Hüzur və Güvən Adacıqları Məktəblər
Mənafedən, həsəddən, ehtirasdan uzaq könül harayına sarı yönəlmək onun üçün yeni bir ümid işığı ola bilər... Sanki dünya bu axtarışın astanasına qədəm qoymuşdur... Bu barədə "Qlobal Sülhə Töhfələri ilə GÜLƏN HƏRƏKATI" adlı kitabını bu mülahizələrlə yenidən oxumağı təklif edirəm. Bu haraya qulaq verib ölkəmizi görməyə gələn böyük nüfuza malik minlərlə insanın fikirlərindəki müsbət dəyişikliyin kameralar qarşısında ifadə edilməsi, əlbəttə, əbəs deyildir... Belə ki, "Dialoqun Meyvələri" adlı silsilə verilişi ilə Samanyolu TV bir çox həqiqəti göz önünə sərdi...
Robert A. Hant və Yüksəl A. Aslandoğanın redaktorluğu ilə "Qlobal Sülhə Töhfələri ilə GÜLƏN HƏRƏKATI" adlı kitabdan bir neçə misranı sizlərlə bölüşmək istəyirəm:
Sosioloq Nevval Sevindinin təsbiti ilə..: "Məktəb müdiri Kürtcə danışan iki yeni şagirdlə səmimi münasibət qurdu və onların problemlərini dinlədi. Onları yedirdi, içirdi və yataqla təmin etdi. Lakin 15 gün sonra bu uşaqlara nəzarət etmək qeyri-mümkün oldu. Şüşələri qırıb, məktəb mebellərini xarab etməyə başladılar. Daha sonra aydın aldu ki, bu uşaqların məqsədi müdiri hövsələdən çıxarıb özlərini məktəbdən qovdurmaq imiş. Beləliklə, “Türklər bizimlə pis rəftar edirlər”, -deyə hər yana car çəkmək niyyətində idilər. Ancaq elə sevgi, elə səmimi münasibət gördülər ki, nəticədə öz dilləri ilə etiraf etdilər: “Bizə o qədər xoşagəlməz şeylər deyirdilər ki, sizə nifrət edirdik. Məktəbə od vurmağa gəlmişdik, amma buna cəsarət edə bilmədik” (...)
Cizrədən bir tələbə məktubda belə yazır: "Universitetə hazırlıq kursları açılana qədər mən türkləri düşmən kimi görürdüm. İndi hamınızı çox sevirəm. Əgər buralara daha tez gəlsə idiniz, bəlkə də, heç terror hadisələri olmazdı. Əmim dağlara çıxdı, bəlkə də, çıxmazdı".
Romadakı Dinlərarası Dialoq Cəmiyyətinin Katibi Thomas Michelin təsbiti ilə:
"Mənim bu məktəblərdən biri ilə ilk tanışlığım 1995-ci ildə Cənubi Filippinin Mindanao adasındakı Zamboanagada, şəhərin bir neçə kilometr kənarında məskunlaşan bir “Türk məktəbi” ilə oldu. Məktəbdə ilk diqqətimi çəkən həyətin girişindəki böyük lövhə oldu: “Filippin-Türk Xoşgörü Məktəbi”. Əhalinin təxminən 50 faizi xristian, 50 faizi müsəlman olan və Filipin hökumətinə qarşı 20 ildən artıq müxtəlif Moro təfriqəçi hərəkatlarının silahlı mübarizə apardığı bir bölgədə yerləşən Zamboangada bu ad qeyri-adi və heyrətamiz idi. Türk müdiri və məktəb nümayəndələri məni çox gözəl qarşıladı. Məktəbdə mindən çox tələbə təhsil alır və yataqxanada qalır. Məktəbin müsəlman və xristian qarışıq, Türk və Filippinli heyəti görüşdükdən sonra, məktəbin xoşgörünün təşəkkülünə həsr edilmiş bir müəssisə olma iddiasının boş bir lovğalıq olmadığı qənaətinə gəldim. İnsan oğurluğunun, partizan müharibələrinin, qısamüddətli üsyanlar, həbslər, itkin düşmüş insanlar, ordu və polis qüvvələrinin tez-tez insan ölümünə səbəb olduğu belə bir bölgədə bu məktəb müsəlman və xristian uşaqlarına yüksək səviyyəli təhsillə yanaşı, daha gözəl bir həyat və bir-biri ilə xoş münasibət vəd edirdi".
Bu kitabda, xüsusilə, bir dissertasiya işinin bir növ xülasəsi olan Muhamməd Çətinin “Düşüncə və Təcrübədə Gülənin Fəlsəfəsi” sörlövhəli yazısı bir çox həqiqəti göz önünə sərir, bir çox suala qaneedici cavablar verir...
- tarixində yaradılmışdır.