Fəthullah Gülən Qayıdarmı?
Təbii ki bu qədər müddətdir yurdundan uzaqda yaşamağa divan edən Xoca Əfəndinin gəlib-gəlməyəcəyi maraqlı mövzudur. Sadəcə onu sevən yüz minlərlə insan deyil, onu sevməyənlər də bu mövzu ilə maraqlanır. Madam ki, mövzu tez-tez xəbərlərdə yer almağa başladı, bununla əlaqədar bir iki nöqtəyə toxunmaqda fayda var.
Ramazan Bayramından bir həftə əvvəl Türk Mədəniyyət Dərnəyinin Nyu Yorkda təşkil etdiyi iftar yeməyinə qatıldıq. Bir gün sonra da -üstəlik mübarək Qədir Gecəsinə düşdü –Xoca əfəndini ziyarət etdik. Ziyarət edənlər arasında ictimaiyyətin yaxından tanıdığı simalar, köhnə siyasətçilər, bürokratlar, elm adamları-alimlər, jurnalistlər, yazarlar vardı. Xoca Əfəndi, bir sünnətə riayət edərək etiqafa çəkilmişdi, nəzakət göstərib qaldığı mərtəbədə adəti olmadığı halda bizə iftar verdi. Sahuru da birlikdə etmə fürsətimiz oldu.
Bu, Amerikada ikən mənim onu üçüncü ziyarətim idi. Birincisini 2001-ci ildə, ikincisini 2004-də etmişdim. Bu səfər açığı Xoca Əfəndinin səhhətini əvvəlki dəfələrlə müqayisədə yaxşı gördüm. Hər zamanki kimi şəkəri vardı, insülin vurdurub iftar süfrəsinə gəlmişdi. Amma həmd olsun çox yaxşı görünürdü. Müxtəlif mövzulardan söhbət edərkən həddim və səlahiyyətim olmayaraq -amma çox sayda insanın əmanət mahiyyətindəki dilək və xahişini dilə gətirmək üzrə- söz alıb Xoca Əfəndiyə nə vaxt Türkiyəyə qayıtmağı düşündüyünü soruşdum və bunları söylədim:
"-Gəzib-gördüyüm hər yerdə sizi sevənlər soruşur, hətta sizi ziyarət edəcəyimi düşünərək üzərimə əmanət yükləyirlər. Xoca Əfəndi nə vaxt qayıdacaq? Mənə hər kəsin dediyi bu: 'Biz artıq Xocamızın ölkəsinə, aramıza qayətmasını arzu edirik.' Türkiyədən ayrılanda hələ yetkinlik dövrünə girən gənclər indi böyük adamlar oldu. Türkiyədə problemlər qurtarmaz, hər vaxt 'kritik bir dövrdən keçirik, sizinlə əlaqədar idda sona çatdı, mənim də şəxsi fikrim və arzum, həsrətini dərindən hiss etdiyinizi bildiyim ölkənizə qayıtmanızdır."
Sağ olsunlar, ziyarətçilərin hamısı məni dəstəklədi, onlar da uyğun bir yol və tərzdə Xoca Əfəndinin Türkiyəyə qayıtmasında hər hansı maneə olmadığını açıqca bəyan etdilər. Bir anda ziyarətimiz "Xoca Əfəndini ölkəsinə dəvət etmə"yə çevrildi.
Hamımız bunu müşahidə etdik, Xoca Əfəndi bundan xeyli məmnun oldu, təşəkkür etdi. Ancaq haqlı olaraq bəzi mülahizələrini ifadə etdi. Birincisi gəlmə məsələsinin problemə çevrilməsini, başqa məqsədlər üçün istismar edilməsini, səs-küyə, səbəb olmasını, başqa liderlərin ölkələrinə qayıtmalarına bənzədilməsini istəmirdi. Bəlkə ən gözəli səssiz-sədasız qayıtması, ictimaiyyətin qayıtmasından sonra xəbərdar olması idi. Biz bu dəvəti edərkən, daimi qeydiyyat məsələsi hələ nəticələnməmişdi. Zənnimcə Xoca Əfəndi bir az da nəticəni gözləyirdi. Xoca Əfəndinin işarə etdiyi bir nöqtə də bu idi: Artıq xidmətlər qlobal miqyas qazanmışdır. Bəlkə Amerikada da ediləcək xidmətlər ola bilər ki, bu da həqiqətdir. Amerika dərin bir krizisin içindən keçir, amma aydındır ki, hələ uzun bir müddət dünyaya təsir etmə gücü olan bir platforma olma funksiyasını yerinə yetirməyə davam edəcək.
Daimi qeydiyyat məsələsi müsbət yöndə nəticələndiyinə görə, Xoca Əfəndinin qayıtmasına artıq ümidvar ola bilərik. Şəxsi qənaətimə görə "daimi qeydiyyat haqqını qazanmış olması"nın Xoca Əfəndi baxımından əhəmiyyəti budur: Hesab edirəm ki, Xoca Əfəndi Türkiyəyə qayıtsa belə -Allah bilir- uzun müddət qalmaya bilər, tez-tez xaricə çıxar geri qayıdar. Beləliklə gediş-gəlişlərdə problem olmaz.
Bir insanın sevdiyi yurdundan uzaqda qalması asan deyil. Məkkədən Mədinəyə hicrət edən səhabələrdən bir qisimi Məkkə həsrətiylə yataqlara düşdülər. Nə etmək olar, böyük insanların, böyük mədəniyyət hərəkatlarının qədərində 'hicrət' olur. Qəhrindən lütf doğular, öz əleyhimizdə zənn etdiyimiz bir vəziyyət, bir də görərik ki, bizə nə qədər xeyirlər gətirmişdir. Doğru istiqamətdə olduqca Allah öz ehsan və fəzlindən heç ümid edilməyən qapılar açar.
- tarixində yaradılmışdır.