Müqəddəs iztirab
Kimi öz bədəninə, bəşəri quruluşuna, övladlarına, ailə həyatına, ya da qohum-əqrəbasına gələn bəla və müsibətlərə görə əndişələnir, əzab-əziyyət çəkir. Kimi - ətrafla münasibətin genişliyi nisbətində -kənd, qəsəbə və ya ölkəsində baş verən hadisələrə görə mütəəssir olur. Kimisi də bütün dünyaya baxır, hər kəslə maraqlanır, yer üzündə baş verən hadisələri "od hara düşür-düşsün məni də yaxar" mülahizəsi ilə içdən, vicdanən duyub hiss edir və onun hər anını yaşayır. Əlbəttə, belə əndişə və iztirab təqdir və təbcilə layiq müqəddəs iztirab və əndişədir. Ancaq insan ifrata varıb özünə zərər, əzab verməməlidir. Həmçinin çəkilən iztirablar qətiyyən iradəni iflic etməməli, insanı ümidsizliyə salmamalı, onu çarəsizlik psixologiyasına sürükləməməlidir. Bildiyiniz kimi, aləmlərə rəhmət olaraq göndərilən, qəlbi bütün bəşəriyyət üçün döyünən Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) bu mövzudakı təbcil və təqdirə layiq həssaslığı İlahi vəhylə tədil Əslinə dəymədən dəyişdirmək edilmişdir. Məsələn, Allah-Təala "Kəhf" sureyi-cəliləsində keçən bir ayeyi-kərimədə; "(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" ("Kəhf" surəsi, 18/6) buyuraraq iltifat və təqdir ədalı tədillə İnsanlığın İftixarının timsalında ümmətə xəbərdarlıq etmişdir.
İnsanlığın sonu
Bu nöqteyi-nəzərdən Ona ümmət olan hər bir şəxs peyğəmbəranə əzm və qətiyyətlə başda ətraf və yaxınlara olmaqla ölkə və milləti daxil, bütün müsəlmanlara, hətta alihimmətdirsə, bütün bəşəriyyətə qucaq açmalı, onların iztirabını vicdanən duyub hiss etməyə çalışmalıdır. Çünki müasir dünyanın hər tərəfində ədalətsizlik, hüquqsuzluq və qeyri-bərabərlik - loru dildə desək - boğaza qədərdir. Aclıq və səfalət içində ölüb gedən, zülm və təzyiqlərə məruz qalanların halı-pürməlalı insanın ürəyini dağlayır. Bu kədərli mənzərə qarşısında hadisələri film kimi seyr etməmək, bu tabloya baxıb həyəcan və iztirab çəkmək insanlığın tələbidir. Bunun əksi isə insanlığın sonu, ölümüdür. Şəfqət Peyğəmbəri (sallallahu əleyhi və səlləm): "Müsəlmanların dərdini bölüşməyən onlardan deyildir" (Taberani, Mu'cemu'l-evsat, 7/270) buyurur ki, bu nurlu bəyanı dərindən düşünmək lazımdır.
Dolayısilə, dünyada baş verən hadisələr vicdanı tamamən korşalmamış insanları əndişələndirər və iztiraba sövq edə bilər. Lakin inanan insan, yuxarıda da dediyimiz kimi, bu əzab-əziyyəti duyub hiss edərkən ümidsizliyə, çarəsizliyə qapılmamalıdır. Əksinə Hz. Müsəbbibül-Əsbaba təvəccöh etməli, Ona üz tutmalı, içini Ona açmalı, duadan yapışmalı, Ona yalvarıb-yaxarmalı və səbəblər dairəsində nə lazımsa, eləməyə çalışmalıdır. Siz özünüzü, mən də özümü bildiyim gündən bəri bizim dünyamız bu iztirab və əzab içində qıvrılır.
Kaş ki...
Bəli, bütün bu baş vermiş hadisələr qarşısında "Kaş olmayaydı!"nın iztirabı ilə ikibüklüm olduq. "Kaş insanımıza qarşı bu qədər təmərrüd və inadkarlıq edilməsəydi. Kaş ki bu qədər təəssübkeşlik və fanatizm olmayaydı. Kaş ki, düşmənçilikdən əl çəkməyən insanlar heç olmasa bir dəfə Anadolu insanına və bu ölkənin övladına insafla, qərəzsiz baxa biləydi.
Bəli, kaş bircə dəfə millətimiz və insanlıq üçün həyata keçirilən bu gözəl fəaliyyətləri düzgün qiymətləndirə biləydi. Və kaş ki, əsrlərlə haqq və ədaləti təmsil edən insanımız şanlı tariximizdə olduğu kimi, bu gün də yer üzündə, dövlətlər arasında güclü, nüfuzlu, sözükeçər ölkə olaydı. Bütün məzlum və məğdurlara qol-qanad olacaq mövqedə olaydı.
Niyə mənim ölkəm Amerika, Çin və ya Hindistanın yerində olmasın? Niyə dünya iqtisadiyyatına istiqamət verən, siyasi və idari sahədə sözükeçən bir ölkə olmasın?
Bütün bunlar mütləq olmalıdır. Çünki bu mərd millət dövlətlər müvazinətində öz həqiqi yerini tutanadək dünya hələ çox çəkəcək".
Bu gözəl amal yolunda maneələrlə üzləşən insan "nuri-tövhid içində sirri-əhədiyyəti" vicdanən duymalı, əl açıb iztirarla:
"Ey hər şeyi var edən Hayy və ey hər şeyin həqiqi səbəbi Qayyum! Sənin sonsuz mərhəmətinə etimad edərək inayətinə sığınıram. Məni islah et və bir göz qırpımı qədər olsa, nəfsimlə baş-başa buraxma" (Nesai/Sünen, 6/147) deyə həqiqi güc-qüdrət Sahibinə halını ərz etməlidir. Məhz belə bir insan bəla və müsibətlə üzləşərkən sarsılmaz, ümidsizliyə qapılmaz, səylərini əsirgəməz və daim Cənabi-Haqqa üz tutub inayəti Ondan umaraq yoluna davam edər.
İstiğfar üçün bərəkətli vaxtlar
Fərz namazlarından sonra üç dəfə əfv diləmək sünnədir (Müslim, “Məsacid” 135). İnsanın Allaha ən yaxın bir məqama qədəm qoyandan və Onun ən çox bəyəndiyi bir ibadəti yerinə yetirəndən sonra istiğfar etməsini iki cür izah etmək olar. Birincisi, insanın namazda bütün varlığı ilə Rəbbinə yönələ bilməməsi, hələ də öz dünyasından çıxıb mənəvi ab-havaya girməməsi, fikir-zikrinin dünya işlərində qalması ki, merac sayılan bir ibadətdə bu kimi şeylər Allaha qarş ədəbsizlikdir. Dolayısilə, bir insanın Allahın hüzurunda Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) meracda duyduğunu hiss etməyə çalışmayıb nəfsanilikdən qurtula bilməməsi, etinasızlığa, laqeydliyə yol verməsi öz-özlüyündə istiğfar tələb edir.
İkincisi, namaz təzərrö və niyazların qəbul edildiyi bir məqam olduğu üçün namazdan sonra edilən duaların bambaşqa qiymət və əhəmiyyəti var. Odur ki belə bir məqamda Cənabi-Allaha üz tutub günahlardan arınma ehtiyacını hiss edən Peyğəmbərimiz üç dəfə “Əstağfirullah” çəkməyi tövsiyə buyurmuşdur. Bu baxımdan gün ərzində qılınan beş vaxt namaz istiğfar üçün əlverişli zəmin və əvəzolunmaz bir fürsətdir.
Qurani-Kərimin: “Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (“Zariyət” surəsi, 51/17-18) məallı ayəsi istiğfar üçün sübh vaxtının nə qədər əhəmiyyətli olduğunu göstərir.
Habelə, insanın qəlbinin yumşaldığı, günahların yükü altında əzildiyi və həyacanla cuşa gəldiyi anları da istiğfar üçün əlverişli vaxtlar sayılır. Çünki bu dəqiqələrdə qürbətin (Allaha yaxınlığın) səsi-nəfəsi duyulur.
Günah və xətaların arxasınca vaxt itirmədən, yəni “insanın xəta və günaha addım atdığını hiss etdiyi an” dərhal Cənaba-Allaha yönəlmək də istiğfar üçün əlverişli vaxtdır. Çünki günah girdab kimidir, özü də insanda vərdiş əmələ gətirir. Dolayısilə günaha qapılan insanın ondan yaxa qurtarması asan olmur. Hətta boğazadək günaha batan bir insan əgər ciddi şəkildə əzmkarlıq göstərməsə, iradəsini ortaya qoymasa, bir gün işlədiyi günahın qadağan olmamasını arzulaya bilər ki, bu, etiqadi baxımdan fəlakətə sürüklənməkdir. Batanları batıran da əksər hallarda bu cür fikirlər olmuşdur. Məhz buna görə də nə qədər ki vaxt var, “Bu yolun axırı bataqlıqdır. Bir-iki addım da atsam, bəlkə də, qayıda bilməyəcəm” deyib dərhal işlədiyimiz xəta və günahdan dönməliyik.
Yekun olaraq bunu deyim ki, istiğfar üçün yuxarıda keçən vaxtlar əlverişli fürsət olsa da, illah da xüsusi vaxt təyin etmək şərt deyil. İstiğfarı ancaq bu vaxtlarla məhdudlaşdırmaq qəti doğru deyil. Zira insan səhər-axşam, gecə-gündüz – həmişə əfv diləyə, ömrünün hər anını bu yolda dəyərləndirə bilər. Bəli, insan imkan tapan kimi bir kənara çəkilib istər diz çökərək, istərsə də başını yerə qoyaraq istiğfar və tövbə ilə Cənabi-Allaha yönələ bilər. Hətta yol gedəndə, sükan arxasında olanda, birini gözləyəndə vaxtını boş keçirməməli, çeşidli istiğfarlarla ürəyini Allaha boşaltmalıdır. Əslinə qalsa insan hər anını bu istiğfarla süsləməlidir. Zira ölüm bizi qəfil haqlaya bilər. Ölümü istiğfar pıçltıları ilə qarşılamaq isə axirətə tərtəmiz getmək üçün ələdüşməz bir imkandır.
Həftənin duası
Allahım! Səndən bizim, bütün mömin qardaşlarımızın və bütün bəşəriyyətin qəlblərinin qapılarını iman, İslam, Quran, ehsan və Peyğəmbərimizin buyurduğu həqiqətlərin üzünə açmağını diləyirik. Qəlblərimizi bütün his, pas, böyük-kiçik bütün mənəvi virus və mikroblardan təmizlə. Qəbirlərimizi Cənnət bağlarıtək nurlandır. Bilərək, ya da bilməyərək elədiyimiz xətaları, günahları bağışla və bir də həmin xəta və günahlarla çirklərnməmizə izin vermə!
Sözün cövhəri
İnsan nə qədər ki, cismaniyyətinə bağlı qalır, heyvani yönünün əsarətində yaşayır; yəni yeyib-içib yatır, o müddətdə o mülk aləminin dar çərçivəsində sıxılıb qalır və əhsəni- təqvimə (Cənabi-Haqqın hər şeyi ən gözəl mahiyyətdə yaratması) məzhər (yaxın, layiq) bir varlıq ikən heyvanlardan da aşağı düşür. Lakin o heyvani yönündən uzaqlaşıb cismaniyyəti buraxsa, yəni nəfsani, heyvani və cismani çirkabdan təmizlənərək Cənabi-Haqqın əsmeyi-ilahiyyə (Allahın isimləri), əvsafi-sübhaniyə və şüunu-rabbaniyənin (Allahın şanı) nuru ilə tənəvvür etsə (nurlansa, parıldasa), fərqli mahiyyətə bürünər, fərqli möhtəva qazanar.
- tarixində yaradılmışdır.