Həqiqi müvəffəqiyyət və ruhi-mənəvi keyfiyyətin qorunub saxlanması

Həqiqi müvəffəqiyyət və ruhi-mənəvi keyfiyyətin qorunub saxlanması

Sual: Könüllülər hərəkatının fəaliyyətləri ilə ərsəyə gələn təhsil müəssisələri bilik olimpiadaları kimi sahələrdə böyük uğurlara imza atmışdır. Sizcə könüllülər adanmışlıq ruhu və fəzilət baxımından da istənilən səviyyəyə çata bilibmi? Bu məsələdə - əgər varsa - nöqsanların səbəbləri nələrdir?

Cavab: Təqdirlə qarşılanan, uğurlu görünən fəaliyyətlərin kökündə bizim bilib-bilmədiyimiz bir çox amil dayanır. Məsələn, sistemli fəaliyyət, işgüzarlıq, ciddi əzmkarlıq, səy və qətiyyət, məşvərət ruhu və kollektiv şüur kimi faktorlar bu məsələnin əllə tutulan, gözlə görünən zahiri amilləridir. Bu zahiri amillərlə yanaşı, bir də insanın daxili aləminə aid məsələlər vardır ki, bu barədə başqaları haqda qəti bir qənaətə gəlmək mümkün deyil. Məsələn, insanların gördükləri işlərdə özlərini nümayiş etdirmək kimi bir məqsədlərinin olub-olmadığını, bu fəaliyyətlərdən şəxsi mənafe güdüb-güdmədiklərini və Allahla irtibatını biz bilə bilmərik. Biz zahirə baxıb qərar verməyə və hüsnü-zənn etməyə görə məsuliyyət daşıyırıq. Bu səbəbdən uğurlu fəaliyyətlərə imza atan hər kəsin səmimiyyətinə inanır, mahiyyətini bilmədiyimiz məsələlərlə qarşılaşanda “Yarıb ürəyinə baxmısan?!” tənəsini xatırlayaraq kiminsə niyyətindən şübhələnməkdən gen gəzirik. Çünki bu cür məsələlər ancaq Allahla bəndə arasında olan şeylərdir, dolayısilə bizim bu sahədə bir qənaətə gəlməyə haqqımız yoxdur. Şayəd bu haqda bir nigarançılığımız olarsa, onda əllərimiz açıb dua edərik:

اَللّٰهُمَّ يَا مُحَوِّلَ الْحَوْلِ وَالْأَحْوَالِ حَوِّلْ حَالَنَا إِلَى أَحْسَنِ الْحَالِ
Ey əsmayi-hüsanın və sifəti-ülyanın təcəlliləri ilə bəndələrinə gözəlliklər bəxş edən Allahım! Lütfün, inayətin, kərəminlə bizim əxlaqımızı da gözəlləşdir!

Könüllülərin fəaliyyətlərinə və bu fəaliyyətlərin mütəmadiliyinə baxanda bu işlərin asan ərsəyə gəlmədiyini, məşəqqətli olduğunu və səbir tələb etdiyini görürük. Ona görə də bu fəaliyyətlərin nümayiş məqsədli, şou xarakterli işlər olduğunu güman etmək olmaz. Xüsusilə, təhsil könüllülərinin xarici ölkələrdə qarşılaşdıqları çətinliklərə baxanda bu işlərin ancaq qüvvətli inam və adanmışlıq ruhu ilə mümkün olduğunu görürük. Bu səbəbdən, zahirə baxıb hökm vermək və hüsnü-zənn etməklə yanaşı, bu fəaliyyətlərin çətinliyini də nəzərə alaraq elm və ürfan yolçularının inanclı və səmimi insanlar olduqlarını düşünmək də bizim vəzifəmizdir.

Əmanət və məsuliyyət şüuru

Məsələn, onlar, Allahın izni və inayəti ilə, fəzilət və məziyyətlərini könül dili, hal şivəsi ilə təmsil edərək dünyanın müxtəlif bölgələrində “sülh adacılaqları” qurmaq, fərqli mədəniyyət və dünyagörüşləri arasında xoşgörü və dialoq körpüləri inşa etmək istəyirlər. Necə ki, insanlar bəzi fövqəladə hadisələrin qarşısını almaq üçün müəyyən tədbirlər görür, meydana gələn fəlakətlər başqa yerlərə də keçməsin, oranın sakinlərinə zərər verməsin deyə müxtəlif vasitələrə əl atırlar. Eləcə də adanmış ruhlar fərqli toplum və mədəniyyətlər arasında qərəzli yanaşma və cahillik (nadanlıq) ucundan meydana gələn münaqişə və qarşıdrumaların qarşısını almaq, kütlə psixologiyası ilə daha da şiddətlənən bu cür xoşagəlməz halların, çəkişmələrin yayılmasına mane omaq üçün təhsil və dialoq fəaliyyətləri həyata keçirirlər. Həyatını bu ideala həsr edən insanlar mənən də hazır və möhkəm olmalıdırlar ki, belə bir ağır əmanətə tab gətirsinlər. Bəli, onların Allaha iman və təvəkkülü güclü olmalıdır ki, qazanılan bütün nailiyyətlərin Allaha aid olduğunu dərk edə bilsinlər, uğursuzluğa düçar olanda da özlərini təqsirləndirməyi bacarsınlar. Əlbəttə, kiminsə onları təqsirləndirməsi və onlar haqda: “Görəsən, hansı xətaları ucbatından nəticə yaxşı olmadı?!” şəklində düşünməsi doğru deyil. Ancaq Qurani-Kərim və Sünneyi-səhihə açıq aşkar-bəyan edir ki, başa gələn maddi-mənəvi bütün xoşagəlməz halların səbəbkarı məhz insanın özüdür.

Əsas olan təmiz niyyətdir

Necə ki, insanın bəzi maddi, gözlə görünən xəta və nöqsanları müəyyən mənfi nəticələrə gətirib çıxarır, eləcə də napak niyyəti, mövqeyinə xilaf çıxaraq nəfsani istəklərə yönəlməsi, mənafe güdməsi və sair hallar onun ilahi cəzaya tuş gəlməsinə və uğrusuzluğa düçar olmasına səbəb olur. Əslində təkcə səbəb olma baxımından deyil, ümumiyyətlə hər bir işin nəticəsinə fiziki amillərlə yanaşı, metafizik foktorlar da təsir edir. Metafizik aləmi gözlə görməmək nəticəni dəyişdirmir. Onsuz da, biz təkcə hadisələrin səbəblər dünyasına aid cəhətlərini görüb müşahidə edirik. Məsələn, toxumu torpağa basdırmaq fiziki (maddi) aləmdə baş verən hadisədir. Ancaq bu toxumun rüşeymə çevrilib başını torpaqdan çıxarmasında gözlə görünməyən səbəblər də rol oynayır. İnsan torpağı, suyu, günəş şüalarını görsə də, toxumun cücərmə qabiliyyətini görə bilmir. Hətta toxumun cücərməsində rol oynayan havanı belə, səbəblər aləminə (fiziki aləmə) aid olmasına baxmayaraq görə bilmirik. Bunun kimi, insanın şəxsi həyatında və cəmiyyətdə baş verən hadisələr fiziki səbəblərlə yanaşı, metafizik amillərlə də bağlıdır. Məsələn, gözəl nəticələrin əldə edilməsi naminə ortaya qoyulan əzmkarlıq, qətiyyət, mütəmadiliyə sədaqət, ixlas, səmimiyyət, vəfa, mətinlik, yüksək məfkurəyə bağlılıq, Cənabi-Allahın iradə və məşiətinə ehtiram kimi mənəvi amillərin, bəlkə də, hər biri maddi səbəblərdən qat-qat artıq təsir gücünə malikdir. Məsələn, Cənabi-Allahın uşaqlıqdan gözəl düşüncələrlə, ülvi xəyallarla yaşayan bir insanın bu düşüncə və xəyallarını vaxt-vədə çatanda necə həyata keçirəcəyini və təxəyyül etdiyi şeyləri gerçəkləşdirmək üçün necə imkan lütf edəcəyini bilmək olmaz.

Bunun əksi də ola bilər. Belə ki, pis hislər, bulanıq niyyətlər, şəxsi mənafeyə xidmət edən hərəkətlər, həsəd və qısqanclıq bir sıra mənfi nəticələrin hasil olmasında “mühüm rol oyanyır”. Məsələn, həsəd haqda Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bir hədisində:

إيَّاكُمْ وَالْحَسَدَ فَإِنَّ الْحَسَدَ يَأْكُلُ الْحَسَنَاتِ كَمَا تَأْكُلُ النًارُ الْحَطَبَ
Həsəd etməkdən çəkinin! Od odunu yandırıb kül etdiyi kimi, həsəd də yaxşı əməllərin axırına çıxır.

buyurur və həsədin savabları necə silib-süpürdüyünü diqqətə çatdırır. Demək, bu həsəd bəlası bütün gözəl əməllərin savablarını əməl dəftərindən silinməsinə səbəb olur. Məsələn, bir adam sırf qısqanclıq üzündən gözü götürmədiyi insanlara mane olmaq üçün bir məktəb açır. Amma bilmir ki, onun içində yatan bu mənfi hiss bir gün o məktəbin ya mənən, ya da maddi olaraq çırthaçırt yanmasına səbəb olacaq. Yəni Cənabi-Allahın onu pis niyyətindən doğan mənfi hislərinə görə cəzalandırar. Təəssüf ki, həsəd və qısqanlıq burulğanına qapılmış insanların bu mənəvi səbəbləri qavraması qeyri-mümkündür.

İlahi inayətə nail olmaqda mənəvi amillər də ən azı maddi səbəblər qədər vacib rol oynayır. Əfsuslar olsun ki, Həzrəti Pirin sözü ilə desək: “Hər şeyi maddədə (materiyada) axtayanların ağılları gözlərini tutub, göz isə mənəviyyata kordur”. Halbuki insan heç vaxt unutmamalıdır ki, bəsarla (göz orqanı) yanaşı, bəsirətdən (qəlb gözü) asılı məsələlər də var. İdrak, ehsas, ehtisas, iman, Allahı tanıma hissi, ilham və varidatlar bəsirətə daxildir. Bunlara biganə qalmaq olmaz. Bəziləri bundan bixəbər olsalar da, elə insanlar var ki, mənəvi amilləri yaxşı tanıyır, yaxşı bilir, onların dilindən anlayır və onları bir əşya kimi əlində gah o yana, gah bu yana fırladır.

Özünü Allahın yoluna həsr edən insanlar həqiqi və uzunömürlü nailiyyət əldə etmək üçün ilahi inayətə aparan maddi və mənəvi səbəbləri yaxşı bilməli və bu səbəblərin hüdudlarını dərk etməlidir. Daha aydın desək, adanmış insanlar müxtəlif yerlərdə planlar hazırladıqları, məktəb və universitet layihələrini müzakirə etdikləri və bu fəaliyyətlər vasitəsilə ruhlarının ilhamını dünyanın dörd bir tərəfində müstəid (buna hazır olan) könüllərə çatdırmağa çalışdıqları kimi, mənən kamilləşməyə də səy göstərməlidirlər. Üstəlik sarsılmamaq, qətiyyətli olmaq və Allahın izni və inayəti ilə, mətin dayanmaq da mənəvi amilləri dərk eləməkdən asılıdır.

Mənəvi məqamın mütəmadiliyi

Bu məqsədlə gündə bir neçə dəfə nəfsi ilə əlbəyaxa olan və ağlına gələn günahları belə özünə bağışlamayan mərd oğlu mərdlər mütəmadi “reabilitasiya” ilə dostlarını da unutmadan mənəvi dərəcələrini yüksəltməli və dayanmadan mənəvi pillələri qət etməlidirlər. Çünki mənəvi bir məqama yüksəlmək qədər, onda mütəmadilik də əsasdır. İnsan bəzən elə mənəvi məqamlara yüksəlir ki, orada varlıq aləmini fərqli duyur, fərqli görür, fərqli hiss edir və fərqli baxır. Ehsan şüuru ilə oturub-durur və daima Allahın nəzarəti altında olduğunu dərk edir. Bu hal nə qədər təqdirəşayan olsa da, əsas məsələ bu hiss və şüurun mütəmadiliyini qorumaqdır. Çünki arada meydana gələn fasilələr bəzən böyük nailiyyətlərin kökünə balta çalır. Bəli, əldə etdiyikləriniz bir anda puç olub gedə bilir. Bu səbəblə bir

Xülasə, əgər siz maddi baxımdan çox güclü olsanız, hətta göylərə nəzarət edən peykləriniz olsa, bütün bunlar Haqq rizasına aparan yolun yalnız bir yönünü təşkil edir. Bir şeyi yaxşı bilin ki, sizin əsl gücünüz sonsuz gücə malik Allahın qüdrətinə etimaddan və Onunla qüvvətli irtibatdan qaynaqlanır. Məncə, adanmış ruhlar bir-birinə tez-tez bu həqiqəti təlqin etməli və ömür naxışlarını bu həqiqət ilmələrində hörməlidirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.