Pensilvaniyada bir ev və içindəki könüllü sürgün...
Nyu Yorkdan qərbə doğru avtomobillə iki saata yaxın yol getdikdən sonra Pensilvaniya əyalətinin sərhədlərini göstərən bir qapıdan keçilir. Bu qapıda yaxın zamana qədər "Gerçək Amerikaya xoş gəldiniz" yazısı asılı ikən, etirazlar üzərinə yığışdırılmışdır. Bu yazının həqiqi yönü Nyu Yorkun başqa heç bir yerlə müqayisə edilməyəcək qədər qeyri-adi, qələbəlik və fərqli bir şəhər olması qədər Pensilvaniyanın o həmişə filmlərdə gördüyümüz standart gündəlik Amerikan həyat tərzini və məskunlaşma yerlərini təmsil edən xüsusiyyəti imiş.
O qəsəbələrdən ikisinin ortasında meşə ərazisində, ağaclar arasında itmiş bir yola girincə sadə bir gözətçi daxması ilə qarşılaşırsınız. İki yüz metr qədər irəlidə isə alçaq bir təpə üzərində iki mərtəbəli, o tanış Amerikan evlərindən biri yerləşməktədir.
Fəthullah Gülənin on illik ABŞ həyatının yarıdan çoxunu keçirdiyi ev elə budur. Evdən 50 metr qədər uzaqda qonaqlar üçün ayrılmış kiçik bir neçə ev daha var. Ondan aşağıda isə 30 metr diametrində kiçik süni bir göl var. Deyilənlərə görə, Fəthullah Gülən bu gölün kənarına, xahiş üzərinə yalnız bir dəfə enmiş. Əvvəlki ABŞ şəfərlərində bir neçə əyalətdə olub, xeyli şəhər gəzməyinə baxmayaraq könüllü sürgünündə zəruri xəstəxana ziyarətlərindən xaric evindən çölə çıxmamışdır.
Fəthullah Gülənlə əvvəllər heç üz-üzə görüşməmişdik, qədərdə vətəndən on min kilometr uzaqda qarşılaşmaq varmış. Bizi qonaqlarını qəbul etdiyi girişdəki salonda ayaqustə qarşılayır. Keçirdiyi ciddi ağrılarına baxmayaraq olduqca dinc və sağlam görünür, lakin birlikdə olduğumuz üç gün ərzində heç dəyişməyən əhval-ruhiyyəsi diqqətimi çəkir. O daim hüzünlü, bir şey soruşulmadıqca danışmağa istəksiz və son dərəcə nəzakətlidir.
Üç gün boyunca qonaqlarını qəbul etdiyi salonda açılmış geniş masanın ətrafında ən az on beş adamla birlikdə beş dəfə yemək yeyib söhbət etdik. Bu söhbətlərin müəyyən bir mövzusu olmadı, söhbət o səmimi ab-havanın təbii axarında elə hey uzanıb gedirdi. Yaxınları gəlişimizdən çox məmnun qaldığını, açıldığını, hətta sevindiyini söylədilər.
Əvvəllər çox alçaq, ancaq yanındakıların eşidə biləcəyi qədər batıq bir səslə danışdığını görüb heyrətə gəlmişdim. Sonrakı söhbətlərimizdə bu alçaq səs tonu gedərək yüksəldi, amma heç vaxt salonun hər tərəfinə yayılacaq səviyyəyə gəlmədi, əlbəttə imamlıq sədası istisna. Ayrılışımızdan bir gecə əvvəl işa namazına imamlıq edərkən, söhbət əsnasında çox yüngül və nəzakətli səs tonunu tanımaqda çətinlik çəkdim. Davudi, tox və oxuduğu surənin (Adiyat) məzmununu əks etdirən mətin və qərarlı bir səda.
Salonun divarlarında hüsnxətt lövhələri; ən diqqətimi çəkənlər isə, əbrulu kağız üzərinə "bu da keçər ya hu" və "ey gidi günlər ey" yazılı lövhələr oldu. Bir divarı tamamilə əhatə edən yaşıl parça üzərinə sırma iplə yazı işlənmiş geniş örtünün Fəthullah Gülən üçün ayrı bir əhəmiyyət kəsb etdiyini öyrənirəm. Bu örtü İmam Rəbbaninin qəbri üzərindəki örtü hədiyyə olaraq göndərilmişdir.
Paltarı sadə; tünd boz pencək, pencəyin altında yaxalı jaket, ayağında bizdə "mokasen" deyə bilinən (mocassin) tipli yüngül, başmaq əvəzi ev içində geyilən rahat ayaqqabılar. Daim təraşlı və başında hər zaman namaz təqqəsi. Zaman qəzetinin foto redaktoru Səlahhəddin Sevinin xahişi üzərinə fotoşəkil çəkdirərkən təqqəsini çıxarma arzusuna gülümsəyərək razılıq göstərir.
Söhbət əsnasında bir yerdə "üslub namus kimidir" deyir. Unutmamaq üçün masa üstündəki mənə ən yaxın olan salfetə qeyd alıram.
O bir ziyalımı? Məncə deyil. Fəthullah Gülən kimilərin geniş və heyrətamiz dünyagörüşü, hər məsələyə diqqəti, aktuallığı təqibdəki həssaslığını və hafizə gücünü başqa sözlə ifadə etsək belə demək olar: Əzəli və Əbədi olan həqiqətə kilidlənmiş və ənənəvi ürfan mənbəyinə yönəlmiş olmasına baxmayaraq günün ən sadə detallarını belə qavramağa əzmkar bir təcəssüs (arayış). Daha doğrusu, adət-ənənələrini yüksək səviyyədə təmsil edən bir din alimi, bir məfkurə lideri deməliyik bəlkə də. Ziyalıdan fərqliliyi həqiqəti axtararkən pərgarın bir ucunu daim "nass" (dini hökmlər) nöqtəsində sabit saxlamağı vacib saymasındandır.
Yanında olan bir nəfərdən dinlədim, bir söhbət əsnasında biri qürbətdən söhbət açır. Onun cavabı isə, "onu siz mənə soruşun". Vaxtilə çay içdiyi çayxanaların stullarından bəhs edərkən belə göz yaşlarını tuta bilməyən bir insanın bu illər ərzində könüllü qürbətə necə dözə bildiyini öz-özümə soruşmuşdum, lakin özündən soruşmağı ədəbsizlik saydım. Hissi qırılma nöqtələri son dərəcədə incədir.
Bir gün kiçik qardaşı onu görməyə gəlibmiş; oradakılardan biri ayrıldıqları səhnəni izah etməyə çalışdı, daha doğrusu izah edə bilmədi.
Bədəndən canı qoparıb almaqmı?.. Məntiqə uyğun olanı yerinə yetirmək bəzən nə qədər də çətindir və qarşıdan baxanlara nə qədər zalımcasına görünür, bir təsəvvür edin!
Söhbət əsnasında Amerikalı səlahiyyətli nümayəndələrin hər an ölkədən çıxması üçün qeydiyyat icazəsini ləğv edə biləcəklərini söylədi; səsində hüzn və ya ümidsizliyə bənzər bir titrəmə hiss etmədim, "kaş ki" deyər kimi idi.
Çox az yeyir və sevimli həkimi Qüdrət Bəyin nəzarəti altında pəhriz tutur. Birlikdə yemək yeyərkən boşqabındakı yeməyini bitirdiyini heç görmədim. Hər Ərzurumlu kimi çayı çox sevir (amma açıq). Yeməyin sonuna doğru kiçik bir kasa içində müxtəlif həblər; çay ləzzətini isə vətəndən gəlmə bir ovuc çərəz müşayiət etməkdədir; iki parça qoz, üç dörd dənə püstə ləpəsi və bir neçə badam.
Ətrafında səmimi bir həssaslıqla ona xidmət edənlər dərin bir hörmət və alicənablıq nümayiş etdirirlər. Bizim ziyarətimiz hər gün təkrar etdiyinə görə, cansıxıcı ola biləcək o ab-havanı bir az yumşaltdı. Hələ böyük məsələlər yerinə daha xırda və gündəlik məsələlərdən, xüsusilə xatirələrdən və köhnə günlərdən danışarkən isə nisbətən rahatladığını görmək bizi də məmnun edirdi. Müəyyən bir yaşdan sonra qohum-əqrəbalarını itirib tənha qalmaq hər kəsin başına gələn təbii bir hadisədir, siz buna bir də, azaldılması mümkün olmayan bir sevgi və hörmət halqasının ortasında yaşamaq məcburiyyətini də əlavə edin...
Xülasə, ilk dəfə tanış olub söhbət etdiyim Fəthullah Xoca Əfəndini çox söhbətcil, şirin və sevimli bir yol yoldaşı olaraq gördüm və sevdim. Biz orada ikən hələ bəraət qərarı elan olunmamışdı. Diləyim odur ki, bir an əvvəl əziz Türkiyəsinə sağ-salamat dönər və könüllü sürgünlüyü sona çatar.
- tarixində yaradılmışdır.