Bu gün Rusiya ilə əlaqələrimiz yaxşıdır, sabah daha yaxşı olacaq
Prof. Tatyana Filippova: Dünyada gedən qloballaşmaya baxmayaraq, insanların mədəniyyətləri, iqtisadi vəziyyətləri, inancları bir-birindən fərqlidir. Millətləri tarixi keçmişləri və bir-birlərinə küskünlüyü dövlətləri də geosiyasi və iqtisadi maraq məsələsi ayırır. Siz əngin həyat təcrübəsinə malik bir mütəfəkkir olaraq, iqtisadi problemlərin və inkişaf edən texnologiyanın olduğu bir dünyada hansı ümidlərlə insanları sevgi, anlayış, tolerantlıq və var olmanın yüksək prinsipləri ilə birliyə çağırırsınız? İnsanların fikirlərinizi mənimsəməsi ümidi sizə nə hiss etdirir?
Fəthullah Gülən: Qloballaşma nəticəsində insanlar bir-birlərini daha da yaxından tanıyacaq. Əvvəlki əsrlərdə bir-birimizdən təcrid olunmuş vəziyyətdə yaşayırdıq, qarşı tərəf haqqında fikirlərimiz ancaq bizə verilən məlumatlara əsaslanırdı. Bu da bizə məlumat verən kanalların keyfiyyət və etibarlılığı ilə məhdud idi. Amma indi xalqlar olaraq bir-birimizi birbaşa və daha yaxından tanıyırıq. Müsəlmanların qeyri-müsəlmanlarla uzun əsrlər birlikdə yaşama tarixi və təcrübəsi var. Elə XX əsrin əvvəllərində İstanbul əhalisinin yarısına yaxını başqa dinlərə mənsub insanlar idi. Osmanlı dövlətinin ərazisində yaşayan müsəlmanların sayı qeyri-müsəlmanlardan artıq deyil, az idi. Rusiya da eyni təcrübələri müəyyən dərəcədə yaşadı. Rusiya sərhədləri daxilində də çoxlu müsəlmanlar yaşayırdı. Amma Qərb bu təcrübəni Almaniya, İngiltərə, Fransa və ABŞ kimi ölkələrlə pillə-pillə bir əsrdə əldə edə bildi... Əvvəllər onlar müsəlmanları onlara bəhs edilən şəkildə təsəvvür edirdilər. Bugün çox işlənən ifadə ilə müsəlmanlar onların nəzərində "başqalaşdırılmış" insanlar idi. Xüsusilə, milliyyətçilik etiketində təqdim edilən İslam anlayışına malik müsəlmanlar üçün də xristianlar, yəhudilər və başqa din mənsubları da "başqalaşdırılmış" insanlar olurdu. ABŞ-da nəşr olunan xristian yönümlü bir jurnal 11 Sentyabr hadisəsindən qısa müddət öncə əsas mövzu kimi müsəlmanlardan bəhs edir və deyirdi: "Dünən belə deyildi, amma bugün müsəlmanlarla eyni məhəllədə, eyni küçədə yaşayırıq. Uşaqlarımız küçədə bir yerdə oynayır. Bu qonşularımızı daha yaxından tanımalıyıq". Lakin 11 Sentyabr terror hadisəsi ilk əvvəllər bu yaxınlaşmanın qarşısını qismən aldı. Əlbəttə ki, bu yaxınlaşmanı istəməyən mənfəət dairələri və bəzi idarələr var. Ancaq əvvəlki uzaqlaşmağa baxmayaraq, hadisələrdən sonra dünyada insanlar İslamı və müsəlmanları daha çox araşdırmağa və öyrənməyə başladılar. Müasir sərhəd tanımayan informasiya vasitələri insanları bir-birinə get-gedə daha da yaxınlaşdırır. Əsrlərin, sizin də ifadə etdiyiniz kimi, müharibələrlə dolu tarixin inşa etdiyi sədlər yıxılır. Artıq Qərb dövlətlərində müsəlman ölkələrindən köç etmiş milyonlarla müsəlman yaşayır. Bununla bərabər, getdikcə insanlar müharibələrə qarşı daha sərt mövqe ortaya qoyur və ona həll yolları axtarır. Allaha şükür ki, xüsusən sizin kimi ziyalıların, bəzi qeyri-hökümət təşkilatlarının səyləri ilə, bütün çətinliklərə baxmayaraq, siyasi şərait hətta sizin də ifadə etdiyiniz kimi, toqquşsa belə iqtisadi mənafelərin tələbi ilə təməl insan hüquq və azadlıqları getdikcə daha çox ön plana çıxır. Toqquşsa belə iqtisadi mənafelər dövlətləri ticarətl, ehtiyacların qarşılıqlı ödənilməsi, mübadiləsi məcburiyyəti qarşısında bir-birinə yaxınlaşdırır. Bu çərçivədə Rusiya və Türkiyə münasibətlərində qarşılıqlı eneji, qaz, meyvə-tərəvəz ticarəti, turizm kimi məsələlərlə tarixdən gələn qərəzli baxış sıradan çıxır və insanlıq ortaq məxrəci müəyyənedici amilə çevrilir. İnsanın yaradılış etibarilə "kərim" varlıq olması və hər zaman həqiqəti, yaxşını axtarması kimi xüsüuslar bizi bir-birimizə daha da yaxınlaşdırır. Xülasə, ümidli olmaq üçün bugünkü şərait dünənkindən daha əlverişli, sabah isə, inşallah, bu günkündən daha əlverişli olacaq. Əsas odur ki, mütəfəkkirlər, ziyalılar, qeyri-hökümət təşkilatları öhdələrinə düşən vəzifəni ümidsizliyə düşmədən yerinə yetirməyə çalışsınlar...
Prof. Tatyana Filippova: Əsərlərinizdə insanın maddi-mənəvi həyatında yeni düşüncələrin formalaşması üçün təhsil sistemi və əxlaqi dəyərlərə əsaslanan yeni biliklərin qazanması metodları olduğunu tez-tez vurğulayırsınız. Sizcə, bəhs etdiyiniz sistemin təkcə Türkiyə reallıqlarına deyil, eyni zamanda Rusiyanın, Müstəqil Dövlətlər Birliyinin (MDB), Qərbi Avropa ölkələrinin, Amerikanın da reallıqlarına uyğun olması üçün prinsip və tətbiqatı necə olmalıdır?
Fəthullah Gülən: Müxtəlif millətlərin ayrı inanc, tarix, mədəniyyət, hətta coğrafiyadan qaynaqlanan fərqlilikləri, əlbəttə, nəzərə almamaq olmaz. Amma bütün bu fərqlərin fövqündə bir də nəzərə alınmalı zəruri ortaq xüsuslar var. Mövzuya fərd aspektindən baxanda belə bir reallıqla qarşılaşırıq: Bütün insanlar eyni tərkibdən meydana gəlmişdir; hamımız torpaq, hava və sudan meydana gələn atom və molekullardan ibarətik. Bundan başqa eyni quruluşa və eyni orqanlara sahibik. Həmçinin DNT-lərimiz, barmaq izlərimiz, səsimiz, simamız başda olmaqla fiziki olaraq fərqləndiyimiz kimi, xasiyyət, xarakter, qabiliyyət və bacarıqları ilə hər insan öz-özlüyündə fərqli bir aləmdir. Lakin bu fərqliliklər bizi bir-birimizdən qoparmağa, ayırmağa deyil, əksinə bir yerdə yaşamağa sövq edur. Vücudumuzu meydaan gətirən bütün orqanlarımız o qədər fərqliliyə baxmayaraq, tam və mükəmməl şəkildə bir-biri ilə yardımlaşır və birgə çalışır; demək olar ki, sonsuz sayda varlıqlardan ibarət kainatda hər şey ümumi bir hədəf istiqamətində bir-biri ilə güclü, sıx əlaqələrə malikdir; Hər gün yediyimiz çörəyi əldə etmək üçün günəş, su, hava, torpaq, toxum və insan əməyi birlikdə işləyir; Bütün bunlar kimi insanlar arasında mövcud olan fərqliliklər də qarşıdurma deyil, yardımlaşma üçündür, ümumi və ortaq hədəfə xidmət üçündür. Nədir bu ümumi və ortaq hədəf? Bu mövzuda dinlərin söylədiyi ilə bəzi istisnalar xaric, tarix boyu yaşamış öndə gedən filosofların dedikləri bir-birindən fərqli olmamışdır. Hamısı da insanın dünya həyatının qayəsini izah etməyə çalışmışlar. Məsələn Kant bu məqsədi izah edərkən, insanın varlıq hədəfinin maddi olaraq dünyadan həzz almaq ola bilməyəcəyini, çünki bu mövzuda onun heyvanlara çatmasının mümkün olmadığını, ona görə də insanın varlıq hədəfini əxlaqi tərbiyə ilə əsl insanlığa çatmaqda, bir mənada kamil insan olmaqda axtarmağın zəruriliyini bildirir. Başqa bir alman filosofu Şiller də insani varlığı onu heyvanlardan ayıran Geist adlandırdığı bir əsasda axtarır. İnstiktlərə, hislərə tabe olmaq və bu şəkildə nəslin davamına xidmət etmək insanın heyvanlarla ortaq cəhəti olaraq görür, Geisti və onun fəaliyyətlərini isə insandakı hislərə və təmayüllərə istiqamət vermək və onları cilovlamaq olaraq təsvir edir və həqiqi insan azadlığını bu fəaliyyətdə görür. "Həzçi" olaraq tanınan Con Stuart Mili kimi filosoflar isə "həyatın məqsədi ən yüksək həzzə çatmaqdır" mülahizəsini "insana donuza layiq həzzi hədəf göstərir" kimi ittihamlarla tənqid edənlərə cavab olaraq yenə də insan varlığının təməl qayəsinə müraciət edir və mülahizələrində zehnə, vicdana və duyğulara xas ən yüksək həzzi qəsd etdiyini ifadə edir. Qədim dövrlərə baxsaq; məsələn, bir yanda Qərbdə Əflatun insan və onun təhsili üçün yaxşılığa, doğruya, gözəlliyə və ədalətə çatmağı hədəf göstərir, Şərqdə fəzilətli bir cəmiyyət axtaran Konfutsi insanı sevmək, səmimiyyəti sevmək, hikməti sevmək, həqiqəti sevmək, cəsarəti sevmək və qətiyyəti sevmək kimi müəyyən etdiyi bütün insani hədəflərin ancaq öyrənməyi sevmək və öyrənməklə mümkün olacağını qeyd edir, insanın öyrənməklə ləyaqət, doğruluq, ağıl dürüstlük, qənaət, pozulmama, ana-ata haqlarına riayət, səxavət, nizam-intizam və səmimiyyət kimi fəzilətləri əldə etməsinin zəruriliyindən bəhs edir. Qurandan və bu mövzuda yazan İslam alimlərindən öyrəndiklərimizə görə, İslam da insan varlığının təməlinə obyekt (əşya) biliyinə sahib olmağı, yəni ən geniş mənası ilə elmi, elmlə yer üzünü abad etməyi, kainatı kitab kimi oxuyub Allah mərifətinə çatmağı qoyur. İnsandan başqa digər canlılar dünyanın şərtlərini, sanki başqa bir aləmdə öyrənmiş kimi dünyaya gəlir və o saat həyata alışır, amma insanın potensial insandan həqiqi insana yüksəlişi, ancaq öyrənməklə mümkündür.
Deməli, hər kəsdə dəyişməz bir insani xüsusiyyət, bir insanlıq ortaq məxrəci var ki, buna İslam terminologiyasında "fitrət" deyilir. Elə bu insanlıq ortaq məxrəcimiz, ortaq ehtiyaclarımız, ortaq xüsusiyyətlərimiz dünyanın harasında olur-olsun təhsildə də əsas düsturları müəyyənləşdirən amildir. Fərqlilik kimi gördüyümüz xüsuslar belə mürəkkəb bir oyunun parçaları kimi ortaya qəribə bir bütövlük çıxarır. Necə ki ilk insandan bu günə qədər əsas maddi ehtiyaclarımız dəyişməmiş, ilk insandan bu yana eyni ünsürlərlə qidalanırıq və hava, su, çörək bu kimi ehtiyacların təmin olunmasında əhəmiyyətini qoruyub saxlayır, eləcə də təhsilin əsas amili olan zehni və mənəvi yönümüzlə də eyniyik. Bütün insanların malik olduğu təməl insani xüsusiyyətlər, əxlaqi dəyərlər insan həyatının ortaq cəhətləri, təhsil üçün də dünyanın hər tərəfində keçərli olan əsas prindipləri müəyyənləşdirir. Geriyə sadəcə tətbiq olunan metodlar qalır ki, bu mövzuda da pedaqoqlarımızın illərdir, əsrlərdir apardığı araşdırmalardan faydalanır, bunları inkişaf etdirməyə cəhd göstərir, insan psixologiyasındakı fərdi xüsusiyyətləri, fərqləri, mədəniyyət və coğrafiya fərqlərindən doğan xüsusları nəzərə alaraq hərərkət edirik..
Prof. Tatyana Filippova: Din və əxlaq baxımından açıq bir insan olaraq Rus mədəniyyətinə, ziyalılarına, mənəvi ənənələrinə mütləq bələdsiniz. Sizcə bu ənənələrin hansı xüsusiyyətləri ən qiymətli, faydalı və XXI əsrdə həyata keçirilməyə dəyərdir? İnsanların qəlb və ağıllarının mənəvi dəstəklə, məntiqlə, sosial əndişəylə, məsuliyyətlə kültür mənşəli həyat prinsiplərini mənimsədiyi belə bir dövrdə Rusiyanın gələcəyini və Avrasiyada vəzifəsini necə görürsüznüz?
Fəthullah Gülən: Rus mədəniyyətini, ziyalılarını və mənəvi ənənələrini əsasən Rus ədəbiyyatından tanıyıram və Rusiyanın yaxın keçmişinin Osmanlı və Türkiyə tarixi ilə böyük paralelliklər təşkil etdiyini heyrətlə müşahidə edirəm. Mənim yaşımda olan, məndən sonra gələn ziyalılar içərisində Puşkini, Dostoyevskini, Tolstoyu, Çexovu, hətta Qoqolu, Maksim Qorkini, Pasternakı oxumayan çox azdır. Bu böyük nasirlər, yazarlar, şairlər, mütəfəkkirlərin və teatr sənətkarlarının həyatı, işlədikləri mövzular, qəhrəmanları Osmanlının tənəzzül dövründə (19-cu əsrlə 20-ci əsrin əvvəllərində) yaşayan, eyni zamanda Cümhuriyyət dönəmini görən bir çox yazarımızın həyatına, qəhrəmanlarına nə qədər bənzəyir. Qoqolun "Şinel"i ilə bağlı olaraq Dostoyevskinin "Hamımız Qoqolun "Şinel"indən çıxdıq" ifadələri bizim son dövr tariximizə və cəmiyyətimizə də çox uyğundur. Qoqolun "Ölü canlar"da bəhs etdiyi kəndlilər eyni zamanda bizim kəndlilərdir. Doğulduğum yer Ərzuruma qədər gələn Puşkinin "Yevgeni Onegin" və "Qış axşamı" şeirlərində təsvir etdiyi melanxoliya bizim melanxoliyadır. Dostoyevskinin "Əcinnələr"i bizim "karbonilər"ə çox oxşayır, sanki eyni gizli cəmiyyətlər, eyni siyasi qarışıqlıqlar, sui-qəsdlər və cinayətlərdən bəhs olunur. Öz xalqının dəyərlərini Qərb ədəbiyyatının təsirindən qorumağa çalışan Çexov bizdə Ahmet Midhat Əfəndiyə, Tolstoy–Turgenev mübahisəsi ilə bizdəki Mehmet Akif–Tevfik Fikrət mübahisəsinə nə qədər bənzəyir. Rus mütəfəkkirləri və bəzi insanların rəğbətlə qarşıladığı nihilizm və materializmlə "Anna Karenina"da Tolstoyun ciddi tənqid etdiyi fransızcanı rus dilindən üstün tutan kübar təbəqəsi kimi, buna müqabil Dostoyevskinin çirkinliklər və əzab-əziyyətlər içərisində dinə yönələn "Raskolnikov" və "Sonyası"nı da eyni şəkildə Türkiyədə tapmaq mümkündür, Pasternakın Doktor Jivaqosunda dərindən tədqiq etdiyi eşq, ölümsüzlük və Allahla uzlaşma axtarışlarını Osmanlının son dövrləri və Türkiyənin Cümhuriyyət nəsillərində eynilə müşahidə etmək mümkündür. Bununla yanaşı, Anton Çexovun "Üç bacı"sı bizdəki Münəvvər Ayaşlının "Pertev bəyin üç qızı"nı xatırladır. 1917-ci il oktyabr inqilabından sonra, inqilaba böyük dəstək vermiş Mayakovskinin intiharla nəticələnən ümidlərin pul olmasını, onun kimi böyük şair Pasternakın bədbinliyini Cümhuriyyətdən sonra bir çox türk mütəfəkkirində müşahidə edirik. Maksim Qorkinin rus fəhlələrinin Çarlıq idarəsinə qarşı Oktyabr inqilabı ilə nəticələnən mübarizəsinə həsr etdiyi "Ana"sı Türkiyədəki kommunist hərəkatlarına çox təsir etmişdir. Qısacası, Türkiyə və Rusiya bir çox yönü ilə bir-birinə oxşayır. Rusiyanın bəhs etdiyimiz yazarlarının dünya şöhrəti qazanması da göstərir ki, rus mədəniyyət və intellektual ənənələri içində 21-ci əsrin dünyasına örnək olan, bəlkə də, ən önəmli xüsusiyyət rus xalqının sənətə, şeirə, ədəbiyyata, yazarlarına, şairlərinə, ədəbiyyatçılarına, yalnız Rus olanlara deyil, rus olmayan sənətkar və ədiblərə böyük əhəmiyyət verməsidir. Bizdə baş verənlərin əksinə, Sovet rejimi rus dil və ədəbiyyatına çox müdaxilə etməmiş, onları dəyişdirməyə çalışmamışdır.
Fərdiyyətçiliyin və eqoizmin baş alıb getdiyi müasir dünyamızda türk qonaqpərvərliyi kimi rus qonaqpərvərliyinin də yaşadılması gərəkli fəzilətlərdəndir. Buna paralel olaraq, Rusiyada müasirləşmənin gətirdiyi radikal fərdiyyətçiliyi ictimai yardımlaşma ilə balanslaşdırma tərəfdaşları da var. Rusiya patriki II Aleksey DA (Dialoq Avrasiya) jurnalında nəşr olunan bir müsahibəsində iradi sayğı, ehtiram əsaslı sülh cəmiyyətinin qurulması halında insanlığın uzun illər sabit inkişaf edəcəyinə təmas edərək, "Rusiyada fərqli dinlərə və millətlərə mənsub insanlar uzun zaman ehtiram, güvən və əmin-amanlıq içərisində birlikdə yaşadı. Bu vəziyyət bir saatda ortaya çıxmaz. Biz, təcrübəmizin qiymətini bilirik. Bu təcrübəni bütün dünya ilə paylaşmağa hazırıq," – deyirdi. Bu, hamımızın arzusudur. Rusiyada böyük mütəfəkkirlər yetişir. Məsələn, İslam hüququ mütəxəssisi Leonid Sukiyanen. O, Qərb və Şərq, yəni İslam dünyası arasındakı yaxınlaşdırıcı amillərə diqqət çəkir, həm düşünülmədən verilmiş hökmlərlə, qərəzli baxışla hərəkət etmir və hər dəyər sahibinə öz dəyərini verir, müxtəlif dinlərin mənsubları arasında qarşılıqlı yaxınlaşmanı və dialoqu müdafiə edir. Hörmətli S.V. Lavrovun 2004-cü ilin dekabrında Rusiya xarici işlər naziri kimi bəzi türk qəzetlərinə veridyi müsahibəsində Türkiyə və Rusiya üçün "Müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynamaq, gələcəyə doğru Avropa ilə Asiya və Qərblə Şərq arasındakı əlaqələrin qurulmasına aktiv kömək etmək vəzifəsini bizdən başqa keç kim yerinə yetirə bilməz," – deyirdi. Həm mədəniyyəti və intellektual ənənələri, həm tarixi təcrübələri, həm siyasi coğrafi və strateji mövqeyi, həm böyük qaz və enerji qaynaqlarına malik və yaxın olması, həm də böyük gücü ilə Rusiya həm bölgəmizdə, həm də dünyada sülhə böyük töhfələr verə bilər.
Prof. Tatyana Filippova: Son illərdə dünyanın müxtəlif ölkələrindən bir çox insan sizin əsərlərinizə və həyat prinsiplərinizə maraq göstərir. Bir çox insan sizi İslam mücəddidi, həmçinin dəyişən həyat şərtlərinə paralel olaraq müasir insanların düşüncələrinə xitab edən təfsirinizlə İslamın yenilikçi elm adamı kimi görür. Rolunuzun bu şəkildə açıqlanmasını qəbul edirsiniz?
Fəthullah Gülən: İslamda mücəddidlik yüksək bir səviyyədir. Elmdə, əxlaqda, mənəviyyatda, davranışda kamil insan olmağı tələb edir. Mən heç bir zaman nə belə bir mövqe üçün çalışdım, nə də belə bir iddiam oldu. İslamı şəxsən özümə məxsus bir şərhlə təqdim etmirəm. Quranda Allah-taalanın bizə vəhy etdiyi, Peyğəmbərimizin (s.ə.s.) sözləri və həyatı ilə öyrətdiyi, tətbiq etdiyi İslam nədirsə onu ifadə etməyə çalışıram. Bu, niyə bəzilərinin İslam anlayışı ilə fərqlidir? Bunun iki səbəbi var: İslam dünyası XIII əsrdən etibarən elm sahəsində bir durğunluğa düşdü və o tarixdən bu yana qurulan dövlətlərdə, İslami idarə və cəmiyyətlərdə daha çox qüvvət və qanun hakim oldu; bununla paralel hikmət və elm əvvəlki əsrlərdəki təsirini itirdi. Nəticə olaraq, XX əsrə gələndə bildiyiniz kimi, İslam dünyası xarabalar, müstəmləkələr diyarına çevrildi. Hər müsəlman ölkədə bundan qurtulmaq üçün müəyyən fəaliyyətlər oldu. Bu fəaliyyətlərdə, istiqlaliyyət uğrunda aparılan savaşlarda İslam və xalqın dini həssasiyyəti güc mənbəyi oldu. Din də zamanla bir ideologiya kimi qəbul edilməyə başlandı. Beləcə işin hikmət və elmi cəhəti yenə ehmal edildi. İkincisi, bir-birinə zidd fikir cərəyanları meydana gəldi. Bəziləri böyük İslam tarixinin təcrübələrini nəzərə almadan, sanki din yalnız kitablarda yazılmış bir şey kimi su və ya hava üstünə bina tikməyə bənzər təşəbbüslərlə Quran və Sünnətə qayıtma iddiası ilə tamamilə purist kimi davrandılar. Bəziləri də istiqlaliyyət uğrunda aparılan savaşların güc mənbəyi olan İslamı milliyyətçiliyin də güc mənbəyinə çevirməyə çalışdı və onu milliləşdirdi. Bu qrupların, demək olar, hamısı düşüncələrini, hərəkətlərini Quranla və Sünnətlə əsaslandırsa da, Qurana bir bütöv şəkildə yanaşa bilmədilər; ayələri Quranın bütünlüyü çərçivəsində, bir də digər ayələrlə münasibəti müstəvsində dərk və izah edə bilmədilər. Halbuki, ifadə etməyə çalışdığım kimi, məsələn, bir vücuda əvvəlcə bir bütün kimi baxıb vücudun orqanlarını bu bütövlük içində tutduğu mövqe və daşıdığı funksiyaları ilə qiymətləndirmək yerinə, hər orqanı ayrıca nəzərdən keçirsək, orqan sayı qədər vücud ortaya çıxar. Bunun kimi, İslama da bir bütöv olaraq baxılmadığına, parçalar həm bütünlə, həm digər parçalarla birlikdə mütaliə edilmədiyinə görə bir çox İslam anlayışı meydana çıxdı. Fəqir (özünü nəzərdə tutur) başdan bəri qabiliyyətim ölçüsündə məsələlərə bir bütöv olaraq izah etməyə çalışdım. Quran və Sünnət deyəndə bizim üçün çox vacib bir laboratoriya olan və misli ilə təkrarlanan tarixi də nəzərə almaq lazım idi. Ona görə də, Quranın tərif etmədiyi, Allah Rəsulunun yaşayaraq öyrətmədiyi bir İslam analyışınıı anlatmıram; İslam nədirsə, mövcud mühit və şəraitlə bağlı nəyi ehtiva edirsə, onu ərz etməyə çalışıram.
İkincisi, son əsrlərdə İslam dünyasında geniş yayılmış cəhalət din mövzusunda da arta-arta davam etdi. Halbuki hər elmin bir üsulu, yəni metodologiyası var. Çox təəssüf ki, bu gün İslamdan danışan və təfsir, fiqh kimi mövzular üstündə çalışan bir çox insan üsul elmindən, hər elm sahəsinin üsulundan, dil və məntiq elmindən xəbərsizdir. Halbuki, Quranın təfsirinə girişmədən əvvəl yüksək təfsir üsuluna; Peyğəmbərimizin Sünnətini, hədisləri izah etməyə təşəbbüsdən əvvəl yaxşı hədis üsuluna; fiqh və İslam hüququ haqqında söz deyib, İslama bağlı hökmləri vəz etmədən öncə də çox yaxşı fiqh üsuluna vaqif olmaq lazımdır. Burada mövzu ilə əlaqəli texniki xırdalıqlara girmək, əlbəttə, doğru deyil, ancaq məsələnin ətraflı izahı üçün bir qədər ərz etməyə icazə verin.
Quranda və Sünnətdə möhkəmat adlanan əsas, dəyişməz prinsiplər var. İman əsasları, ibadətlər, halal və haramlığına şübhə doğurmayan hökmlər; ədalət, haqpərəstlik, dürüstlük, səmimiyyət, mərhəmət, sevgi, şəfqət kimi əxlaq və mənəviyyat düsturları möhkəmat adlanan əsaslardandır. Bir də mütəşahebat adlanan dini prinsiplər var ki, bunlar bir prizmanın işığı əks etdirməsi kimi, zamana, zəminə, şərtə və şəxsə görə şəklini, formasını dəyişə bilən və ya həyatımızda mövcud olan izafi gerçəklərdir. Hətta bəzi nəslərin yenə də zamana, mühitə, şəraitə və şəxslərə görə fərqli yansımaları ola bilər. Bütün bunlar, İslam hüququnda, Quran və Sünnəti anlamaqda bəzi texniki düsturlara vücud vermişdir. Bunlara nasih-mənsuh, mütləq-müqəyyəd, ümum-xüsus kimi adlar verilir. Amma təəssüflər olsun ki, bu gün İslama baxan bir çox müsəlman, bir çox tədqiqatçı bu üsul həqiqətlərini nəzərə almır, hətta bir çoxu da bunları bilmir.
Prof. Tatyana Filippovaınızda əksini tapan təcdid kimi böyük bir işə sahiblənmənin mümkün olmadığını, görməyə çalışdığım işin sadəcə İslamı kitab və sünnət dairəsində ifadə etmə cəhdindən ibarət olduğunu bildirmək istədim, buna görə də cavab bir az uzun oldu.
Prof. Tatyana Filippova: Çağdaş dünyada baş verən dəyişikliklərə həssas mənəviyyatınızla özünüzə hansı Prof. Tatyana Filippovaı vermək istərdiniz? Bu gün insanlığın inkişaf filmini seyr edərkən həyat təcrübəsi nöqteyi-nəzərindən sizi hansı xüsus daha çox maraqlandırır və həyəcanlandırır?
Fəthullah Gülən: Fəqir (özünü nəzərdə tutur) üçün, bəlkə də, ən həyati əhəmiyyətli Prof. Tatyana Filippova budur: Allaha, insanlara və bütün varlığa əsl məsuliyyətimiz olaraq, "İtirilmiş cənnətimizi yer üzünə necə gətirə bilər, yer üzünü necə cənnətə çevirə bilərik?" Bu mövzuda sizin kimi aydınların, bir çox qeyri-hökümət təşkilatlarının, Yaradan tərəfindən təyin edilmiş insani mahiyyəti kəşf etməyə və buna görə davranmağa çalışan elm, əxlaq və mənəviyyat üstadlarının getdikcə artan çalışmaları ümidlərimi artırır və mənə həyəcan verir.
Prof. Tatyana Filippova, "Rodina" jurnalının baş redaktor müavini
Tərcümə edən: Anar Zakirxan
- tarixində yaradılmışdır.