Fəthullah Gülən əslındə nə dedi?
Fəthullah Gülənin -yaxınlarının verdiyi məlumata görə- müsahibə üçün foto çəkilişlər əsnasında ağzını yoxlayan "Wall Street Journal"ın (WSJ) müxbirinə bir neçə cümləlik açıqlamasının mediamızda dəyərləndirilmə üslubunu görüp heyrətə gəlməmək mümkün deyil?
Ən diqqət çəkən cümlə isə budur: "Yardım vəsaiti daşıyan gəmilər üçün İsraildən icazə alınmalı idi; dövlətə meydan oxumaq doğru deyil".
İndiyə qədər Fəthullah Gülən və könüllülər üçün ən ağır ifadələr işlətməkdən çəkinməyən, onu ölkəmiz üçün "təhlükə" sayanlar, həyatının ən dəyərli illərini "qürbət cəhənnəmi"ndə keçirməsinə səbəb olanlar özlərini haqlı çıxarmaq üçün, bu bircə cümləni saqqız kimi çeynədilər.
Sözü çox uzatmadan: Gülən Fəaliyyəti fərqli fikirlərin hökm sürdüyü İslam Dünyasında ən "mülayim" istiqaməti təmsil edir. İfratdan uzaq, dövrün şərtlərini nəzərə alan, inanclıların "demokratik hüquq dövləti" himayəsi altında güvən və hüzur içində yaşayacağını irəli sürən bir dünyagörüşü...
"Üluləmrə itaət" qanununa daim diqqət edən bu anlayışın ölkədəki sistemlər tərəfindən "ifratçılıq"la ittiham edilməsinin az qala "əl-Qaidə" ilə eyni tərəziyə qoyulmasının günahkarı "WSJ"da dərc olunan müsahibədən "xilaskar" kimi yapışan mediadır. Dünənəcən ona (F. Gülənə) və yaxınlarına "vəba xəstəsi" kimi baxanlar (uzaq qaçanlar) indi Xocaəfəndini öyməkdə yarışırlar...
Halbuki Fəthullah Gülənin "WSJ"-yə müsahibəsində söylədikləri fəaliyyətin illərdir izlədiyi yola uyğundur. Cəmiyyətlə həmrəy, "demokratik" və "hüququn üstünlüyünə inanan" dövlətin qanunlarına hörmətlə yanaşan insanlar yetişdirməyi hədəf seçən bir fəaliyyəti keçmişdə iki cümlə ilə məhkum etməyə çalışırdılar, indi isə əksinə iki cümlə ilə başlarına tac edirlər.
Bəs məqsədləri nədir? Onların məqsədi öz yanlış anlayışları "təsdiq" etmək, Gülən Camaatı ilə ona ehtiram göstərənlərin arasına "şübhə" toxumları səpmək...
Söylədikləri əslində yanlış deyil Fəthullah Gülənin. Bir ölkənin beynəlxalq normalara görə təyin etdiyi su ərazisinə icazəsiz girərək qarşıdurmaya yol açmaq, qan axədılmasına səbəb olmaq, əlbəttə, yanlışdır... onsuz da Qəzzəyə humanitar yardım aparan gəmilər buna yol vermədi, beynəlxalq sularda İsrailin icazəsini gözlədi... İsrail icazə versəydi, ya da silahsız könüllülərə hücum edib qan tökmək əvəzinə yüklərini Qəzzəyə çatdırmağa söz verib gəmiləri bir limana çəksə idi, "çirkin mənzərələr' olmayacaqdı.
İsraildə nə həqiqi mənada bir "demokratiya" var, nə də beynəlxalq hüquqa riayət; bildiyini edən siyasətçilər və insanın müqəddəsliyinə əhəmiyyət verməyən ordu məzlumluq iddiası ilə qurulmuş bir ölkəni ona tolerant əlini uzatmağa hazır olan dünyanın gözündə etibarsızlaşdırmağı bacardı.
İsrail ordusu vertolyotdan gəmilərə silahlı hərbiçilər endirməyib. "İsrail sularına girməyin" deyə xəbərdarlıq edərək öz sərhədlərinə çəkilsəydi, məsələ qan tökülmədən həll olunacaqdı.
Gəmilər Qəzzə faciəsini dünyaya xatırladar, İsrail də "müasir hüquq normalarına əməl edən bir ölkə" imicini itirməzdi.
Belə halda, siz deyin, hakimiyyətdə meydan oxuyan kimdir? Yüz illərin təcrübəsi ilə formalaşmış "Beynəlxalq Hüquq"a və bu hüquqa əsasında fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatına meydan oxuyan İsrail deyilmi?
Fəthullah Gülənin sözlərindəki əsas prinsip doğrudur, ancaq həmin prinsipi günahsızları qəsd edərcəsinə yozmaq yanlışdır... Yanlışı kim edir-etsin yanlışdır.
"Mülayim" yol tutan fəaliyyəti "ifratçı" deyə məhkum edib ölkədən uzaqlaşdırdıqdan sonra "mülayim" olduğunu kəşf edib arxasında səf tutmaq necə duyğudur, görəsən?
- tarixində yaradılmışdır.