“Hizmət İslamı yaşamaq və yaşatmaqdır. Xocaəfəndi buna nümunədir”
Mütəfəkkir-yazar Həkimoğlu İsmayıl Baş Nazir Rəcəb Tayyib Ərdoğan və iqtidar tərəfdarı bəzi şəxslərin Hizmət hərəkatına və Fəthullah Gülən Xocaəfəndiyə qarşı ortaya atdıqları ittihamlara böyük şair və mütəsəvvüf Niyazi Misrinin bir beyti ilə cavab verib: “Bir damlaydıq, atdıq onu dənizə, damla bizi necə anlasın ümman olan anlar bizi...”
Hizmət hərəkatının İslamı yaşamaq və yaşatmaq kimi təsvir edən Həkimoğlu İsmayıl Fəthullah Gülən Xocaəfəndinin bu məsələdə nümunəvi şəxs olduğunu bildirib: “Fəthullah Gülən müfəssirdir, mühəddisdir, siyər alimidir. Kalam elminə vaqifdir. Mən də onun mənəvi tələbəsi və qəbul edərsə, qardaşıyam.”
“Minyəli Abdullah” romanı ilə milyonların rəğbətini qazanan, İmam Xətib məktəblərini müdaifə edən yazı qələmə aldığına görə həbsə girən və VIII Türk Dili Olimpiadasında İsmayıl Gaspralı Türk Dili mükafatını Baş Nazir Ərdoğanın əlindən qəbul edən Həkimoğlu İsmayıl: “Hizmət İslamı yaşamaq və yaşatmaqdır. Xocaəfəndi buna nümunədir. Necə ki qızılı misdən ayırmaq üçün oda atıb əridirlər, elə də kimin mis, kimin qızıl olduğu ortaya çıxsın deyə Allah müsəlmanları “od”a atır. Bir digər məsələ də qəzavü-qədərdir. İnsanları süzgəcdən keçirir. Süzülüb tökülənlər gedəcək, samanla buğda bir-birindən ayrılacaq. İmtahanın sirri budur”, - deyib.
Hizmət hərəkatı və Fəthullah Gülən Xocaəfəndi haqqında ortaya atılan ittihamlar və edilən təhqirlərdən nigaran olan Həkimoğlu İsmayıl Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə Hizmətə könül verən insanların məqam-mənsəblə və siyasətlə əlaqəsi olmadığını yurğulayaraq deyib: “Hərbidə hər əsgərin rütbəsi var. İslamiyyətdə də hər adamın bir mənəvi rütbəsi var. Mənəviyyat böyükləri bunu bilirlər. Dövlətə hörmətimiz var, ancaq məqam və mənsəbdə gözümüz olmadığından siyasətdən uzağıq.”
Uzun illər Fəthullah Gülən Xocaəfəndini və Hizməti yaxından tanıyan Həkimoğlu İsmayıl deyib: “Fəthullah Gülən Xocaəfəndi müfəssirdir, mühəddisdir, siyər alimidir. Kalam elminə vaqifdir. Mən də onun mənəvi tələbəsi və qəbul edərsə, qardaşıyam.”
O, Hizmət hərəkatı ilə AKP-yə yol göstərən bəzi şəxslər arasında ortaya çıxan ixtilaflar haqqında fikirlərini belə açıqlayıb: “Elm, texnika və İslam əxlaqı İslam mədəniyyətinin əsasıdır. İnsan maddə və mənadan (ruh) ibarətdir, dövlət də belə olmalıdır. Dində məcburiyyət yoxdur. Bacardığımızı etməliyik, bacarmadığımızdan məsuliyyət daşımırıq. İki Cahan Sərvəri hər kəsi müsəlman etməyi bacardımı? Çünki hidayyət Allaha aiddir. Öz işimizə baxaq, Allahın işinə qarışmayaq. Bizə lazım olan yalnız İslam anlayışdır.”
Həkimoğlu İsmayıl Hərəkatda olanlarla AKP tərəfdarlarının son vaxtalar bir-birini ittiham etməsi haqda düşüncələrini dilə gətirib: “İnsanlar iki cür yaşayır. Bir qismi ürəyi istədiyi kimi, bir qismi də Allahın istədiyi kimi. Öz istədiyi kimi yaşayanlar pis vəziyyətə düşdü. Bəşəriyyət tarixi buna şahiddir. Allahın istədiyi kimi yaşayanların yeri cənnət oldu. Bugünkü dərdlərə dəva tapmaq üçün İslami anlayışımız dəyişməlidir. Məsələn, məktəblə məscid bütünləşməlidir. Çünki elmlər Allahın məxluqatından bəhs edir. Vəhylə ağıl bütünləşməlidir. Ona görə ki, ağlın vəzifəsi İslamiyyəti dərk etməkdir. Ağlımız bunu dərk edir. İzahı olmayan bir ayə və hadis yoxdur. Elə isə problemlərimizi vəhyə istinad edərək həll etməliyik. Bizə “dinçi” deyirlər. Dinçi deyilik, müsəlmanıq. Hər mövzunu sübutlarla izah edirik. Gələcək nəsillərin bizi ittiham etməməsi üçün əməlimizdə Allahın rizası olmalıdır. Allah razı olandan sonra bütün dünya küssə əhəmiyyəti yoxdur. Peyğəmbərimiz (s.a.s.) İslamı müşriklərin içində təbliğ edib. Müasir insanlar müşriklərdən daha betər deyil. Haqq və həqiqəti anlamağa hazırdılar. Səsini qaldırmadan, isbat edərək həqiqətlər başa salınmalıdır. Haqqa inananlar Haqqı təslim edər.”
Səhəttindəki problemlərinə baxmayaraq yazı yazmağa ara verməyən Həkimoğlu İsmayıl oxuculara və dindar insanlara tövsiyələr verib: “İslamiyyət elmihaldır. Elmihala riayət etsək, dünyamız cənnətə dönər. Siyasətin əsası isə müxalifətdir. Müsəlmanın müsəlmana müxalif olması caiz deyildir. Bir müddət sonra tufan səngiyəcək, İslam günəşi doğacaq, bu günləri nağıl kimi bir-birimizə danışacağıq. Zaman hər şeyi həll edəcək.”
- tarixində yaradılmışdır.