Jurnalistlər və yazarlar vəqfindən (GYV) ictimiyyətə açıqlama
Jurnalistlər və yazarlar vəqfi son vaxtlar geniş əks-səda doğuran “Hazırlıq kurslarına dair islahat”, “MGK-nın 2004-cü ildə aldığı qərar”, “təqib iddiaları” və bu iddiaların doğurduğu ictimai gərginliklə əlaqədar açıqlama verməyi zəruri bilmişdir.
Təhsil islahatı və hazırlıq kursları
Nə qədər ki qəbul imtahanları var, insanlar ali/orta məktəb seçimində azaddırlar, belə bir təhsil sistemində ortaya çıxan təbii təlabatın özəl müəssisələr tərəfindən təmin edilməsinə heç bir məhdudiyyət qoyulmamalıdır.
Şübhəsiz, hər kəsə aydındır ki, hökümət təhsil sistemində islahatlar aparmaq hüququna malikdir və bu sahədəki fəaliyyətləri təqdirəşayandır.
Yanlış, natamam və qeyri-bərabər təhsil sisteminin nəticəsində ortaya çıxan və illərlə azad sahibkarlıq hüququ çərçivəsində konstitusiyaya müvafiq şəkildə fəaliyyət göstərən özəl hazırlıq kurslarına qanun gücü ilə qadağa qoymaq istəyi başda beynəlxalq hüquq normaları, İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Türkiyə Cümhuriyyətinin konstitusiyası olmaqla insan hüquqlarına və demokratiyaya ziddir.
Əsil demokratik sistemlərdə fərd və cəmiyyətin nəyə ehtiyacının olub-olmaması məsələsində cəmiyyət heç bir şeyə məcbur edilə bilməz.
Müasir demokratik dünyada plüral və alternativ təhsil sistemlərinə üstünlük verilir. Dövlətin hazırlıq kurslarına ehtiyacı olduğunu təsdiq etməsi təbiidir. Amma dövlətin bu ehtiyacı aradan qaldıracağı haqda bəyanat verməsi demokratiya ilə təzad təşkil edir, vətəndaş cəmiyyəti prinsiplərinə və azad sahibkarlıq hüquqlarına ziddir.
QHT-lərin və özəl sektorun cəmiyyətin mənafeyi üçün həyata keçirdiyi fəaliyyətləri “paralal sistem” kimi təqdim edərək onları qanunən qadağan etməyə çalışmaq demokratiya ilə bir araya sığmır.
Hizmət hərəkatı inandığı dəyərlərə müvafiq olaraq yaxın keçmişdə siyasi partiyaların və “imam xətib” məktəblərinin fəaliyyətinin dayandırılmasına, mətbuat və söz azadlığına məhdudiyyət qoyulmasına, hər cür hüquqi pozuntulara var-gücü ilə etiraz etdiyi kimi, hazırlıq kurslarının qadağan edilməsi təşəbbüsünə də yenə həmin anlayışla etiraz edir.
Təqiblər və təsviyələr...
Cameənin prinsipləri çərçivəsində fəaliyyət göstərən qurumlar və könüllülərlə yanaşı, bir çox QHT-nin də ölkə və xaricdə təqib edilməsi, izlənilməsi və onlara qarşı tədbirlər planını da ehtiva edən 2004-cü ilə aid MGK qərarında hökümət adamlarının da imzasının olması bir həqiqətdir və bu gerçəyə göz yummaq olmaz. Qərar o dövrün anti-demokratik şəraitində sivil hökümətin istəyi və iradəsi nəzərə alınmadan imzalansa da, bu qərar hökümətin növbəti demokratik addımları ilə bir araya sığmır. Buna görə də anti-demokratik dövrdən qalma köhnə Türkiyəni xatırladan bütün xüsusların təkrar gözdən keçirilərək hüquq və azadlıq prinsiplərinə müvafiq şəkildə tənzimlənməsi zərurəti meydana gəlmişdir.
Hazırlıq kursların fəaliyyətlərinin dayandırılması təşəbbüsündən tutmuş insanların təqib edilməsinə və mətbuatda da əksini tapdığı üzrə bu prosesin davamı olaraq dövlət müəssisələrində kütləvi şəkildə işdən çıxarılmalaradək bütün icraatların MGK qərarı ilə üst-üstə düşməsi naraharlıq doğurur.
Haqq tələbi və siyasi mühəndislik
Universitetə hazırlıq kurslarının yasaqlanması və demokratiyaya zidd fəaliyyətlərə qarşı göstərilən sivil-demokratik etirazın siyasi təxribat kimi göstərilməsi məsələni əsas istiqamətindən yayındırmaq və həqiqətin altını-üstünə çevirmək deməkdir. Yaddan çıxarılmamalıdır ki, hazırlıq kurslarının yasaqlanmasına etirazları Cameə başlatmamışdır. Digər tərəfdən bu məsələ nə təkcə Cameə ilə bağlıdır, nə də etiraz edən təkcə Cameədir. Əgər bəziləri belə bir siyasi təxribatın mövcudluğuna inanırlarsa, hələ də təhsil, hüquq və demokratik prinsiplər çərçivəsində bu narazılıqlara son qoymaq və gərginliyi aradan qaldırmaq mümkündür.
Hazırlıq kurslarının yasaqlanmasına göstərilən sivil-demokratik etiraza görə Hizmət hərəkatının “Ərdoğansız AKP”, “Ərdoğanın prezident seçilməsinə əngəl olma”, “Partiya qurub siyasətə atılma”, “xarici qüvvələrlə birləşib AKP-yə qarşı siyasi təxribat hazırlama” kimi siyasi planlara qoşulduğuna dair ortaya atılan iddialar tutarsızdır, əsassızdır və açıq-aşkar böhtandır.
Hazırlıq kurslarını yasaqlamaq təşəbbüsü ilə çıxış etmək (Heç bir demokratik ölkədə belə bir qadağa yoxdur) və buna qarşı haqlı etirazları “müstəqil təşkilat” (“otonom yapı”), “operasional camaat” kimi əsassız iddialarla boğmağa çalışmaq məsələləri məqsəddən açıq-aşkar yayındırmaqdır və vəqfimiz tərəfindən əvvəlki açıqlamalarda bildirildiyi kimi həqiqətlə daban-dabana ziddir. (http://www.gyv.org.tr/Aciklamalar/Detay/77/)
İctimaiyyətə də yaxından məlum olduğu üzrə, Könüllülər hərəkatının siyasətə baxışı hüququn aliliyi, demokratiya, plüralizm, beynəlxalq insan hüquqları və azadlıqları, ədalət, bərabər vətəndaşlıq, beynəlxalq hüquq və konvensiyalara riayət, şəffaf və xalqa hesabat verən dövlətçilik kimi təməl prinsiplərə söykənir.
Hizmət hərəkatına könül verən insanlar bu prinsiplərə riayət edən siyasi partiya, yaxud namizədləri yalnız şəxsi qənaətləri və fərdi seçimləri ilə dəstəkləyirlər. Bu cür şəxsi və vicdani seçim hər bir vətəndaşın ən təbii demokratik hüqüqu olmaqla yanaşı, həm də onun gələcək nəsillərə aid fərdi məsuliyyətinin bir tələbidir.
Müxtəlif siyasi anlayışlara sahib insanlardan ibarət olan Cameə ona könül verənləri hansısa siyasi partiya, ya da namizədə səs verməyə istiqamətləndirmir. Xüsusilə, axır vaxtlar istiqamət göstərmək və namizəd müəyyənləşdirmək kimi yanaşmalar tamamilə əsassızdır. Bu baxımdan seçkilərdə hansısa bir siyasi partiyanın əldə edəcəyi nəticə onun partiya siyasəti və xalqı inandırma bacarığından asılıdır.
Hizmət hərəkatı Türkiyənin əsl demokratiyaya, şəffaf və hər bir sahədə hüququn aliliyini rəhbər tutan dövlətçilik ənənələrinə qovuşmasını ürəkdən istəyir, xalqın demokratik seçiminə və parlamentinə hörmət göstərir.
Seçkilər ərəfəsində olduğumuz bu günlərdə cameə hər bir sahədə olduğu kimi, siyasətdə də hər cür qeyri-əxlaqi və qanunsuz üsullara qarşıdır.
Əvvəlki seçkilər ərəfəsində olduğu kimi, şəxsi həyatın toxunulmazlığına xələl gətirən qeyri-əxlaqi vasitə və metodlardan istifadə edilməsinə dair əlamətlər var. Haqlı, qanuni və demokratik tələblərə kölgə salmaq məqsədi ilə gərginlikdən sui-istifadə etməyə çalışan hər cür mənfur niyyətli cəhdlər hamı tərəfindən birmənalı şəkildə rədd edilməli və lənətlənməlidir. Bundan başqa haqlı tələblər elə bir üslubda səsləndirilməlidir ki, nə kimsəni incitsin, nə də haqlını haqsız vəziyyətə salsın.
Ölkəmizin keçdiyi bu çətin mərhələdə xüsusilə qeyri-hökümət təşkilalarının, ziyalıların, mənəviyyat böyüklərinin və media nümayəndələrinin demokratiya, ictimai uzlaşma, haqq və ədalət tərəfindən çıxış etməsi təqdirəlayiq haldır. Belə çətin günlərdə haqq və ədalətin tərəfində dayananları tarix və gələcək nəsil xeyirlə yad edəcək.
Könüllülər hərəkatı bu günə qədər olduğu kimi, gələcəkdə də sivil təşəbbüs çərçivəsində vətəndaş həmrəyliyini əsas götürməklə bütün demokratik hüquq və azadlıqlar istiqamətində qətiyyətli mövqeyini davam etdirəcək.
- tarixində yaradılmışdır.