüurlu şəkildə oxumaq, “beyin fırtınası” və müzakirə etməkdir. Üstəlik şəriətcə caiz olsa da (məşru), lüzumsuz adətləri, vərdişləri özümüzdən uzaqlaşdırmaq, qapıdan qovmaq da şərtdir. Bu, bir mənada həyata iradi şəkildə məhdudiyyət qoymaq deməkdir, amma nə etməli, yaşatmaq üçün başqa çarə yoxdur. Böyüklərimiz də belə yaşamışlar. Oxuyub görürük kitablarda. Məsələn, Sav kəndində min “qələm” əsərləri köçürür, çoxaldırdı. Kotan, bel, yaba, oraq tutan əllər boş vaxtlarında kağız qələm götürüb əsərləri köçürürdü. Bu, nə müəzzəm bir əzm, qətiyyət, həyəcan və bu, nə böyük eşqdir... Xalis, dupduru, saf... Sahəbələrlə müqayisədə “yarısaflıq” dövrü... Yarısaf olsa da, mərkəzdənqaçma gücünün heç vaxt zəyifləmədiyi, Bədiüzzamanın suya atdığı daşla əmələ gələn dalğaların yayıldığı dövr... Çətin, ağır şəraitin hökm sürdüyü dövr... Qapıların önündə daim polislərin gəzdiyi, hələ bu azmış kimi qarşı küçədəki evlərin kiralanıb xəfiyyələrin yerləşdirildiyi, həftədə bir basqınlarla kim varsa qandallanıb aparıldığı dövr...

Xülasə, Allah bizə ləyaqət lütf etsin! Daxili ixtilaflardan qorusun. Vərdişlərin, alışqanlıqların əsarətinə düşənlər kimi deyil, o saf dövrün insanları kimi ömür sürməyi nəsib etsin.

Səhabə şüuru

Osman Qazi həzrətləri bir çadırda ruhunu Allaha tapmışrmışdı. Qırx ildən artıq idi ki, Söyüdü özünə yurd etmiş, amma hələ də bir evin sahibi olmamışdı. Ordu Biləcikdə oğlu Orxan Qazinin başçılığı altında Bursanın fəthi uğrunda vuruşarkən uzaqdan şəhərin işıqlarını görmüş və “Məni oraya dəfn edin!” əmrini vermişdi. İstəsəydi, bizanslılardan ələ keçirdiyi qənimətlərlə Topqapı sarayını tikdirə bilərdi, amma o, çadırda can verirdi. Çünki o, saflıq, səmimiyyət və adanmışlıq ruhunun mücəssəməsiydi. Bu həyat tablosunu gətirib səhabə ömrünün yanına qaysanız, arada çox fərq görməzsiniz, bir-birindən ayırammassınız. Osman Qazini Həzrəti Xalidlə yan-yana qoysanız (ümumən səhabənin fəzilətdə üstünlük istisna etməklə), bir-birindən seçəmməssiniz, “Görəsən hansı Xalid, hansı Osmandır?” deyərsiniz. Məlum olduğu kimi Həzrəti Xalid miras qoymayıb əbədiyyətə köçmüşdü. Sad ibn Zeyd deyir ki: “Həzrəti Xalid hər kəsin öydüyü bir sərkərdə idi, onun ölümü İslam üçün böyük bir itki oldu... ondan bir at, bir də qılıncdan başqa bir şey qalmamışdı”.

O, iki imperiyanı yerlə-yekasan etmiş bir qəhrəmandı, amma zərrə mal-mülkün sahibi deyildi. Bu, o demək deyil ki, heç kimin mal-mülkü olmasın, xeyr... Dünyaya bənd olmamaq, mala-mülkə, məqam-mənsəbə bağlanmamaq... bağlanmağa layiq olana bağlanmaq deməkdir. İnsanın ancaq bir şeyə bağlanmağa gücü çatır. Adəm övladının iki şeyə eyni dərəcədə könül verməyə tabı yoxdur.

Onlar ileyi-kəlimətullahdan qeyri bir şey haqda düşünmürdülər. Yeganə arzu-diləkləri vardı: hər kəsin Allahı və Həzrəti Məhəmmədi tanıması. “Bu boyda dünyaya müsəlmanlığı necə çatdıra bilərik?”- gecə-gündüz bunu düşünürdülər. Dünyanın böyüklüyünü gözlərində canlandırıb: “Demək, dünyaya müsəlmanlığı çatdırmaq bir ömrə sığmazmış”, - deyirdilər. Təkcə bu söz belə onların qayəsi və dərdini bizə anlatmağa kifayətdir.

Bilmirəm, buna nə demək olar: məqsədmi, müjdəmi? Allah Rəsulu (s.a.s.) buyurur ki: “Mənim adım günəşin doğub batdığı hər yerə çatacaqdır”. Onlar bu sözü bir vəzifə bilmiş və ömrü boyu bunu yerinə yetirməyə çalışmışlar. Əziz millətimizin keçmişi bu müqəddəs vəzifəyə sədaqət izzəti ilə yoğrulmuşdur. Dünya ölümün pəncəsində çırpınsa da, bu millət “Biz ümid yeri olmalıyıq”, - deyib ayağa qalxmış, bu şüurla tarix yazmışdır.

Sözün cövhəri

Mövlana: “Dünya gümüş, qumaş, çolum-çocuq yiyəsi olmaq deyil, Allahı unutmaqdır. Dinin dirçəlişi yolunda sərf edilən mal-sərvət alqışlanır və “Halal mal saleh bəndələrə necə də gözəl yaraşır” deyə təqdir edilir. Su gəmiyə dolsa, gəmini batırar, altında qalsa, üzdürər. Ürəyinə mal-mülk məhəbbəti dolmasa, seyrü-süluq ümmanında könül rahtlığı ilə yol gedə bilərsən”, - deyir. Həqiqi dərvişiklik də məhz budur.

Həftənin duası

Ey Rəhim və Rəhman və ey Kərim olan Allahım! Bilərək-bilməyərək etdiyimiz günahlar ucundan bizi əzaba məruz qoyma, bizi cəzalandırma… İns-cins şeytanların inananlara zülm etməsinə, üstünə tökülüşməsinə izn vermə… Peyğəmbərləri, nəbiləri qoruduğun və qurtardığın kimi bizi də din düşmənlərin şərindən, hiyləsindən, kələyindən qurtar və bizi daim qoru!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.